Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə31/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 94 -
təsəvvür dünyamızdakına adekvat olmaya bilər.  Əksər hallarda əsasən uy-
ğunluq olduğundan biz təsəvvür dünyasını gerçək kimi qəbul etməyə hazır 
oluruq. Elmi məlumatlara görə, çox uzaq ulduzlardan gələn informasiya bizə 
o qədər gec çatır ki, bu müddət ərzində tamamilə mümkündür ki, həmin ul-
duz daha yoxdur (yerində yoxdur və ya parçalanmış, birləşmiş, başqa forma 
və məzmunlara keçmişdir). İstənilən halda bizim informasiya əsasında qur-
duğumuz təsəvvürə adekvat deyil. Amma nisbətən kiçik zamanlarda da də-
yişilmələr mümkündür. Mən  əminəm ki, filan kitab o biri otaqda rəfdədir. 
Amma ola bilsin ki, dünən onu kimsə götürüb, yandırıb və s. Deməli, inam 
üzərində qurulmuş  təsəvvür dünyası heç də bütün zaman anlarında gerçək 
deyil. Yəni, müəyyən zaman sürüşmələri mümkündür, yaxud, əslində labüd-
dür. Biz “gerçəkliyə adekvatdır” ifadəsini işlətmirik, ona görə ki, “gerçək-
lik” deyilən şey tamamilə nisbi və təxminidir. Əslində biz yalnız hər bir an-
dakı təsəvvürlərimizin gerçəkliyindən danışa bilərik. Onun kənardakı “real-
lığa” adekvatlıq dərəcəsi həmişə nisbidir: həm zamanca, həm məkanca, həm 
də məzmunca. Yəni məzmun labüd surətdə dəyişir. Təsəvvür qalır, nə vaxt-
sa onun yaranması üçün səbəb olmuş kənar hadisə özü isə dəyişir. Lakin o 
dəyişilmiş dünya mənim üçün yoxdur, başqa sözlə, mən o dünyadan 
xəbərsizəm.  
 
Elm və mədəniyyət 
Nəyin insana, nəyin cəmiyyətə (ictimai qrupa), nəyin bəşəriyyətə aid 
olduğunu bilmədən, biz nə elmin, nə  də  mədəniyyətin konturlarını düzgün 
təsəvvür edə bilmərik. Məhz mahiyyət fərqinin aydın olmaması üzündən bir 
çox tədqiqatçılar elm və  mədəniyyət arasında sərhəd qoya bilmir və  hətta 
elmi mədəniyyətin tərkib hissələrindən biri kimi götürülər.  
Ən əsası odur ki, biz fəaliyyət sahələrinə görə bölgü ilə hər bir sahədə 
vertikal boyunca adi şüurdan elmi nəzəriyyəyə qədər yüksələn iyerarxiyanı 
fərqləndirməliyik. Tutaq ki, iqtisadiyyatın özü, yəni praktikası ilə iqtisadi 
nəzəriyyə arasında, təbabətlə (həkimlik sənəti) tibb elmi arasında, yaxud 
müəllimliklə pedaqogika arasında və s. fərqi məhz vertikalda fərq kimi də-
yərləndirməliyik. Sahə eynidir, hər sahənin praktikası  və  nəzəriyyəsi isə 
müxtəlif qatlardır. Mədəniyyət hansı qatda ortaya çıxır; insanın əməli fəaliy-


Sosial fəlsəfə 
 
 
- 95 -
yətindəmi yoxsa bu fəaliyyətin elmi dərkində, elmi-nəzəri səviyyəsindəmi? 
Təəssüf ki, mədəniyyətşünas alimlər bir qayda olaraq vertikalda təsnifatı nə-
zərə almır və nəticədə sahələrə görə bölgü ilə səviyyəyə görə bölgü qarışıq 
salınır. Eyni halla biz texnika anlayışının tədqiqində də rastlaşırıq. Texnika-
nın təsnifatında sahələr mütləq nəzərə alınmalıdır. Belə ki, məsələn, kənd tə-
sərrüfatı texnikası ilə kosmik texnika və ya kompüter texnologiyaları köklü 
surətdə fərqli sahələrdir. Bunların fərqləndirilməsi fəaliyyət sahələrinə görə 
aparılır. Amma bir də var, hər bir texnika sahəsində texniki avadanlıqlar 
özü, texnologiyalar və nəhayət, həmin texnika haqqında elm – elmi araşdır-
malar ( texniki elmlər). Bu bölgü hər bir sahənin daxili strukturuna aiddir və 
onu sahələrə görə bölgü ilə qarışıq salmaq olmaz.  
Əgər biz mədəniyyət anlayışını ancaq təbiətlə qarşılaşdırmaqla, yəni 
təbii yox, süni surətdə yaradılmış olan hər şeyi bura daxil etməklə müəyyən-
ləşdirsək,  əslində  mədəniyyətin həcmini ona aid olmayan ünsürlərlə “zən-
ginləşdirmiş” olarıq. Belə ki, insanın yaratdığı çox şeylər var ki, mədəniyyə-
tə aid olmayıb məhz yaradıcılıq səviyyəsi kimi başa düşülür.  
Mədəniyyət yaradıcılıq deyil. 
Mədəniyyət insanın öz dünyasını ifadə etmək cəhdləri, yəni özün ifadə 
forması deyil və bu mənada insanın fərdi yaradıcılıq prosesinin özü və 
nəticələri mədəniyyətə aid deyil. Mədəniyyət ancaq fərdin ictimailəşməsi 
prosesində ortaya çıxır. Yəni fərdi dünyaların özünə yox, onlar arasındakı 
məkana aiddir. Yəni, insanın özünü ifadəsi yox, bu özünüifadənin başqası 
tərəfindən mənimsənilməsi, hamı üçün yaratdıqları.  
Əgər “mən” və “biz” anlayışlarını  fərqləndirsək, mədəniyyət “mən”ə 
yox, “biz”ə aid olanlardır.  
Bu mənada istər elmi yaradıcılıq olsun, istər sənətkar yaradıcılığı ol-
sun, istər fəlsəfi yaradıcılıq olsun, – bunlar heç biri mədəniyyətə aid ola bil-
məz. Çünki bunlar fərdi və ya heç olmasa elitar hadisələrdir. Ancaq seçil-
mişlər üçündür və bilavasitə  cəmiyyət üçün nəzərdə tutmur, kütlənin dərk 
edə biləcəyi səviyyəyə enmir. Bəs elm nə zaman mədəniyyət səviyyəsində 
özünü göstərir? Ancaq onun ideyaları öz tətbiqini tapdıqda, məsələn, texni-
kada realizasiya olunduqda, bu hadisə mədəniyyət hadisəsinə çevrilir. Tutaq 
ki, məişət texnikasına aid olan televizor, telefon və s. hamının istifadəsinə 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 96 -
verilir və onun istifadəsi ixtisaslaşmış bilik tələb etmir.  
Hətta “təfəkkür mədəniyyəti” dedikdə də söhbət alimin, yazıçının tə-
fəkküründən getmir. Burada söhbət ancaq müəyyən bir ictimai qrupun – et-
nosun, millətin, əhalinin mədəniyyətindən, mədəni səviyyəsindən gedə bilər. 
 
Mədəniyyət: fərdi və ictimai qatlar 
Bir var fərd, bir də var tək insan, yəni insan ümumisinin daşıyıcısı mə-
nasında insan. Məsələ burasındadır ki, əksər hallarda biz insandan danışar-
kən onun tarixçəsini doğulduğu gündən başlayırıq. Yəni bu insan genetik 
olaraq hansı proqramın daşıyıcısıdır, hansı ictimai mühitdə yaşamağa məh-
kumdur və bu mühitlə gen (tərbiyə ilə irsiyyət) arasındakı mücadilənin 
nəticəsində bu insan hansı gerçək məqamları yaşayır. Amma belə bir cəhət 
də  nəzərə alınmalıdır ki, insanın həyatı ondan əvvəlki nəsillərin həyatının 
davamı kimi, daha böyük, uzunmüddətli bir prosesin bir parçası kimi ger-
çəkləşir.  İctimai mühit və bütövlükdə insan dünyası  məhz həmin insanın 
yox,  əvvəlki nəsillərin fəaliyyətinin məhsuludur.  Və bu mənada insanın 
həyatı  əslində  əvvəlki nəsillərlə dialoqdan ibarətdir. Daha doğrusu, bir 
tərəfdən ətrafdakı insanlarla, yəni həmin zamanda eyni mühiti bölüşən digər 
insanlarla, başqa tərəfdən isə keçmiş insanlarla, yəni o mühiti öncədən for-
malaşdırmış olanlarla dialoq, əlaqə,  əks-əlaqə baş verir. Mühit geniş götü-
rüldükdə buraya həm bütün bəşəriyyət, həm də bütün keçmiş  nəsillər aid 
edilə bilər. Konkretləşdikdə isə məhz həmin lokal mühitin formalaşmasında 
bilavasitə iştirak edənlər nəzərdə tutulsa, yetərlidir.  
 Bu  mənada insan heç vaxt mütləq fərd olmur. Yəni onun həyatı 
yaranışından başqaları ilə münasibətlər sistemindən ibarətdir.  
 Mədəniyyət öncəki nəsillərin fəaliyyətinin nəticəsi olaraq yaranmış 
mühitdə öz əksini tapmışdır. Yəni hər bir insan üçün mühit heç də təbii mü-
hitdən ibarət olmayıb artıq müəyyən dərəcədə “mədəniləşmiş” mühitdir. 
Eləcə də müəyyən yaşa çatmış insan öz mütləq təbii halına qayıtmaq üçün 
gərək bütün əvvəlki nəsillərin əldə etdiyi nailiyyətlərdən imtina etsin. Hal-
buki bu nailiyyətlərin çoxu insan hələ  şüurlu yaşına qədəm qoyana qədər 
ona təsir göstərir. Müasir insanın təməli təbiətlə yox, “mədəniləşmiş” mühit-
lə qoyulur. Bu mənada hər bir insan bütün əvvəlki insanların həyatının dava-


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə