Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   2   3   4   5   6   7   8   9   ...   47

 
12
Həmçinin  gəlirlər  və  əmək  haqqı  siyasətinin  digər  nəticəsi  haqqında 
orta  sinfin  xüsusi  çəkisinə  əsasən  də  fikir  yürütmək  olar.  Əgər  orta  sinfin 
payı  əhalinin  yarıdan  çoxunu  təşkil  edirsə,  demək  cəmiyyətdə  gəlirlər 
kifayət qədər bərabər bölünür və əhalinin rifaq halının yüksəldilməsi üçün 
şərait yaranır. İnkişaf etmiş ölkələrdə orta sinfin xüsusi çəkisi 70%-ə çatır. 
 Eyni  zamanda  gəlirlər  və  əmək  haqqı  siyasətinin  nəticələri  sosial 
gərginliyin (tətillərdə, etiraz aksiyalarında iştirak etmək) artıb-azalmasında 
öz əksini tapır. Ölkədə sosial gərginliyin azalması həyata keçirilən gəlirlər 
və  əmək  haqqı  siyasətinin  səmərəliliyindən  xəbər  verir.  Həmçinin,  bu 
siyasətin  qiymətləndirilməsi  üçün  qanuni  və  qeyri-qanuni  gəlirlərin 
mütənasiblik göstəricisini, ÜDM-un həcmində kölgəli iqtisadiyyatın payını 
nəzərə almaq zəruridir.   
Gəlirlər və əmək haqqı siyasətinin funksiyaları: 
1)  əhalinin  mövcud  həyat  səviyyəsinin  saxlanması  (kompensasiya-
təkrar istehsal funksiyası); 
2)  ictimai və şəxsi rifaq halının yüksəldilməsi istiqamətində müəssisə 
və vətəndaşların fəaliyyətinin fəallaşdırılması (stimullaşdırıcı funksiyası); 
3)  müxtəlif  səviyyəli  büdcələrin  vəsaitlərinin    gəlirlər  siyasətinin 
vasitəsilə yenidənbölgüsü (bölgü funksiya).  
 
1.3. “Gəlirlər və əmək haqqı siyasəti” fənninin predmeti, 
məzmunu və vəzifələri 
 
“Gəlirlər  və  əmək  haqqı  siyasəti”  kursunun  predmetini  əhalinin 
gəlirlərinin formalaşdırılması,  bölgüsü və istifadəsi üçün səmərəli şəraitin 


 
13
yaradılmasına  və  onların  xərclənməsi  istiqamətlərinin  müəyyənləşdi-
rilməsinə yönəldilən tədbirlər sisteminin öyrənilməsi təşkil edir.  
 Kursun  əsas  məzmununu  bütöv,  gəliz,  konkret-tarixi,  nisbətən 
müstəqil  sistem  kimi  gəlirlər  və  əmək  haqqı  siyasətinin  mahiyyətinin  
açıqlanması,  eyni  zamanda  bu  sahədə  qanunauyğunluqların,  daxili  və 
xarici  əlaqələrin,  münasibətlərin  və  təkmilləşdirmə  yollarının  müəyyən 
edilməsi  təşkil  edir.  Bu  baxımdan  cəmiyyətdə  əhalinin  maddi  və  mənəvi 
tələbatlarının ödənilməsinə yönəldilən gəlirlərin formalaşması və  bölgüsü 
ilə əlaqədar real sosial-iqtisadi münasibətlərin məcmu şəklində öyrənilməsi  
mühüm əhəmiyyət kəsb edir. 
Bu münasibətlərin subyektləri aşağıdakılardı: 
- dövlət  hakimiyyəti orqanları; 
- işə götürən və onların nümayəndələri; 
- muzdlu işçilər və onların birliyi; 
- əmək qabiliyyəti olmayan və işləməyən vətəndaşlar. 
Kursun məqsədi bazar iqtisadiyyatı şəraitində bölgü münasibətlərinin 
nəzəri əsaslarının öyrənilməsidir.      
Kursun əsas vəzifələri: 
- gəlirlər və əmək haqqı siyasəti sahəsində əsas anlayışlara yiyələnmə, 
onun nəzəri və elmi-metodik əsaslarının öyrənilməsi; 
- müxtəlif  əhali  təbəqələrinin  gəlirlərinin  növləri,  mənbələri,  onların 
formalaşma xüsusiyyətləri ilə tanışlıq; 
- əhalinin pul gəlirlərinin həcmini, strukturunu və əsas istiqamətlərini, 
gəlirlərin  vətəndaşların  sosial-demoqrafik  qrupları  arasında  bölüşdü-
rülməsini, gəlirlərin xərclənməsinin istiqamətlərini əks etdirən əsas sosial-
iqtisadi indikatorların və göstəricilərin tədqiqi və qiymətləndirilməsi; 


 
14
- müxtəlif  səviyyələrdə  (respublika,  sahə,  region,  müəssisə)  gəlirlərin 
və əmək haqqının tənzimlənməsinin nəzəri əsaslarının mənimsənilməsi; 
- gəlirlər və əmək haqqının müəyyən olunması və təhlili metodlarının 
öyrənilməsi; 
- gəlirlər  siyasətinin  həyata  keçirilmə  mexanizmi,  istehlak  büdcəsinin 
formalaşma  metodları,  gəlirlərin  dövlət  tənzimlənməsi,  gəlirlər  siyasətinə 
vergiqoymanın təsiri; 
- həyat  səviyyəsi  üzrə  konsepsiya  və  göstəricilərlə  tanışlıq,  onların 
gəlirlər,  tələbatın  ödənilməsi  və  həyatın  keyfiyyətilə  əlaqəsinin 
öyrənilməsi; 
- əhalinin  sosial  nüdafiəsi  sisteminin  və  onun  təkmilləşdirilməsi 
yollarının öyrənilməsi; 
- tədqiq olunan sahədə xarici təcrübənin və onun milli iqtisadiyyatda 
istifadə imkanlarının öyrənilməsi; 
- gəlirlərin  artırılması  sahəsində  müxtəlif  proqnoz  variantların 
öyrənilməsi. 
İqtisadiyyatın  qeyri-dövlət  sektorunda  işçilərin  işə  qəbul  olunması 
rekrutinq kompaniyaların vasitəçiliyi ilə  həyata keçirilir. 
 
 
 
 
 
 
 
 


 
15
Fəsil 2 
 
GƏLİRLƏRİN  İQTİSADİ TƏBİƏTİ VƏ  ONLARIN 
FORMALAŞMASI 
 
 
 
2.1. Gəlirlərin iqtisadi ehtiyatlar üzrə formalaşması dövlətin 
gəlirlər və əmək haqqı sahəsində həyata keçirdiyi siyasətin 
əsas ünsürü kimi. Gəlirlərin mahiyyəti və məzmunu 
 
  Bazar  iqtisadiyyatı  şəraitində  mülkiyyət  münasibətlərinin  həyata 
keçirilməsinin  iqtisadi  formaları  kimi  gəlirlərin  təhlilinin  zəruriliyi    artır. 
Mülkiyyət  münasibətləri  hər  bir  iqtisadi  sistemin  əsasını  təşkil  edir. 
İqtisadi münasibətlərin subyektlərinin bir birindən qeyri-asıllığı şəraitində 
mövcudluğu və nemətlərin  onların ixtiyarında olması mübadilə üçün əsas 
verir.  Mülkiyyətçi  bazar  münasibətlərinə  daxil  olaraq,  iqtisadi  nemətlərin 
digər  şəxsə  necə  və  hansı  şərtlər  əsasında  ötürülməsini  müəyyən  edir. 
Aparıcı  amil  kimi  hər  hansı  bir  mülkiyyət  növü  gəlirlərin  əldə  olunması 
formalarını 
müəyyən 
edir. 
Mülkiyyət 
münasibətlərinin 
həyata 
keçirilməsinin iqtisadi forması kimi gəlirin təyin olunması onun keyfiyyət 
müəyyənliyini açmağa imkan verir. 
Mövcud elmi tədqiqatlarda gəlirlər problemi bir qayda olaraq əhalinin 
gəlirlərinin  formalaşması  baxımından  öyrənilir.  Bu  məsələ  bir  çox  halda 
yalnız  yoxsulluq  və  əhəlinin  sosial  müdafiəsi  ilə  əlaqədar  tədqiq  olunur. 
Lakin  gəlirlərin  səviyyəsində  kəmiyyət  və  keyfiyyət  dəyişikliklərinin, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə