Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 88 -
tün bunlar dördüncü dünyanın altsistemləridir. Təbii ki, dördüncü dünyada
mədəniyyətdən danışmaq mümkün deyil, çünki insanın yaratdıqları lokal,
sonlu və məhdud olmaqla yanaşı əslində dördüncü dünyanın incə quruluşun-
da hansı isə nəzərə çarpacaq bir dəyişiklik yaratdığını zənn etmirik. Daha
doğrusu, bu məsələ insan idrakı xaricində olduğundan biz onu nəzərdən ke-
çirməyə lüzum görmürük.
Bəs onda mədəniyyət adlandırdığımız hadisə hansı dünyanın struktu-
runda yer tutur?
Bizcə, mədəniyyət birinci dünyalarla ikinci dünya arasında münasibət-
də ortaya çıxır.
Birinci dünya insanın şəxsi həyatı, xatirələri və arzuları ilə yanaşı özü-
nün ifadə üsulunu ən çox bədii yaradıcılıqda tapır. Yəni musiqi, poeziya,
təsviri sənət və s. birinci dünyanı birbaşa ifadə cəhdlərindən ibarətdir. İnsan
öz hissi yaşantılarını hansı isə simvolik formalarda ifadə edir. Lakin başqa
məsələ ki, incəsənət insanın özünüifadəsindən kənara çıxaraq öz müstəqil
həyatını yaşamağa başlayır və artıq başqaları üçün də tərəf müqabili olur.
“Mən”dən – birinci dünyadan kənara çıxa bilən, başqalarına təqdim olunan
və başqaları ilə dialoqa girən, onların “Mən”inə təsir edən varlıq formaları –
bədii əsərlər, sənət nümunələri birinci dünyanın müxtəliflikləri arasında, yə-
ni fərdi “Mən”lər dünyasının səmasında qərar tuturlar. Lakin onlar fərdi
“Mən”dən kənardadırlar, özgələşmiş və “Mən”in xaricində müstəqil həyat
kəsb etmiş varlıqlardır. Əslində onlar varlıq yox, varlığın surətləri, kölgələ-
ridir, çünki daha canlı deyil və dəyişmək, inkişaf etmək, cücərib boy atmaq
xislətindən məhrumdurlar. Bədii əsər ancaq yaradıcılıq prosesində olarkən,
yəni hələ “Mən”dünyasından kənara çıxmamış, insan nəfəsi ilə qızdırılar-
kən, “Mən”dünyasının sonsuzluğu ilə rabitədə ikən (sanki ana bətnində ol-
duğu vaxtda) canlı sayıla bilər. Amma elə ki, kənara transfer olundu, o, sabit
və dəyişilməz bir şeyə çevrilir, kopiyalanaraq çoxalır və fərdi dünyalar ara-
sındakı fəzada qərar tutur. Ancaq bir başqası (oxucu, tamaşaçı və s.) tərəfin-
dən mənimsənilərkən o sanki yenidən (ikinci) ana bətninə düşür, yenidən
canlanır və ikinci “Mən” dünyası ilə əks-əlaqəyə girir. Bu mənada sənət
əsərləri “Mən”lər arasında rabitənin bir formasıdır.
İkinci “Mən” üçün sənət əsərinin mənimsənilməsi, “Mən”lərarası sə-
Sosial fəlsəfə
- 89 -
madakı sərvətdən istifadə edilməsi artıq bir mədəniyyət hadisəsidir. Yəni
ikinci “Mən” daha ancaq öz şəxsi təcrübəsi hesabına deyil, həm də birinci
“Mən”in yaradıcılığının məhsulları hesabına əlavə qida alır, zənginləşir.
Görünür, “Mən”lərarası səma haqqında, birinci dünyanın kosmik
fəzası haqqında ayrıca bəhs edilməsinə ehtiyac vardır.
Mərkəzində insan duran dünya həmin insanın daxili enerjisi ilə isinir
və işıqlanır. İdeyalar canlanır və müxtəlif formalarda ətrafa transfer olunur.
Təbiət özü insan üçün mühit rolunu oynayır və insanın təbiətlə passiv tərəf
kimi qarşılıqlı təsirdən əldə etdiyi əməli biliklər sonradan insanın aktiv tərəf
kimi qarşılıqlı təsirə girməsi üçün vasitə olur. Əməli fəaliyyət zamanı insan
öz biliklərini sözlərlə ifadə etməkdən daha çox tətbiqi formada maddi
quruculuq fəaliyyəti kimi transfer edir. Yəni bir tərəfdən insanın öz dünyası
maddi mühitin təsirinə məruz qalırsa, digər tərəfdən də ətraf mühit, təbiət
insanın təsirinə məruz qalır. Aysberqin üst tərəfi ilə alt tərəfi arasında bir
uyğunluq yaranana qədər bu proses davam edir. Nəticədə insanın içi ilə çölü
bir-birini tamamlamış olur. Bir insanın əməli təcrübəsinin nəticələri hansı
isə formalarda “Mən”lərarası səmaya köçürülür, orada cansız, statik möv-
cudluq forması kəsb edir və nə vaxtsa başqa birisi bu səmadakı vasitələrdən
öz əməli fəaliyyətində istifadə edirsə, o artıq ikinci adamın birinci adam
sayəsində yeni keyfiyyətlər, qabiliyyətlər əldə etməsinə gətirir.
“N” sayda (adamların sayı qədər) birinci dünyaların ortaq fəzasının
formalaşması prosesi üç istiqamətdə həyata keçir. İnsan fəaliyyətinin üç
əsas formasına: duymaq, düşünmək və əməli iş formalarına uyğun olaraq
ortaq dünya da üç fərqli rakursda yaranır. Bədii yaradıcılığın ortaq dünyası
olan incəsənət haqqında biz yuxarıda bəhs etdik. İkinci olaraq biz əməli
biliklər və əməli fəaliyyət prosesində yaranan dünyanın spesifikasını nəzərə
almağa çalışdıq. Üçüncü aspekt isə insanın idraki qabiliyyəti ilə bağlı olub
onun dərk etdiklərini dillə ifadə etmək imkanından yaranır. Əslində məhz bu
aspekt fəlsəfədə ən çox nəzərə alınan və hətta insanın öz mahiyyətini də
guya ifadə edən önəmli bir aspektdir. Bəli, insan dünyanı qismən də olsa
dərk edir və dərk etdiklərinin sayəsində öz dünyasını qurur. Bir insan öz dü-
şüncələrini başqalarına ötürmək üçün “mən”lərarası dünyaya sözlər vasitəsi-
lə transfer edir. Məhz sözlər sonrakı nitq və yazılı mətnlərin əsasında daya-
Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1
- 90 -
nır. Loqosdan ibarət bir kosmos yaranır. Bu, artıq ortaq dünyanın üçüncü ra-
kursudur. Lakin çox özünəməxsus bir sahədir. Belə ki, insanların bilikləri
müəyyən bir toplanma qaydası ilə cəmlənərək gələcək nəsillərə ötürülür.
Yəni biliklər üçün kumulyativlik prinsipi həyata keçir. Nəticədə fərdi dün-
yalardan fərqli olan çox böyük miqyaslı bir bilik dünyası yaranır. Və onun
sayəsində fərdlər öz dünyalarının miqyasını genişləndirə bilirlər. Bu dünya-
nı biz yuxarıda şərti olaraq “ikinci dünya” kimi qeyd etmişdik. Onun spesi-
fikası bundan ibarətdir ki, burada toplanma horizontalda yox, vertikalda
gedir.
İkinci dünya insanın gerçək yaşantılarından kənarda, özgələşmiş, yad-
laşmış, cansızlaşmış, rasionallaşmış, verballaşmış, simvollaşmış və məhz in-
sanların qarşılıqlı razılaşması ilə qurulmuş, yəni hamı tərəfindən qəbul olun-
muş, ortaq məxrəcə gətirilmiş bir dünyadır. Bu dünya haqqında biz yuxarıda
bəhs etmişik. O, birinci dünyaların hər biri ilə müqayisədə solğun və yeknə-
səq olsa da, onların hamısına məxsus olan və nəsildən-nəslə davam etdirilən
hissi təcrübənin rasionallaşması və toplanması proseslərindən hasil olduğu-
na görə, miqyasca çox böyük bir dünyadır. Əslində bu, adi şüur səviyyəsin-
də insanların dünya adlandırdığı bir dünyadır. Daha doğrusu bu, bizim xari-
ci dünya adlandırdığımız dünyadır. Birinci dünya isə hər bir adamın daxili
dünyasına uyğun gəlir. Lakin Əbu Turxanın kosmoqoniyasında birinci dün-
yalar sadəcə daxili dünya olmayıb fərdi-hissi təcrübədən yaranan xarici dün-
ya ilə də eyniyyət təşkil edir (aysberqin üst və alt qatlarının nisbəti kimi).
İkinci dünyanın formalaşması təkcə birinci dünyaların rasional rakurs-
da toplanması ilə əldə olunmur. Yəni söhbət bir insandan, insanlar qrupun-
dan insana, icmaya keçidlə məhdudlaşmır. Burada həm də keçmiş insanla-
rın, əvvəlki nəsillərin hissi təcrübələrinin rasional nəticələri ehtiva olunur.
İkinci dünya həm də onunla səciyyələnir ki, o təkcə indi yaşayanların yox,
həm də əvvəl yaşamışların, yəni təkcə aktual bəşəriyyətin yox, həm də bütün
bəşər tarixinin rasional potensialının gücü ilə yaranmışdır.
Sadəcə olaraq adi şüur səviyyəsində insanlar öz bildiyi dünyanın ger-
çəkliyinə inanırlar. Yəni dünya inam üzərində qərar tutur. İnsanlar oxuduq-
larına, başqalarından eşitdiklərinə inanmasalar, onların dünyası o dərəcədə
məhdud olar ki, ikinci dünya birincinin hüdudunu keçə bilməz.
Dostları ilə paylaş: |