Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə27/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 82 -
hadisələr o vaxtkı fəlsəfənin predmetinə daxil ola bilmədi. Fəlsəfə hələ neçə 
yüz illər ərzində inersiya ilə hərəkət etdi. Ancaq inkişafın daha yüksək pillə-
lərinə qalxdıqdan sonra insanın yaratdığı dünya modelində onun öz fəaliyyə-
tinin nəticələri üçün də yer nəzərdə tutuldu. Yəni insan fəaliyyəti daha artıq 
böyük miqyaslı ictimai proses kimi dünya modelinin strukturuna daxil edil-
di. Lakin insan - təbiət, mənəvi - maddi dixotomiyasında artıq müəyyən bir 
kristallaşma, aydınlaşma getməsinə baxmayaraq, insan fəaliyyəti və onun 
məhsulu olan yeni reallığın fəlsəfənin predmetinə daxil edilməsi hələ  də 
müəyyən çətinliklərlə bağlıdır. Öncə bu yeni reallığın statusu müəyyənləş-
dirilməlidir. Onun ruha, yoxsa təbiətə aid olduğu, yaxud onlar arasındakı 
münasibətlərdə nə kimi bir yer, mövqe tutduğu aydınlaşdırılmalıdır. 
 Son üç yüz il ərzində bu istiqamətdə böyük tədqiqatlar getsə də, hara-
dan başlamaq məsələsi, ilk prinsiplər, hərəkətverici qüvvələr, mahiyyət fərq-
ləri aydın şəkildə müəyyənləşdirilmədiyindən, fəlsəfənin klassik strukturun-
da onlara yenə  də yer tapılmır.  Əvəzində yeni-yeni fənlər, tədqiqat istiqa-
mətləri yaranır. 
 Bir Allah, bir Təbiət və bir ümumiləşmiş insan obrazı strukturlaşma 
üçün çox rahat idi. Yeni reallığın törətdiyi çətinlik isə  ən çox bununla 
bağlıdır ki, fərdi fəaliyyətləri, onların müəyyən qruplar halında birləşməsini
qrupların daxili dinamikasını, habelə müxtəlif bölgələrdə yaranmış çoxlu 
sayda belə qruplar arasındakı münasibətləri bir anlayışla ifadə etmək üçün, 
görünür, hələ mücərrədlik dərəcəsi çatmır.  
 Fəlsəfə fərdiləri öyrənmir, fərdi təzahürlərin öyrənilməsi əsasən tarixi 
təfəkkürə aiddir. Ona görə də bu sahə uzun müddət daha çox dərəcədə tari-
xin tərkib hissəsi kimi qalmış, sonralar məxsusiləşərək etnoqrafiya, tarixi 
antropologiya, mədəniyyətşünaslıq və s. adlar altında öyrənilmişdir. “Mədə-
niyyət”, “texnika”, “sivilizasiya” və s. bu kimi anlayışlar müxtəlif müəlliflə-
rin  əsərlərində olduqca fərqli mənalarda işlənmişdir. Yəni əslində müxtəlif 
modellər qurulmuş, müxtəlif baxış bucaqlarından bu prosesin elmi mənzərə-
sini yaratmaq cəhdləri göstərilmişdir. Ona görə də əksər hallarda bir-birinin 
predmetinə nüfuz edən, bir-birini təkrarlayan və ortaq məxrəcə gələ bilmə-
yən təlimlər, fənlər yaranmışdır. Hamısının səbəbi də  məhz mahiyyətlərin 
fəlsəfə müstəvisində açılmaması və ya, daha doğrusu, dünyanın daha böyük 


Sosial fəlsəfə 
 
 
- 83 -
miqyaslı elmi mənzərəsində, fəlsəfi sistemlərdə bu hadisələrin ümumiləşmiş 
mücərrəd obrazlarının, mahiyyətlərinin öz yerini tutmaması ilə bağlıdır. 
 İctimai inkişafın üfüqi və şaquli istiqamətlərdəki göstəriciləri hələ də 
qarışıq salınmaqdadır. Kimsə elmi və texnikanı  mədəniyyətin strukturuna 
daxil etmək istəyir. Kimsə sivilizasiya ilə mədəniyyət arasındakı sərhədləri 
müəyyənləşdirmək üçün meyarlar axtarır. Kimsə çoxlu sayda sivilizasiyalar-
dan, bir başqası isə vahid sivilizasiyadan danışmağı üstün tutur. Kimsə mə-
dəniyyəti, bir başqası isə sivilizasiyanı dinlə bağlamağa çalışır. Bir sözlə, 
ictimai həyatın çox zəngin və müxtəlif çeşidli mənzərəsini çəkərkən hərə 
onun bir künc-bucağından yanaşır. Kimsə üstdən, kimsə altdan baxır və s. 
Amma ümumiləşdirilmiş cəhət kimi hansı amil götürülməlidir, bu müxtəlif-
liyin arxasında dayanan vahid bir mahiyyət varmı? Yaxud belə mahiyyət 
olaraq bir, yoxsa bir-neçə təməl prinsipi seçilməlidir? 
 Hər şey toplanma qaydasının necə seçilməsindən, bir də invariantların 
müəyyənləşdirilməsindən asılıdır. Məsələ burasındadır ki, tamın öyrənilməsi 
heç də həmişə hissələri öyrənmək və onları toplamaq yolu ilə mümkün ol-
mur. Bir hind hekayətində deyildiyi kimi, filin ayrı-ayrı hissələrini  əli ilə 
yoxlayan kor uşaqların təsvirlərini toplamaqla bütöv fil obrazı yarana bil-
məz. Ayrı-ayrı  mədəniyyətlərin olduğunu heç kim danmır. Amma onları 
toplamaq cəhdləri göstərilir. Və burada məlum toplama qaydaları köməyə 
gəlir. Yəqin ona görədir ki, Əbu Turxan yeni toplama qaydasını  nəzərdən 
keçirir. 
Toplama prinsiplərindən biri “toplananların cəmi ən böyük toplanana 
bərabərdir” prinsipidir. “İki” var idi, “üç” var idi və “altı” var idi. Toplandı 
və yalnız altı qaldı, iki və üç yox oldu. Buradan belə çıxır ki, ən böyük mə-
dəniyyət bütün kiçik mədəniyyətləri  əvəz etməlidir. Bu prinsip əslində 
qloballaşma ideyası ilə  də  səsləşir. Yəni dünya ən güclü dövlətin təsiri 
altında bütövləşməyə doğru gedir. Lakin başqa mövqelər də vardır. Ənənəvi 
toplanma prinsipinə görə  cəm toplananların hamısını daxilində saxlayır. 
Lakin bir var toplananlar hamısı  sıradan çıxsın və ancaq cəm qalsın. Bu, 
ədədlərin toplanmasına dair hesab əməliyyatına uyğundur. Yəni “iki”, üç və 
altının yerinə indi ancaq on bir ola bilər. Bu cür toplanma üsullarında 
ünsürlər çoxluğun tərkibində nisbi müstəqilliyini saxlaya bilər. Yəni yekun 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 84 -
mədəniyyət sanki bir matrisa olur, hansının ki, elementləri milli mədəniyyət-
lərdən ibarətdir. Yəni iki var idi, üç var idi və altı var idi. İndi isə iki də var, 
üç də var, altı da var və üstəlik on da var. Lakin toplamadakı müxtəliflik im-
kanları bununla da bitmir.  
Məsələn, baxdığımız variantda əlavə olaraq dörd, yeddi, doqquz da iş-
tirak edir. Yəni qoşa-qoşa toplanmadan alınan kiçik cəmlər, altsistemlər də 
matrisaya daxil olur. Əslində  hər bir ədədin daxilində saxladığı variantlar 
onun faktorialı qədər böyük bir rəqəmə uyğun gəlir. Bir neçə təməl hadisələ-
rin kombinasiyalarından çoxlu sayda müxtəlif variantlar ortaya çıxır. Müx-
təlif mədəniyyətlərin  əlaqələnməsi də  məhz həmin mədəniyyətlərin birgə 
mövcudluğu olmayıb onların həddindən artıq çox kombinasiyaları üçün im-
kan açır. Bu başqa məsələ ki, həmin bu mədəniyyətlər arasında bir-birini ta-
mamlayan, bir-birini gücləndirən, yəni artan mədəniyyətlər olduğu kimi, bir-
birini zəiflədən, konfliktə girməklə bir-birini təkzib edən, yəni azalan mədə-
niyyətlər də mümkündür (optikadan məlum olan difraksiya, interferensiya 
hadisəsində olduğu kimi). Belə halda cəm toplananların hər birindən kiçik 
də ola bilər.  Əsas məsələ uyuşan, toplananda zənginləşən mədəniyyətlərin 
birgəyaşayışını təmin etməkdədir. Uyuşmayan mədəniyyətləri isə müəyyən 
faza sürüşməsi və ilkin adaptasiya – peyvənd edilmədən bir araya gətirmək 
qəbahətdir.  
 
Mədəniyyət – dünya modelləri kontekstində 
Bəli, söhbət modelin qurulmasından gedir. Lakin hansı model daha 
optimaldır?  
Tarixən artıq qurulmuş,  əvvəlki  əsrlərin filosofları  tərəfindən təsvir 
edilmiş  mənzərələr yeni əsrin açdığı yeni imkanları, yeni mənzərələri 
çəkmək üçün maneəyə çevrilir.  
Bütün metafizik yönlü fəlsəfi təlimlərdə, bütün dini-fəlsəfi tədqiqatlar-
da təbiət də, insan da, ya özlüyündə mövcud, ya da Allah tərəfindən yaradıl-
mış varlıqlar kimi götürülür; insan bir yaradıcı varlıq kimi və insanın yarat-
mış olduqları tədqiqat predmetinə daxil edilmir.  
Ənənəvi fəlsəfədə insan bir qayda olaraq idrakın subyekti kimi götürü-
lür, fəaliyyətin subyekti kimi yox. Təsadüfi deyil ki, Aristotel də insanın 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə