Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə93/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   88   89   90   91   92   93   94   95   96
az tarix en yeni — копия

ralandı, 1275 nəfər əsir götürüldü, 8 ailə bütünlüklə məhv edildi, şəhər yandırıldı. Xocalı faciəsindən sonra xalqın tələbi ilə Ali Sove- tin fövqəladə sessiyasında A.Mütəllibov istefa verməyə məcbur
oldu. 1992-ci ilin martında Rusiyanın əlaltısı Rəhim Qazıyev Müdafiə naziri vəzifəsini ələ keçirdi (7, s. 299).
Şuşa artıq mühasirədə idi. 1500 nəfər döyüşçüsü olan Şuşa batalyonunda 500 döyüşçü qalmışdı (54). Hücum ərəfəsində döyüş- çülərin məzuniyyətə buraxılması R.Qazıyevin niyyətindən xəbər verirdi. Mayın 7-dən 8-nə keçən gecə şəhər güclü artilleriya atə- şinə tutuldu və 6000 düşmən əsgəri 72 tankla şəhərə hücum etdi (36; 54). 366-cı alay öz xidmətlərini göstərdi. Döyüş zamanı 155 nəfər şəhid oldu, 167 nəfər yaralandı, 20 nəfər itkin düşdü (20). Azərbaycan hərbi hissələrinin döyüş texnikası şəhərdən çıxarıldı. Mayın 9-da Şuşa süqut etdi.
Moskvanın dəstəyi ilə A.Mütəllibovun tərəfdarları Ali Sovetin 1992-ci il 14 may tarixli sessiyasında onu yenidən hakimiyyətə gətirdilər. AXC öz tərəfdaları və cəbhədən geri çağırdığı hərbi qüvvələrin köməyi ilə Parlament binasını, Prezident sarayını və di- gər dövlət əhəmiyyətli məntəqələri ələ keçirdi. Mayın 18-də çağırı- lan sessiyada İsa Qəmbərov Ali Sovetin sədri seçildi. Silahlı qüv- vələrin Laçından çıxarılmasından istifadə edən düşmən mayın 18- də Laçını işğal etdi. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhliz yarandı.
1992-ci il iyunun 7-də keçirilən prezident seçkilərində AXC- nin sədri Əbülfəz Elçibəy Prezident seçildi. Azərbaycanda AXC- Müsavat cütlüyü hakimiyyətə gəldi.
Xalq Cəbhəsi-Müsavat cütlüyü dövründə Respublikada siyasi və iqtisadi böhran dərinləşdi. Yeni idarəçilik mexanizmi işləmirdi. İqtisadiyyatda soyğunçuluq baş alıb gedirdi. İşsizlik sürətlə artırdı.
1992-ci ilin yayında Azərbaycan ordusunun Ağdərə əmə-liy- yatı nəticəsində Goranboy bölgəsinin işğal edilmiş torpaqları azad edildi. Xocavənd istiqamətində gedən döyüşlərdə də düşmənə ciddi tələfat verdilər.
Hökumətin Türkiyəyə meylini açıq nümayiş etdirməsi nəinki regionda maraqları olan Rusiya və İranı, hətta Qərb dövlətlərini də narahat etdi. ABŞ Konqresi 1992-ci ilin oktyabrında Azərbaycanı guya Ermənistanı blokadaya salmaqda günahlandırıb, “Azadlığı Müdafiə Aklı”na Azərbaycana dövlət səviyyəsində hər cür yardım göstərilməsinə sərt məhdudiyyətlər qoyan 907-ci düzəlişi qəbul etdi. Rusiyanın hakim dairələri Ermənistana hərbi yardımı gücləndirdi. Azərbaycan ordusunda vəziyyət bərbad idi. Azərbaycan silahlı qüvvələri məğlub olur, ağır itkilər verir və geri çəkilirdilər.
Dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək istəyənlər 1992-ci ilin sonu-1993-cü ilin əvvəllərində hərbi qüvvələrimizi strateji əhəmiyyətli Kəlbəcərdən, az sonra Ağdərə bölgəsindən çı- xardılar. Ağdərə-Kəlbəcər yolu düşmən tərəfindən tutuldu. 1993- cü ilin fevralında Ermənistan ordusu MDB 7-ci ordusunun 128-ci motoatıcı alayının və muzdlu əsgərlərin (kazaklar) iştirakı ilə Ağdə- rəni ələ keçirdilər. Martın sonundan güclü atəşə tutulan Kəlbəcər 1993-cü il aprelin 3-də düşmən əlinə keçdi. 15 minədək əsir gö- türüldü, qız-gəlin özünü sıldırım qayalardan atıb məhv etdi. 144 ya- şayış məntəqəsi işğal edildi, 500-dən çox müəssisə, 13 min ev, 100 min qaramal, 500 min davar, 5000 at, 1 mln. ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. qarət edildi. Kəlbəcərin itirilməsi AXC- Müsavat iqtidarının süqutunu yaxınlaşdırdı.
BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da Kəlbəcə-
rin ermənilər tərəfindən işğalını pisləyən 822 saylı qətnamə qəbul etdi.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə