Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi



Yüklə 265,68 Kb.
səhifə94/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   88   89   90   91   92   93   94   95   96
az tarix en yeni — копия


Qurtuluş. Heydər Əliyevin yenidən Azərbaycan rəhbərliyinə gətirilməsi.


Milli dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınması.

Hakim dairələr H.Əliyevin nüfuzundan ehtiyatlanaraq, Naxçı- van MR-ə enerji verilməsi, Bakı-Naxçıvan qatarının hərəkətini dayandırdı. Naxçıvan MR blokadaya alındı. Naxçıvan MR Türki- yədən kredit aldı, 1992-ci il mayın 28-də Sədərək-Dilucu “ümid” körpüsü açıldı. İranla da münasibət qaydaya salındı. Naxçıvan qon- şu ölkələrdən enerji almaqla tələbatın qismən də olsa ödənilməsinə nail oldu.


Ölkədə qurtuluş hərəkatı başladı. Hakimiyyət dairələri xofla- naraq Naxçıvanda çevriliş etməyə və Xalq Cəbhəsini hakimiyyətə gətirməyə cəhd etdilər. Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər Nazirliyinin binasını, televiziya studiyasını ələ keçirsələr də, H.Əli- yevin çağırışı ilə ayağa qalxan əhali onları geri oturtdu. 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbay- can Partiyası (YAP) yarandı, Proqram və Nizamnaməsi müzakirə olunub qəbul edildi.
1993-cü ilin iyununda Gəncədə hərbi qiyam baş verdi. Surət Hüseynovun təsiri ilə 709 saylı hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. Ə.Hümbətov isə tabeliyində olan silahlı qüvvələrə söykənərək cənub bölgəsində qondarma “Talış-Muğan Respubli- ka”sını yaratmağa çalışırdı. Eyni zamanda ölkənin şimal-şərq böl- gəsində “Ləzgistan dövləti” yaratmaq istəyirdilər. Bunlar Mos- kvadan idarə olunurdu. İyunun 4-də hökumət hərbi qiyamı yatırt- maq üçün Gəncəyə 3 minədək canlı qüvvə və hərbi texnika yeritdi. Ölkədə vətəndaş müharibəsi başlandı. 709 saylı hərbi hissənin kazarmaları, hava limanı dağıdıldı. 35 nəfər həlak oldu. 135 nəfər yaralandı. Qiyamçılar tərəfindən 1200 döyüşçü, respublika pro- kuroru girov götürüldü. Onlar Bakıya Ali Sovet sədrinin, Baş na- zirin, bir qədər sonra isə Prezidentin istefa verməsi tələbi ilə ulti- matum göndərdilər, cavab almadılar və Bakıya döğru hərəkət et- dilər. Dövlət rəhbərləri son anda kömək üçün H.Əliyevə müraciət etdi. H.Əliyev 1993-cü il iyunun 9-da hökumətin onun ardınca göndərdiyi təyyarə ilə Bakıya gəldi. Vətəndaş müharibəsini aradan qaldırmaq üçün H.Əliyev iyunun 13-14-də Gəncədə oldu. H.Əliyev Azərbaycanı qardaş qırğınından qurtarmaq üçün düşünülmüş siyasi manevr edərək S.Hüseynov başda olmaqla, hərbi müxalifəti zərərsizləşdirdi. 1993-cü il iyunun 15-də H.Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə “Milli Qurtuluş Günü” kimi düşdü. Prezident Ə.Elçibəy iyunun 18-də gecə xəbər vermədən paytaxtı tərk edib anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. İyunun 24-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri H.Əliyevə həvalə etdi. H.Əliyev S.Hüseynovu Baş nazir vəzivəsinə təyin etdi və onu öz nəzarəti altında saxladı.
Ə.Hümbətov 1993-cü ilin avqustunda batalyonları Fizuli bölgəsindən geri çəkməklə respublikanın 7 cənub rayonunda “Ta- lış-Muğan Respublikasının” yarandığını elan etmiş, “hökumət” qurmuşdu. H.Əliyev həmin bölgənin deputatları, ağsaqqalları və zi- yalıları ilə görüşdü, televiziya vasitəsilə əhaliyə müraciət etdi. Kor- təbii mitinq “TMR” ləğv etdi. Beləliklə, Azərbaycanın parçalanması təhlükəsi aradan qalxdı. 1993-cü ilin avqustunda Cəbrayıl, Fü- zuli, Qubadlı rayonları işğal olundu.
Milli Məclisin qərarı ilə 1993-cü il avqustun 29-da Prezident Ə.Elçibəyə etimad haqqında referendum keçirildi və referendumda iştirak edənlərin 97,5%-i Prezidentə etimadsızlıq göstərdi (46, s. 494). 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı H.Əliyevi alter- nativ əsasla səs çoxluğu ilə Azərbaycan Respublikası Prezidenti seçdi.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə