Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə95/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   88   89   90   91   92   93   94   95   96
az tarix en yeni — копия

Dağlıq Qarabağ məsələsinin qondarılması zəminində baş- lamış Ermənistan-Azərbaycan müharibəsi nəticəsində respub- lika ərazisinin 20 %-ə qədəri işğal edildi, 20 minə yaxın adam öldürüldü, 50 mindən çox insan yaralandı və əlil oldu, 4 minə qədər adam əsir alındı və ya girov götürüldü, bir milyondan çox insan qaçqına çevrildi. Erməni işğalı nəticəsində Azərbaycanın 900-dən çox kəndi, 10 şəhəri, 11 şəhər tipli qəsəbəsi, 88 min yaşayış binası, 1000-dən çox iqtisadi obyekti, 250 məktəbi və digər təhsil müəssisəsi, 250 tibb müəssisəsi qarət edildi və da- ğıdılıb yandırıldı.


Prezident fərmanı ilə 1993-cü il noyabrın 1-də Dövlət Mü- dafiə Şurası yaradıldı. H.Əliyev 1993-cü il noyabrın 2-də tele- viziya və radio vasitəsilə xalqa müraciət etdi və birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırdı. Könüllülərdən ibarət taborlar yaradılıb cəbhəyə göndərildi.
Beyləqan istiqamətində hücuma keçən düşmən itki verib geri çəkilməyə məcbur oldu. 1994-cü ilin əvvəllərində Milli Ordunun hücum əməliyyatı nəticəsində Füzuli rayonun Horadiz qəsəbəsi və 22 kəndi, Cəbrayıl və Kəlbəcər rayonlarının bir sıra yaşayış məntə- qəsi azad edildi. Kəlbəcər-Laçın yolu istiqamətlərində müvəffəqiy- yətlər qazanıldı. 4 min düşmən əsgər və zabiti, 50 zirehli texnika, 15 artilleriya qurğusu məhv edildi. Rusiya 1992-ci ilin martında yara- dılmış Minsk qrupunun üzvlərindən biri olmasına baxmayaraq, münaqişəni yatırmaq əvəzinə Ermənistanın xeyrinə saziş layihəsi təklif etdi. Azərbaycan sazişi imzalamaqdan imtina etdi. Ermənistan Ağdam və Ağdərə rayonlarının bir neçə yaşayış məntəqəsini işğal etdi. Lakin Milli Ordu düşmən hücumlarının qarşısını ala bildi. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəs əldə edildi.
1994-cü il sentyabrın 20-də Prezident H.Əliyevin təşəbbüsü ilə “Əsrin müqaviləsi” imzalandı. Cəmiyyətdə vahimə yaratmaq üçün mənfur qüvvələr Milli Təhlükəsizlik Nazirliyi istintaq təcrid- xanasından dövləti cinayətdə ittiham olunan 4 dustağı qaçırdılar. Sentyabrın 29-da Ali Sovetin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında xüsusi idarənin rəisi Şəmsi Rəhimov qətlə yetirildi. Oktyabrın 2-də Xüsusi Təyinatlı Polis Dəstəsinin 30-a yaxın döyüşçüsü Respublika Prokurorluğunun binasını zəbt etdi. Oktyabrın 4-də Gəncədə S.Hüseynovun tərəfdarları icra hakimiy- yətinin binasını tutdular. Oktyabrın 3-dən 4-nə keçən gecə Prezi- dent radio və televiziya vasitəsilə xalqa müraciət etdi. Gecə yarısı yüz minlərlə adam Prezident sarayı qarşısına toplaşdı və bunu görən qiyamçılar geri çəkilməli oldular. 1995-ci ilin martında yenidən dövlət çevrilişi cəhdi baş verdi. Martın 13-də Xüsusi Təiynatlı Po- lis Dəstəsi əməkdaşları Ağstafa və Qazax rayonlarında dövlət ida- rələrini ələ keçirdilər. Bakıda isə R.Cavadov Prezidentin və Ali So- vet sədrinin istefası tələbi ilə çıxış etdi. “8-ci kilometr” qəsəbəsində məskən salmış qiyamçılar şəhər istiqamətində hücuma cəhd etdilər. Lakin onların qarşısı alındı.



Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə