Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə91/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   88   89   90   91   92   93   94   95   96
az tarix en yeni — копия

Mövzu-17.



Plan:

  1. Qondarma “Dağlıq Qarabağ” məsələsi və onun Azərbaycanın ictimai-siyasi durumuna təsiri.

  2. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində.

  3. Milli qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi. Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması.

  4. Azərbaycan Respublikasının yeni neft strategiyası. “Əsrin müqaviləsinin” imzalanması.





    1. Dövlət müstəqilliyinin bərpa olunması. Azərbaycan müstəqilliyin ilk illərində


Moskvada 1991-ci il avqust hadisələrindən sonra Azərbay- canda siyasi vəziyyət daha da gərginləşdi. Azərbaycan xalqı respub- likanın rəhbərliyinə qarşı narazılıq çıxışlarını gücləndirdi. Mitinq- lərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamen- tin buraxılması, yeni parlament seçkilərinin keçirilməsi, Kommunist Partiyasının ağalığının, fövqəladə vəziyyətinin ləğv edilməsi, DQMV-də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlərin götürülməsi tələb edilirdi. Azərbaycan Respub- likası Ali Sovetinin xalqın təkidi ilə çağırılmış növbədənkənar sessi- yası 1991-ci il avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi.


1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisi H.Əli- yevi Ali Məclisin sədri seçdi. Ertəsi gün Ali Məclisin qərarı ilə Naxçıvan MR ərazisində prezident seçkiləri dayandırıldı. 8 sentyabr prezident seçkilərinədə A.Mütəllibov yenidən Prezident “seçildi”.
Erməni silahlı qüvvələrinin qarşısını almaq məqsədilə Azər- baycan Respublikası Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azər- baycan milli özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etdi. Lakin düşmən hücumunun qarşısını almaq üçün dövlət səviy- yəsində lazımi tədbirlər görülmürdü. 10 minlərlə dinc əhali qaçqına çevrilmişdi. Sovet Ordu hissələrinin köməyi ilə ermənilər Goranboy rayonunun bir neçə kəndini tutub dağıtdılar.
Xalqın təkidi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də top- lanmış sessiyası “Azərbaycan Respublikasının dövlət müstəqilli- yi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Bununla Azərbay- canın dövlət müstəqilliyi bərpa olundu. Yerlərdə möhkəmlənmək üçün Prezident oktyabrın 18-də rayonlarda, şəhərlərdə və şəhər ra- yonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis etdi və özünə sa- diq adamları həmin vəzifələrə təyin etdi. Prezident idarəsi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. İlk döv-lət katibi akademik Tofiq İsmayılov təyin edildi.
Yuxarı Qarabağda Xocavəndin erməni işğalçıları tərəfindən hücumlara məruz qalması ilə əlaqədar vəziyyəti yerində öyrənmək üçün respublikanın yüksək dövlət və hökumət nümayəndəsini aparan vertalyotun noyabrın 20-də Qarakənd erməni yaşayış mən- təqəsi yaxınlığında vurulub salınması xəbəri Azərbaycan xalqını sarsıtdı.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə