Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə36/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
mək mümkündür. Eyni zamanda 120 respondentdən sadəcə 13-ünün öz 
mövcud işini perspektivli olaraq qiymətləndirməsi onun göstəricisidir ki
dövlət qulluğu sistemimizdə karyera sisteminə söykənən vəzifədə irəli çəkil-
mənin şəffaf həyata keçirilməsinə inam azdır. 
 
 
 
8.
 
Sorğu iştirakçılarının vətəndaşlarla münasibətdə tutduğu mövqe. 
 
Anket sorğusunda iştirak edən 120 respondentdən vətəndaşa qarşı 
özünüzü hansı mövqedə görürsünüz? sualına 38 dövlət qulluqçusu (31,7 %) 
idarəedən, 24 dövlət qulluqçusu (20%) istiqamətləndirici, 12 dövlət qulluq-
çusu (10,0 %) nizamlayıcı, 35 dövlət qulluqçusu (29,2%) xidmət edən, 11 
dövlət qulluqçusu (9,1 %) istehsalçı kimi cavab veriblər. Burada nəzərimizi 
cəlb edən 120 dövlət qulluqçusundan sadəcə 35-nin özünü vətəndaşlarla 
münasibətdə xidmət edən mövqeyində görməsidir. Halbuki dövlətin vətən-
daş üçün var olduğu teoriyasından hərəkətlə heç olmasa respondentlərdən 
80 %-nin özünü vətəndaşlarla münasibətdə xidmət edən statusunda görməli 
idi. Bu da, zənnimizcə, yeni müstəqillik  əldə edən respublikamızda dövlət 
qulluqçuları ilə vətəndaş arasında münasibətlərin hələ ki, istənilən səviyyədə 
formalaşmamasından irəli gəlir.  
 
9.
 
 Sorğu iştirakçılarının idarələrində işləyənlərlə əlaqədar fikirləri 
 
- 110 -


Tətbiqi sosiologiya 
 
Anket sorğusunda iştirak edən 120 respondentdən idarənizdə işləyən-
ləri necə xarakterizə edə bilərsiniz? sualına 37 dövlət qulluqçusu (30,8 %) 
işçilər əxlaqi dəyərlərə önəm verirlər, 55 dövlət qulluqçusu (45,9 %) sadəcə 
vəzifə tapşırıqlarını yerinə yetirirlər, 21 dövlət qulluqçusu (17,5 %) şəxsi 
mənfəətini ictimai mənfəətdən üstün tutan işçilərə rast gəlinir, 7 dövlət qul-
luqçusu (5,8%) işçilərin davranış  və münasibətləri rəhbərdən asılı olduğu 
qənaətinə gəliblər.  
 
10.
 
Sorğu iştirakçılarının qabiliyyət, yeni fikir irəlisürmə, problem 
həll etmə qabiliyyətləri ilə əlaqədar düşüncələri 
 
Anket sorğusunda iştirak edən 120 respondentdən fəaliyyətinizdə ya-
radıcısızmı, yeni fikir irəlisürmə, problem həll etmə qabiliyyətinə sahibsi-
nizmi? sualına 87 dövlət qulluqçusu (72,5 %) sadəcə verilən tapşırıqları ye-
rinə yetirirəm, 13 dövlət qulluqçusu (10,8 %) çalışıram yaradıcı və ya təşəb-
büskar olum, 3 dövlət qulluqçusu (2,5 %) işin xarakteri bunu tələb etmir, 17 
dövlət qulluqçusu (14,2%) özümü yaradıcı hesab edirəm, amma işimdə bu-
nu tətbiq etmirəm kimi cavab veriblər. Burada qeyd etməliyik ki, 120 dövlət 
qulluqçusundan 87-nin sadəcə verilən tapşırıqları yerinə yetirmək üçün bu 
vəzifədə  işlədiklərini qeyd etmələri dövlət qulluğu sistemimizdə monoton 
idarəçilik qaydalarının hakim olduğunun göstəricisidir. Halbuki səmərəli 
dövlət idarəçiliyinin  əsas aktorları hesab olunan dövlət qulluqçularının və-
təndaşa daha effektli və çevik xidmət göstərməsi üçün yaradıcı qabiliyyətə 
sahib olması şərtdir (8, s.58-80). Günümüzdə yeni idarəçilik (new govern-
ment və ya governance), dövlətin vəzifə və səlahiyyətlərinin yenidən forma-
laşdırılması kimi yeni elmi idarəetmə teoriyaları bunu şərtləndirir.  
 
 
- 111 -


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
 
11. Sorğu iştirakçılarının hüquqlarını bilmə dərəcəsi. 
 
Dövlət qulluqçularına Azərbaycan Respublikasının qanunvericilik akt-
ları ilə müəyyən olunan hüquqların, onların fəaliyyət səmərəliliyinə müsbət 
təsiri ilə əlaqədar əsas hipotezimizi test etmək üçün iştirakçılara bu hüquqla-
rını bilib bilmədikləri ilə əlaqədar sual ünvanlanmışdır. Aşağıdakı cədvəldən 
aydın göründüyü kimi iştirakçıların 90%-i hüquqlarını qismən, çoxunu və 
ya hamısını bilir. Bu vəziyyət hipotezimizin doğruluğunu təsdiq edir və hə-
yata keçirdiyimiz sorğunun güvənli olduğunun isbatıdır. Amma bu o demək 
deyil ki, dövlət qulluqçuları bu hüquqlardan istənilən səviyyədə və istənilən 
vaxt istifadə etmə imkanlarına sahibdirlər.  
 
12. Sorğu iştirakçılarının hüquqlarının onların səmərəli 
fəaliyyətlərinə təsiri  
 
Aşağıdakı qrafikdən dövlət qulluqçularına Azərbaycan Respublikası-
nın qanunvericilik aktları ilə müəyyən olunan hüquqların, onların fəaliyyət 
səmərəliliyinə 96,6 % müsbət təsirinin olduğu anlaşılır. Belə ki, respondent-
lərimizdən sadəcə 4 nəfər mənfi rəy bildirmiş, 25 nəfər müəyyən qədər təsiri 
olduğunu, 91 nəfər isə çox təsiri olduğunu qeyd etmişdir. Bu göstərici də
 
- 112 -


Tətbiqi sosiologiya 
 
yenə hipotezlərimizi təsdiq edir.  
 
 
13. Sorğu iştirakçılarının vəzifə və səlahiyyətlərini bilmə dərəcəsi 
 
Dövlət qulluqçularına Azərbaycan Respublikasının qanunvericilik akt-
ları ilə müəyyən olunan vəzifə, səlahiyyət və məhdudiyyətlərin (burada söh-
bət səlahiyyətlərlə və resurslarla tam təmin olunmamış vəzifələr və suni şə-
kildə təyin edilmiş məhdudiyyətlərdən gedir), onların fəaliyyət səmərəliliyi-
nə mənfi təsiri ilə əlaqədar əsas hipotezimizi test etmək üçün iştirakçılara bu 
vəzifə, səlahiyyət və  məhdudiyyətlərin nədən ibarət olduğunu bilib bilmə-
dikləri ilə əlaqədar sual ünvanlanmışdır. Aşağıdakı cədvəldən aydın görün-
düyü kimi iştirakçıların 99%-i vəzifə, səlahiyyət və məhdudiyyətlərin nədən 
ibarət olduğunu qismən, çoxunu və ya hamısını bilir. Bu vəziyyət hipotezi-
mizin doğruluğunu təsdiq edir və  həyata keçirdiyimiz sorğunun güvənli 
olduğunun isbatıdır.  
 
14. Vəzifə, səlahiyyət və  məsuliyyətin çoxluğunun fəaliyyət 
səmərəliliyinə təsiri  
 
- 113 -


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə