Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə33/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   29   30   31   32   33   34   35   36   ...   67

 
 
 
 
Tətbiqi sosiologiya 
 
  
Dövlət qulluqçularının fəaliyyət  
səmərəliliyinin qiymətləndirilməsi 
 
Rəcəb Rəhimli 

 
 
Qloballaşmanın da təsiri ilə dünyada yaşanan sürətli inkişaf prosesləri 
dövlət idarəçiliyi sahəsində  də yeni nəzəriyyələrin formalaşmasına səbəb 
oldu.  İqtisadi amilin təsiri, texnologiya və elmi nailiyyətlərdən faydalanan 
özəl sektorun insanların ehtiyaclarını təmin edəcək yeni xidmətlərlə gündən-
günə dövlətin fəaliyyət sahələrinə müdaxiləsi, xalqın düşüncə tərzinin dəyiş-
məsi və vətəndaş cəmiyyətinin inkişafı nəticəsində, dövlət idarəçilərinin bu 
yeni dəyişikliklərə adabtasiyasını  şərtləndirmişdir. Təbii ki, dövlət idarəet-
mə sahəsində bu dəyişikliklərin həyata keçirilməsini məcburi edən, vətən-
daşların və cəmiyyətin dövlət tərəfindən təqdim olunan xidmətlərin kəmiy-
yət və keyfiyyətcə dəyişiklik gözləntilərindəki təmayülünün artması olmuş-
dur. Çünki, xalqın dövlətdən ictimai xidmətlər məsələsində ənənəvi gözlən-
tiləri, xidmətlərin  ədalətli, bərabərlik, faydalılıq, cavabdehlik, təsirlilik və 
tərəfsizlik prinsipləri əsasında xalqa çatdırılmasıdır. Bunun üçün isə hər bir 
dövlətin yüksək peşəkar kadrlardan təşkil edilmiş effektiv idarəetmə sis-
teminə sahib olması vacib şərtdir.  
Yenidən müstəqillik əldə etdikdən sonra respublikamızda milli dövlə-
tin quruculuğu ilə birlikdə idarəetmə sistemində  də islahatların aparılması 
prosesinə başlanıldı. Dövlət idаrəеtmə sistеmində islаhаtlаrın  аpаrılmаsı 
məqsədi ilə  Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin imzаlаdığı 29 dеkаbr 
                                                 
 
- 100 -

 Siyasi e.f.d., dosent, Azərbaycan Dövlət  İqtisad Universiteti, İqtisadi Araşdırmalar 
İnstitutu Doctorant of Azerbaijan National Academy of Sciences. 


Tətbiqi sosiologiya 
 
 
- 101 -
1998-ci il tаriхli fərmаnlа Аzərbаycаn Rеspublikаsının Dövlət idаrəçilik sis-
tеmində islаhаtlаrın аpаrılmаsı üzrə Dövlət Kоmissiyаsı yаrаdıldı (4, s.468-
469). Fikrimizcə bu islahatların  əsas istiqamətlərindən biri müasir dövlət 
qulluğu sisteminin yaradılması olmuşdur. Belə ki son illərdə dünyada dövlət 
sektorunda qulluğu tənzimləyən hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı 
islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi yeni idarəçilik (new 
government), dövlət sektorunun fəaliyyət sahəsinin məhdudlaşdırılması  və 
bunun nəticəsi olaraq bir çox xidmət sahələrinin özəl sektora devredilməsi 
kimi məfhumların təsiri ilə dövlət idarəçiliyində  səmərəliliyin təmin olun-
ması üçün dövlət qulluğunda çevikliyə və cavabdehliyə nail olmaqdır. Bu-
nun üçün dövlət qulluqçularının peşəkar inkişafının yüksəldilməsinə, fasilə-
siz xidmət daxili tədrisinə, yenilikləri qəbul etmək və öyrənmək qabiliyyəti-
nin artırılmasına xüsusi diqqət yetirilməlidir (10, s.53-55). Məhz bu aspekt-
dən baxanda dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin qiymətləndiril-
məsi prosesi siyasi və praktiki cəhətdən əhəmiyyətlidir. Dövlət qulluqçuları-
nın qiymətləndirilməsində müasir yanaşmalar onların fəaliyyət səmərəliliyi-
nin artırılması məqsədini daşıyır. Fəaliyyət səmərəliliyinin yüksəldilməsinə 
təsir edici amillərin müəyyən edilməsi isə müasir dövlət idarəçilik elminin 
ən vacib problemlərindən biri hesab olunur.  
Dövlət qulluqçularının hüquq və vəzifələrinin onların fəaliyyət səmə-
rəliliklərinə  təsiri araşdırması ilə  əslində  səmərəliliyin dövlət idarəçiliyi 
üçün nə  qədər vacib olduğunun vurğulanması  məqsədi daşıyır (3, s. 329). 
Bu əsas məqsədə uyğun olaraq günümüzdə ən vacib resurs hesab olunan in-
san resursunun səmərəliliyi məsələlərinə diqqət edilmişdir. Çünki, hər bir iş-
çisinin məhsuldar fəaliyyəti təşkilatın ümumi məhsuldarlığının yüksəlməsi-
nə səbəb olur (9, s.6). Bunu nəzərə alaraq araşdırmamızda dövlət idarəetmə 
sisteminin əsas insan resursu olan dövlət qulluqçularının hüquqlarının, vəzi-
fələrinin və onlara qoyulan məhdudiyyətlərin fəaliyyət səmərəliliyinə təsiri 
əsas hipoteza (fərziyyə) olaraq qəbul edilmişdir.  
Ümumiyyətlə səmərəli idarəçilik anlayışı, dövlət idarəetmə sisteminin 
özünəməxsus prinsip və xüsusiyyətlərinə görə lazımi səviyyədə öyrənilmə-
mişdir. Amma elmin sürətlə inkişaf etdiyi günümüzdə dövlətə nəyi, necə, nə 
vaxt, nə  qədər və kim tərəfindən sualları ünvanlayan cəmiyyətə  və yaxud 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 102 -
ictimaiyyətə onun tələblərinə uyğun yəni qənaətedici cavabların verilməsi 
üçün dövlət səmərəli, təsir gücünə malik, məsuliyyətli, iqtisadi cəhətdən 
faydalı, şəffaf və hesab verəbilən olmalıdır.  
Fərdi səmərəlilik (məhsuldarlıq) deyəndə ilk ağla gələn dövlət qulluq-
çularının hüquqi statusudur. Dövlət qulluqçuları vəzifələrini əvvəlcədən mü-
əyyən olunmuş qaydalar çərçivəsində həyata keçirir və dövlətin ən çox eti-
bar etdiyi işçilərdir. Ancaq bu etibardan sui istifadə edilməməli, onların sə-
mərəli fəaliyyətinə  mənfi təsir göstərməməlidir. Bu aspektdən baxanda sə-
mərəliliyin ölçülməsi real olmalıdır. Dövlət qulluqçularının vəzifədə irəli 
çəkilməsi,  əmək haqqının artırılması, mükafatlandırılması  və ya cəzalandı-
rılması onların səmərəli fəaliyyət dərəcəsinə görə müəyyən olunmalıdır. Öl-
kəmizdə dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin müəyyən edilmə-
sində tutulan vəzifənin tələb etdiyi xüsusiyyətlərdən çox şəxslərin fərdi key-
fiyyətləri  əsas götürülür. Araşdırmanın  əsas məğzi bu normativ xarakterli 
problemin mahiyyəti ilə bağlıdır. Dövlət qulluqçularının qiymətləndirilmə-
sində  fəaliyyət səmərəliliyini müəyyən edəcək obyektiv kriteryalar müəy-
yənləşdirilmədiyindən qiymətləndirmə  rəhbərlərin  şəxsi fikir və  təşəbbüsü 
əsasında həyata keçirilir (10, s.55). Bu isə öz növbəsində, zənnimizcə, insan 
kapitalının xüsusi növü kimi dövlət qulluqçularının fəaliyyətinin təkmilləş-
dirilməsində sistemsizlik və risklər yaradır. Beləliklə  tədqiqat real dövlət 
qulluğu praktikasında təzahür edən tipik münasibətlər və proseslərin müşa-
hidəsi və qiymətləndirilməsi əsasında dövlət qulluqçularının səmərəliliyinin 
artırılmasına təsir edən amillərin sorğu əsasında aşkarlanmasına yönəldilir.  
Tədqiqatın əhatə dairəsi – Araşdırmanın əhatə dairəsi dövlət qulluq-
çularıdır. Eyni zamanda “Dövət qulluğu haqqında” Azərbaycan Respublika-
sı qanununda dövlət qulluqçularının hüquqları, vəzifələri və onlara qoyulan 
məhdudiyyətlər nəzərə alınmışdır. 
Tədqiqatın hipotezləri – Əsas iki hipotez irəli sürülmüşdür. 
Hipotez 1: Hüquqlar, dövlət qulluqçularının fəaliyyət səmərəliliyinin 
artırılmasında əsas rol oynayır, yəni onların əməli hüquqlarının daha dolğun 
təmin edilməsi peşə və şəxsiyyət potensialının güclənməsi vasitəsilə qulluq-
da  əmək məhsuldarlığının və ümumən inzibatçılığın səmərəliliyinin artırıl-
masına gətirib çıxarır; 


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə