Azərbaycan fəLSƏFƏ VƏ sosial-siyasi



Yüklə 5,14 Kb.
Pdf görüntüsü
səhifə34/67
tarix23.11.2017
ölçüsü5,14 Kb.
#12129
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

Tətbiqi sosiologiya 
 
 
- 103 -
Hipotez 2: Vəzifələr və xüsusilə məhdudiyyətlər, dövlət qulluqçuları-
nın səmərəliliyinin azalmasında mühüm rol oynayır (burada söhbət səlahiy-
yətlərlə və resurslarla tam təmin olunmamış vəzifələr və suni şəkildə təyin 
edilmiş məhdudiyyətlərdən gedir). 
Araşdırmanın əsasını təşkil edən bu hipotezlərlə birlikdə ikinci dərəcə-
li hipotezləridə müəyyənləşdirə bilərik. Araşdırma ərəfəsində respondentlərə 
verilən suallar çərçivəsində müəyyənləşdirilən ikinci dərəcəli hipotezlər 
bunlardır (3, s. 331). 
1.
 
Dövlət qulluqçularının hüquqlarını bilmələri onların müvəffəqiy-
yət dərəcəsinə təsir edir. 
2.
 
Dövlət idarələrində bərabərlik, ləyaqət, tərəfsizlik və karyera prin-
siplərinin həyata keçirilməsi dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsi-
nə təsir edir. 
3.
 
İş yerində vəzifə təlimatına uyğun davranılması dövlət qulluqçula-
rının müvəffəqiyyət dərəcəsinə təsir edir (yəni həmin müvəffəqiyyət dərəcə-
sinin yüksəldilməsinin zəruri lakin kifayət olmayan şərtidir). 
4.
 
Xidməti vəzifəyə uyğun əlavə təhsilin alınması və ya təhsilin artı-
rılması dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə  fərqli dərəcədə 
müsbət təsir edir. 
5.
 
Sosyal güzəştlər (səhiyyə, təhsil, istirahət, mənzil təminatı) dövlət 
qulluqçularının müvəffəqiyyət dərəcəsinə müsbət təsir edir. 
6.
 
Vəzifədə irəli çəkilmə dövlət qulluqçularının müvəffəqiyyət dərə-
cəsinə təsir edir, lakin bunu şərtləndirən amil qulluqçunun insan kapitalının 
artırılmasını  təmin edən  əlavə peşə  təhsilinin (ixtisasartırma, stajkeçmə  və 
s.) səmərəli sistemi fəaliyyət göstərməlidir. 
7.
 
İşin nəticələrinin hərtərəfli obyektiv qiymətləndirilməsi sisteminin 
fəaliyyət göstərməsi, dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə müs-
bət təsir edir. 
8.
 
Yaxşı  və çox işlədiyində mükafatlandırılacağı düşüncəsi dövlət 
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir, bununla belə dövlət qul-
luqçularının peşəkar şüurunda sağlam rəqabət və əməli əməkdaşlıq, qarşılıq-
lı yardım amillərinin nəzərə alınacağı təsəvvürləri əhəmiyyətlidir. 


Fəlsəfə və sosial-siyasi elmlər – 2012, № 1 
 
 
- 104 -
9.
 
İşlə  əlaqədar məsələlərdə iyerarxik tabeçilik əsasında rəhbərlə 
məsləhətləşmə dövlət qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir. 
10.
 
Tənqid və şikayətlərin qiymətləndirilməsi dövlət qulluqçularının 
müvəffəqiyyət dərəcəsinə təsir edir. 
11.
 
 İş şəraitinin uyğunluğu, işlə əlaqədar vasitələrin təminatı dövlət 
qulluqçularının müvəffəqiyyət dərəcəsinə təsir edir. 
12.
 
 Rəhbər işçinin vəzifəsinə və qanuna uyğun olmayan əmrlər ver-
məsi onların müvəffəqiyyət dərəcəsinə təsir edir. 
13.
 
 Əmək haqqı dövlət qulluqçuların və onların ailələrinin yaşayış 
minimumunu təmin etməklə digər sadalanan amillərin müvəffəqiyyət dərə-
cəsinə təsirinin kontekstini təşkil edir.  
14.
 
 Dövlət qulluqçularının öz vəzifələrini bilmələri onların müvəffə-
qiyyət dərəcəsinə təsir edir. 
15.
 
 Dövlət qulluqçularının səlahiyyət və  məsuliyyətinin ifratlığı 
onların müvəffəqiyyət dərəcəsinə əsasən mənfi təsir edir. 
16.
 
İfrat rəsmiyyətçilik və bürokratizm dövlət qulluqçularının mü-
vəffəqiyyət dərəcəsinə təsir edir. 
Tədqiqatın model çərçivələri və əsas məhdudiyyətlər – Tədqiqatın 
ölkədə ilk dəfə keçirilməsini nəzərə alaraq, onun təşəbbüs və axtarış xarak-
teri daşımasını qeyd etmək vacibdir. Bu baxımdan müxtəlif kateqoriyalı 
dövlət qulluqçuları sırasında yalnız bölmə rəhbərləri, müavinləri, məsləhət-
çilər və mütəxəssislərin (orta və aşağı səviyyə peşəkar qulluqçular) həmçi-
nin bütövlükdə dövlət qulluğu sisteminin tam çoxpilləli reprezentativ mode-
li deyil, tipik təmsilçilik modelinə üstünlük verilmişdir. Eyni zamanda xüsu-
si insan kapitalı növü kimi dövlət qulluqçularının bir neçə il içində əhatəli 
tədqiqinin təmin edilməsi nəzərdə tutulur. 
Yuxarıda qeyd olunan hipotezlər çərçivəsində daha doğrusu xüsusi in-
san kapitalının xüsusi növü kimi dövlət qulluqçularının fəaliyyət səmərəlili-
yinin qiymətləndirilməsi məqsədi ilə müxtəlif dövlət orqanlarında işləyən 
120 dövlət qulluqçusuna 54 sualdan ibarət sorğu anketi təqdim edilmiş  və 
verilən cavablar əsasında SPSS (Sosial Araşdırmalar Statistik Paket Proqra-
mı) vasitəsi ilə sorğunun nəticələri qruplaşdırılmışdır.  
 


Tətbiqi sosiologiya 
 
Sorğu iştirakçılarının cinsiyyətlərinə görə nisbəti 
 
Aşağıdakı cədvəldən göründüyü kimi sorğu anketinin doldurulmasın-
da iştirak edən 120 dövlət qulluqçusundan 101-i kişi 19-u isə qadındır. 2010 
cu ilin statistik göstəricilərinə nəzər saldığımız zaman görürük ki, respublika 
üzrə 28 648 dövlət qulluqçusundan 8115-i qadınlardır (6, s.16-18). Nəzərə 
alsak ki, qadınların respublikanın ictimai siyasi həyatında rolunun artdığını 
nəzərə alsaq görərik ki, dövlət qulluğu sistemində  də qadınların sayı gün-
dən-günə artmaqdadır. Eyni zamanda apardığımız emprik araşdırmalardan 
və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələ-
ləri üzrə Komissiyanın 2010-cu il üzrə müxtəlif tarixlərdə elan edilmiş mü-
sabiqələrin ali məktəblər üzrə  təhlilindən aydın olmuşdur ki, dövlət qul-
luğuna qəbul üçün müraciət edənlərdən 40%-i qadınlardır(1). Dövlət qullu-
ğunun qadınlar üçün cəlbediciliyinin əsas səbəblərindən biri rahat iş şəraiti 
və verilən əmək haqqının onlar üçün qənaətedici olmasıdır. 
 
Cinsiyyət Tezlik 

Cəmi % 
1.
 
Kişi 
2.
 
Qadın 
Cəmi 
101 
19 
120 
84,1 
15,9 
100 
84,1 
100 
 
 
 
1.
 
Sorğu iştirakçılarının yaşlarına görə nisbəti. 
 
Sorğuda iştirak edənlərin yaşlarına görə nisbətinə baxanda aydın olur 
ki, 120 dövlət qulluqçusundan 28-inin (23,3%) 25-30 yaşlar arasında, işti-
rakçılardan ən çox (75) dövlət qulluqçusunun (62,5%) 31-36 yaşlar arasın-
 
- 105 -


Yüklə 5,14 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə