Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə92/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   88   89   90   91   92   93   94   95   96
az tarix en yeni — копия

Dekabrın 25-də Qarbaçov SSRİ Prezidenti vəzifəsindən istefa verdi. Beləliklə, hüquqi cəhətdən SSRİ-nin varlığına son qoyuldu.
Azərbaycan Respublikasında dekabrın 29-da referendum keçirildi. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respub- likasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1993-cü ilin əvvələrində Azərbaycanın dövlət müstə- qilliyi 100-dən artıq dövlət tərəfindən tanınmış, 70 xarici dövlət ilə diplomatik əlaqələr qurulmuşdu. Azərbaycan Respublikası 14 bey- nəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 1991-ci ildə İs- lam Konfransı Təşkilatına, 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına, Helsinki müşavirəsinin yekun aktına və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsinə, mar- tın 2-də isə BMT üzv qəbul olunmuşdu (27, s. 289).
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası ilk günlər- dən digər dövlətlərlə münasibətlərini dövlət sərhədlərinin toxunul- mazlığı, ərazi bütövluyu, mübahisəli məsələlərin dinc yolla nizama salınması, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurdu. Helsinki Müşavirəsinin Yekun Aktında irəli sürülən hüquqi öhdəlikləri yerinə yetirməyə çalışırdı. Bununla belə, iqtidar dünyanın böyük dövlətlərinin Azərbaycanla bağlı maraqlarını təmin edə biləcək tarazlı siyasət yeridə bilmədiyindən Dağlıq Qarabağ
probleminin vaxtında həlli üçün ona lazımi dəstək verilmədi. 1991- ci ilin sonunda Rusiya ilə Ermənistan arasında “Dostluq, əmək- daşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması Rusiyaya Dağlıq Qarabağ ermənilərini Azərbaycana qarşı açıq- aşkar silahlandırmaq imkanı verdi.
Ali Sovetin “Azərbaycanın milli özünümüdafiə qüvvələri haqqında” qanununa əsasən 1991-ci ilin noyabrında 22 sərhəd- yanı bölgədə yerli əhalidən könüllü ərazi özünümüdafiə batalyonları yaradıldı. 1991-ci il oktyabrın 9-da Ali Sovet “Azərbaycanın mil- li özünümüdafiə qüvvələri haqqında” qanun qəbul etmişdi. Dö- yüş qabiliyyətinə malik olmayan, lazımi silah və sursatla təmin olunmayan və müdafiə taktikası seçməyə məcbur olan özünümü- dafiə batalyonları rus və erməni silahlı qüvvələrinin hücumlarının qarşısını ala bilmirdilər. Belə bir şəraitdə ermənilər rusların köməyi ilə 1992-ci ilin yanvarında Kərkicahan, fevralında Malıbəyli, Quşçülar kəndlərini ələ keçirib Xocalı və Şuşanı mühasirəyə al- mağa başladılar. Şuşanı mühasirədən çıxarmaq üçün aparılan “Daş- altı” əməliyyatı uğursuz oldu. Qeyri-bərabər döyüşdə düşmən hərbi hissələri Qarabağlı kəndini ələ keçirib 150-yə yaxın müdafiəçini və kənd sakinini vəhşicəsinə qətlə yetirərək, meyitləri silos quyula- rına atdılar. Fevralın 25-də axşam saat 9-da erməni silahlı qüvvə- ləri, Xankəndindəki Rusiyaya məxsus 366-cı 81 mexanikləşdiril- miş atıcı alay və muzdlu quldurlar Xocalıya hücum etdilər. Cəmi 150 nəfər müdafiəçisi olan Xocalı düşmənlə üz-üzə qaldı. Düşmən ilk zərbəni hava limanına vurdu. Əlif Hacıyevin rəhbərlik etdiyi 22 nəfərlik dəstə düşmənin hücumlarını üç dəfə qəhrəmanlıqla dəf edə bildi. Lakin komandir dispetçer məntəqəsini partladaraq düş- mən əlinə keçməsinə imkan vermədi, sonrakı döyüşlərdə Ə.Hacıyev qəhrəmancasına həlak oldu. Komandir Tofiq Hüseynov onlarla adamın mühasirədən çıxmasına şərait yaratdı, son gülləni özünə vurdu.
Xocalı soyqırımında 613 nəfər öldürüldü, 487 nəfər ya-

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə