Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
262
ərzaq  mallarına,  eləcə  də,  müxtəlif  xidmətlərə  olan  tələbatlarının 
yüksək  səviyyədə  təmin  edilməsi  məsələsini  özündə  əks  etdirir. 
Respublikamızın  iqtisadçı-alimləri  isə  göstərirlər  ki,  cəmiyyət 
üzvlərinin gəlirləri insanların istehlak standartlarını təmin etmək üçün 
müəyyən edilmiş orta göstəricilərdən 10-20% yüksək olmalıdır. Hesab 
edirik  ki,  konstitusiyasında  xalqın  və  vətəndaşın  layiqli  həyat 
səviyyəsinin  qayğısına  qalmağı  öhdəsinə  götürmüş  hər  bir  dövlət  öz 
iqtisadiyyatını  və  sosial  siyasətini  məhz  bu  istiqamətdə  qurmalıdır. 
Lakin  hesab  edirik  ki,  insan  ləyaqəti  ilə  insana  layiq  olan  həyat 
səviyyəsi anlayışlarını eyniləşdirmək olmaz, çünki insan öz ləyaqətini 
dərk  etsə  də,  ona  uyğun  olmayan  sosial  və  iqtisadi  səviyyədə  yaşaya 
bilər  və  yaxud  əksinə,  yüksək  və  ya  orta  həyat  səviyyəsi  göstəriciləri 
ilə  yaşayaraq,  öz  ləyaqətini  dərk  etməyə  bilər  və  ya  insan  ləyaqətinə 
yaramayan həyat tərzi keçirə bilər. İnsan ləyaqəti hər bir şəxsə anadan 
olduğu vaxtdan məxsus olan şəxsi və ayrılmaz hüquq və azadlıqlarına 
aiddir.  İnsana  layiq  olan  həyat  səviyyəsi  isə  hər  bir  halda,  sosial 
kateqoriya  kimi  çıxış  edir.  Qeyd  etmək  lazımdır  ki,  hər  bir  dövlətin 
milli  qanunvericiliyi  minimum  yaşayış  səviyyəsini,  minimum  əmək 
haqqını, sosial ödəmələrin (təqaüdlərin, müavinətlərin və s.) minimum 
həddini  müəyyən  etməklə,  insanın  həyat  səviyyəsini  tənzimləməyə 
çalışır. Biz isə hüquqi vasitələrlə həyat səviyyəsinin layiqliliyi meyarını 
müəyyən  etməyə  çalışmalıyıq.  İlk  növbədə,  qeyd  etmək  lazımdır  ki, 
layiqli həyat səviyyəsi anlayışını və onun məzmununu hər  bir kəs öz 
bildiyi  kimi  başa  düşür  və  izah  edir.  Bazar  iqtisadiyyatı 
münasibətlərinin, iqtisadi azadlığın, habelə xüsusi mülkiyyətin inkişafı 
insanın  layiqli  həyat  səviyyəsi  haqqında  baxışlarının  fərdiləşməsinə 


 
263
imkan  yaradır.  Lakin  sosial  münasibətlərin  universal  tənzimləyicisi 
kimi  çıxış  edən  hüquq  bazar  iqtisadiyyatı  münasibətlərinin  yaratdığı 
şəraitdən  istifadə  edə  bilməyən  və  minimum  standartlara  uyğun 
səviyyədə  özlərini  təmin  edə  bilməyən  cəmiyyət  üzvlərinin  layiqli 
həyat səviyyəsini təmin etməlidir.      
Onu  da  qeyd  etmək  lazımdır  ki,  minimum  istehlak  büdcəsinin 
dəyəri  minimum  norma  üzrə,  ən  pis  halda,  2600  kilokaloriyə  bərabər 
olmalıdır.  Əgər  insan  gün  ərzində  göstərilən  normanın  20%-dən  az 
enerji  qəbul  edərsə,  ölüm  həddi  başlanır.  Göstərmək  lazımdır  ki, 
dünya  ölkələrinin  əksəriyyəti  yoxsulluq  probleminin  həlli  zərurəti  ilə 
üzləşmişdir.  Dünya  Bankının  hazırladığı  dünyanın  inkişafı  haqqında 
məruzəyə əsasən, XXI əsrin başlanğıcında dünya əhalisinin demək olar 
ki, yarısının (2,8 milyard nəfər) gündəlik gəliri 2 ABŞ dollarından, 1,2 
milyard  nəfərinin  gündəlik  gəliri  isə  1  ABŞ  dollarından  aşağıdır  . 
Göstərilən statistik məlumatlar ölkə ərazisində yoxsulluq səviyyəsinin 
miqyası barədə real təsəvvürlər yaradır.  
Hesab  edirik  ki,  cəmiyyətdə  insanların  layiqli  həyat  səviyyəsinin 
təminatlılığı  dövlət  tərəfindən  müəyyən  edilmiş  ümumi  təminatlar 
mexanizminin  ayrılmaz  hissəsinə  çevrilməlidir.  Nəticə  olaraq  qeyd 
etmək lazımdır ki, insanın layiqli həyat səviyyəsinin təmin edilməsinə 
dövlətin iqtisadi imkanları və ictimai gəlirin bölüşdürülməsi üsulu ilə 
zəmanət verilir. Bu zaman yaddan çıxarmaq olmaz ki, dövlətin iqtisadi 
fəaliyyəti  nəticəsində  əhali  qruplarının  gəlirlərinin  mənbələrinə  və 
səviyyəsinə  görə  cəmiyyətdə  təbəqələşmə  baş  verir.  Fikrimizcə,  əmək 
qabiliyyətini  itirmiş  şəxslər  üçün  əsas  gəlir  mənbəyi  sosial  ödəmələr, 
əmək  qabiliyyətli  şəxslər  üçün  isə  əmək  haqqı  çıxış  etdiyinə  görə 


 
264
onların məbləği elə bir həddə müəyyən olunmalıdır ki, həmin şəxslər 
ən  azı  orta  təbəqə  səviyyəsində  qalsınlar.  İqtisadçılar  qeyd  edirlər  ki, 
normal cəmiyyətdə həmişə 10% kasıb və 10% varlı, 80% isə orta təbəqə 
olmalıdır. Beləliklə, insanın layiqli həyat səviyyəsi hüququ beynəlxalq 
hüquqi  aktlarda  təsbit  olunmuş  layiqli  həyat  səviyyəsində  yaşamaq 
hüququnda ifadə olunur. Ona görə ki, layiqli həyat səviyyəsi müxtəlif 
ehtiyacların  ödənilməsi  imkanını  özündə  əks  etdirir.  Bu  isə,  öz 
növbəsində,  hər  bir  dövlətin  iqtisadi  inkişaf  səviyyəsindən  və  şəxsin 
vəziyyətindən  birbaşa  asılıdır.  Dövlət  hər  bir  halda  özünün 
konstitusiyasına  uyğun  olaraq,  sahə  üzrə  sosial  qanunvericilik  aktları 
əsasında  minimum  sosial  standartları  müəyyən  etməklə,  hər  bir 
vətəndaşın  və  ailənin  layiqli  həyat  səviyyəsində  yaşamaq  hüququnu 
təmin  etməlidir.  İnsanın  öz  şəxsiyyətini  və  ləyaqətini  qoruyub 
saxlamalı  səviyyədə  ehtiyacları  ödənilməsi  isə  həyata  keçirilən  bütün 
sosial  islahatların  son  nəticəsi  olmalıdır.  Bu  isə  ancaq  güclü 
iqtisadiyyatı  olan  dövlətdə  mümkündür.  Lakin  hər  bir  halda,  dövlət 
ümumi  daxili  məhsulun  (ÜDM)  mühüm  hissəsini  əhalinin  sosial 
cəhətdən  zəif  təbəqələrinin  layiqli  həyat  səviyyəsini  təmin  etməyə 
yönəltməlidir.  
 
9.2. Həyat səviyyəsi sosial-iqtisadi kateqoriya kimi. 
Həyat səviyyəsinin öyrənilməsi metodları  
 
Həyat  səviyyəsi  cəmiyyət  miqyasında  əhalinin  maddi,  sosial  və 
mədəni tələbatlarının ödənilmə dərəsəsi ilə xarakterizə olunur. Həyat 
səviyyəsi  əhalinin  nemətlərə  olan  tələbatının  dərəcəsindən,  həmçinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə