Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
258
         Fiziki  şəxslərdən  tutulan  gəlir  vergisi  əhalinin  ödədiyi  vergilər 
sırasında  mühüm  yer  tutur.  Fiziki  şəxslərdən  gəlir  vergisinin  
tutulmasının bir neçə prinsipləri mövcuddur: 
- vergi vətəndaşların şəxsi gəlirlərinə əsasən hesablanmalı və bu 
gəlirdən ödənilməlidir; 
- mülkiyyət  formasından  asılı  olmayaraq  müəssisə  öz  vəsaitləri 
hesabına gəlir vergisini ödəmək hüququna malik deyildirlər; 
- vətəndaşların  ayrı-ayrı  kateqoriyalarına  verilən  və  mühüm 
sosial  məsələlərin  həllinə  yönəldilən  məqsədli  vergi  güzəştlərinin 
tətbiq olunması. 
Fiziki şəxslərin vergiyə cəlb olunan gəlirlərinə aşağıdakılar aiddir: 
-  muzdlu işlə əlaqədar əldə edilən gəlirlər; 
-  muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlər; 
-  vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər. 
Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar əldə olunan gəlirlərin 
sırasında  əsas  yeri    əmək  haqqı  tutur.  Muzdlu  işlə  əlaqədar  əldə 
olunan  gəlirlərə  eyni  zamanda  mükafat,  əmək  haqqına  əlavələr, 
qonorar, həmçinin muzdlu əmək müqavilələrinə müvafiq olaraq fiziki 
şəxslər  tərəfindən  yerinə  yetirilən  işlərlə  əlaqədar  digər  ödənişlər 
daxildir. 
 
8.3. Vergiqoymanın gəlirlər siyasətinə təsiri 
 
Əhalinin  gəlirlərinə  birbaşa  təsir  vergi  sisteminin  az  əhəmiyyət 
kəsb  etməyən  tərkib  hissəsi  olan  vətəndaşların  əmlakından  vergi 
vasitəsilə həyata keçirilir. Bununla yanaşı, əmlakdan verginin mövcud 


 
259
sxemi  əhalinin  gəlirlərində  yaranmış  differensiallaşdırılmaya  səbəb 
olmaqda davam edir. 
Bazar  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrdə  fəaliyyət  göstərən  
vergiqoyma sistemi dövlət büdcəsinin onun bütün səviyyələrində gəlir 
hissəsinin  sabit  doldurulmasını  təmin  edir  və  bununla  da  davamlı 
iqtisadi  artımın  maliyyə  əsasını  möhkəmləndirir.  Buna  misal  olaraq 
istehsalın  stimullaşdırılması  məqsədilə  birbaşa  vergilərin  yeniləşdi-
rilməsi  prosesinin  həyata  keçirilməsini  göstərmək  olar.  Bu  öz 
növbəsində  mənfəətdən  verginin  məhdudlaşdırılmasını  aradan 
qaldırmağa,  mənfəətdən  vergi  üzrə  güzəştlər  sistemində  aparılan 
dəyişikliklərin  hesabına  istehsalla  bağlı  elmi-texniki  tərəqqinin  
stimullaşdırılmasına   imkan verir.   
Hal-hazırda  gəlir  vergisi  əhalinin  gəlirlərinin  tənzimlənməsinin 
əsas  alətidir.  Fiziki  şəxslərdən  tutulan  gəlir  vergisi  dövlət  büdcəsinin 
gəlirlərinin əsas mənbələrindən biridir. İqtisadi cəhətdən inkişaf etmiş 
ölkələrdə büdcənin gəlirlər hissəsində onun payı müxtəlifdir. Məsələn, 
Böyük  Britaniyada  gəlir  vergisi  bütün  vergi  daxilolmalarının  31%-ni, 
ABŞ-da – 45%-ni, Almaniyada 19,9%—ni, Rusiyada – 13%-ni təşkil edir. 
Fiziki  şəxslərin  gəlirlərinə  vergiqoymada  aparılan  dəyişikliklər 
əhalinin  iqtisadi  davranışında  əks  olunmalıdır,  çünki  real  gəlirlərin 
səviyyəsi  və  dinamikası  vergi  dərəcələri  ilə  deyil,  ilk  növbədə 
qiymətlərin,  nominal  gəlirlərin  və  istehlak  bazarında  kəsirin  artması 
dərəcəsi  ilə  müəyyən  olunur.  Belə  şəraitdə  əhalinin  gəlirlərinə 
vergilərin təsir dərəcəsini  müəyyən etmək nisbətən çətin olur.  
Məlumdur  ki,  əmək  və  sahibkarlıq  fəaliyyətini  stimullaşdırmaq 
məqsədilə  gəlirlərə  vergiqoyma  sistemində  müəyyən  güzəştlər 


 
260
nəzərdə  tutulur.  Vergiqoyma  faizlərin  azaldılması  nəticəsində 
vergiqoymanın bazası artır, hansı ki, Laffer əyrisində öx əksini tapır. 
 
 
 
Fəsil 9 
 
      ƏHALİNİN  HƏYAT  SƏVİYYƏSİNİ MÜƏYYƏN 
EDƏN  AMİLLƏR  VƏ  GÖSTƏRİCİLƏR   
 
 
9.1. Həyat səviyyəsinin öyrənilməsi probleminin aktuallığı 
 
Müasir  dövrdə  həyatın  dəyəri,  həyat  səviyyəsi  göstəriciləri  xeyli 
genişlənmiş və zənginləşmişdir.  
Hazırda  BMT-nin  təklifi  ilə  həyat  səviyyəsinin  ölçülməsində 
«insanın inkişaf indeksi»ndən istifadə edilir. Bu indeksin qiyməti 0-la 1 
arasındadır.  İndeksin  qiyməti  0,5  olduqda   həyat  səviyyəsi  aşağı, 
qiymət  0,5-0,8  olduqda  yüksək  hesab edilir.  Bu  göstəriciyə  əsasən,  ən 
yüksək  həyat  səviyyəsi  Kanadada,  Yaponiyada,  Fransada  və  ABŞ-
dadır. 
İnsanın  layiqli  həyat  səviyyəsi  hüququ  dünyanın  əksər 
dövlətlərinin  konstitusiyasında  dövlətin  insanın  layiqli  həyat 
səviyyəsini  təmin  etmək  vəzifəsi  formasında  təsbit  edilmişdir.  Lakin 
hüquqi  kateqoriya  kimi  insanın  layiqli  həyat  səviyyəsi  hüququ  həm 
xarici  ölkələrdə,  həm  də  respublikamızda  elmi  və  nəzəri  cəhətdən 


 
261
kifayət  qədər  tədqiq  edilməmişdir.  İnsanın  layiqli  həyatı  vətəndaşın 
hüquqi  statusunun  məzmununda  öz  əksini  tapan  ən  mühüm  sosial 
kateqoriyadır  və  bu  kateqoriya  insanın  mövcudluğu  baxımından  çox 
aktualdır.  Müasir  dövrdə  qocalıq  (müəyyən  yaş  həddinə  çatma), 
əlillik,  ailə  başçısının  itirilməsi,  yoxsulluq,  işsizlik,  xəstəlik  və  digər 
hallar  insanın  sağlamlığı  və  onun  maddi  rifahı  üçün  əlverişsiz 
nəticələrin  baş  verməsinə  səbəb  olan  sosial  risklərə  aid  edilir. 
Beynəlxalq  hüquqi  aktlarda  hər  bir  şəxsin  layiqli  həyat  səviyyəsinin 
təmin edilməsi üçün, o cümlədən sosial risklərin  baş verdiyi hallarda 
sosial  təminatın  müvafiq  növünü  almaq  hüququnun  təsbit  olunması 
məhz  bununla  bağlıdır.  Bütün  ehtiyacı  olan  vətəndaşların  dövlətdən 
maddi  yardım  almaq  hüququ  əsas  insan  hüquqlarından  biri  kimi 
BMT-nin  1948-ci  il  «Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsi»nin 
25-ci  maddəsində  təsbit  edilmişdir:  hər  bir  insan  özünün  və  ailəsinin 
sağlamlığı  və  rifahı  üçün  qida,  paltar,  mənzil,  tibbi  və  zəruri  sosial 
xidmət  də  daxil  olmaqla,  layiqli  həyat  səviyyəsinə  malik  olmaq 
hüququna, işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq, yaxud özündən 
asılı  olmayan  digər  səbəblərə  görə  yaşayış  üçün  zəruri  olan 
vəsaitlərdən  məhrum  olduğu  hallarda  təminat  hüququna  malikdir. 
Analıq  və  uşaqlara  qulluq  cəmiyyət  tərəfindən  sosial  himayə  və 
yardım  almaq  hüququ  verir  .  Beləliklə,  özündən  asılı  olmayan 
səbəblərə görə yaşamaq üçün zəruri olan vəsitələrdən məhrum olmuş 
hər  bir  insana  yardım  göstərilməsi  sivilizasiyalı  cəmiyyətlərdə 
ümumbəşəri  dəyərlərdən  biri  hesab  olunur.  layiqli  həyat  səviyyəsi 
məsələsi dövlətin inkişaf səviyyəsinə uyğun olaraq, insanların fizioloji 
və sosial-mədəni ehtiyaclarına müvafiq surətdə onların ərzaq və qeyri-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə