Azərbaycan Mədəniyyət və Turizim Nazirliyi Göyçay rayon M.Ə. Sabir adına Mərkəzi Kitabxanası



Yüklə 44,67 Kb.

tarix06.05.2018
ölçüsü44,67 Kb.


 

                                 Azərbaycan Mədəniyyət və Turizim Nazirliyi 

                          Göyçay rayon M.Ə.Sabir adına Mərkəzi Kitabxanası 

 

 

 

 

1 İyun - uşaqların beynəlxalq müdafiəsi günüdür 

 

             ( Metodiki vəsait ) 

 

 

 

 

 

                                        Göyçay ---- 2017 

 



Tərtib edəni :                                          Metodika və biblioqrafiya  şöbəsinin                                                                 

 

                                           biblioqrafı Rəna Kərimova.         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

                                         Göyçay ---- 2017 


                                         

 

                                   Uşaqların Beynəlxalq Müdafiəsi Günü Bayrağı 

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü (

ing.


 International Children's Day) - 

1 iyun


 1950-ci 

ildə 


BMT

 Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb 

[1]

. Həmin gün təşkil olunan 



"Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və 

elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. 

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər 

ölkələrində olduğu kimi, bu gün 

Azərbaycanda

 da qeyd edilir. 

Bu bayramla yanaşı BMT -nin Baş Assambleyası tərəfindən 

20 noyabr

 tarixində 

Ümumdünya 

Uşaqlar Günü

 də qeyd olunur. "Ümumdünya Uşaqlar Günü" 

1954

-cü ildə BMT -nin Baş 



Assambleyasının №836 (IX) saylı qətnaməsində 

1956


-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə 

keçirilməsi tövsiyə olunan bayram kimi qeyd olunub. 

Azərbaycan Respublikasın

ın Prezidenti 

İlham Əliyevin

 Azərbaycan Respublikasında uşaqlara dövlət 

qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması 

və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 

2008-cil tarixli sərəncam imzalamışdır. Sərəncama görə 

2009


-cu il "Uşaq ili" elan olunmuşdur. 

   Tarix           

 

 

 



 

 

                                         Eglantyne Djebb 

1924

 -cü ildə ilk dəfə olaraq Uşaqların hüquqlarını təmin edən bəyənnamə qəbul edilmişdir. Bu 



bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şeylərlə təmin etsin". Bu 

bəyənnaməni qəbul edilməsində ilk işlər 

Eglantyne Djebb

 tərəfindən edilmişdir. 

Birinci dünya müharibəsinin dəhşətlərinin şahidi olan, 

Eglantyne Djebb

 müharibənin dəhşətlərindən 

sarsılaraq uşaqların xüsusi müdafiəyə ehtiyac duyduğlarını anladı. Bacısı 

Doroti Bakston

 köməyi 


ilə 

1919


-cu ildə, uşaqlara yardım, kömək göstərib, onların müdafiəsini təmin etmək üçün Londonda 

"uşaqlara yardım fondu"nun əsasını qoydu. 

 

 

 




                              

 

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş 



Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında 

iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin 

gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq 

problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara 

dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də 

uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas 

prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib 

missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük 

himayədarıdır. 

Azərbaycanın sabahının da qayğısına qalan Heydər Əliyev həmişə qızıl kimi 

qiymətli vaxtından kəsib məmnunluqla uşaqların bayram tədbirlərinə gəlib. 

Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham 

Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini 

dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham 

Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə 

diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Az-n dövləti uşaqların sabahı 

üçün böyük tədbirlər görür. 

Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük 

rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun 

Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” 

devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər 

görmək.” 

Təsadüfi deyil ki, Fondun yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı 

oldu. 2004-cü ilin sentyabrında  Fond nəcib təşəbbüslə 30-a yaxın uşaq evi və 

internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqları sevindirdi, Səttar 

Bəhlulzadə adına sərgi salonunda onların “Mən Azərbaycanı sevirəm” adlı 

sərgisini təşkil etdi. Elə həmin tədbirlə də uşaq evi və internat məktəblərinə 

qayğının təməli qoyuldu. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” 

çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə böyük 



rezonans doğurdu. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar 

inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində 

yaşayış üçün rahat komunal şərait yarandı. “Ən gözəl təmir olunan uşaq evi, ən 

müasir internat məktəbi heç vaxt ailəni, ailə mühitini əvəz edə bilməz” deyən 

Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evləri və internat məktəblərində yaşayan 

uşaqların dövlət müəssisələrindən kənar edilməsi və onlara alternativ qayğı 

proqramı hazırlandı, 2005-ci il iyunun 1-də Fondda həmin layihənin – 

“Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların kənar edilməsi və 

alternativ qayğı” layihəsinin müzakirəsi keçirildi. 

Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Təhsilə 



dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", 

“Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin 

reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə 

aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. 

Mehriban Əliyeva hər il Gülüstan sarayında internat və uşaq evlərində tərbiyə 

alan, eləcə də qaçqın və məcburi köçkün uşaqlar üçün bayram şənlikləri keçirir, 

onları bir araya yığır, uşaqlarla bir süfrə arxasında əyləşir, səmimiliyi ilə onların 

könlünü ələ alır. Bu unudulmaz görüşlər, Azərbaycanın birinci xanımı ilə çəkilən 

şəkillər uşaqların ömrünün ən əziz xatirəsinə dönür. 

Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azəbaycan uşaqları istedadları 

ilə artıq Avropanı, dünyanı dolaşır, “Azərbaycanın xoşməramlı mələkləri” 

Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur. 

Beləliklə, Heydər Əliyev Fondu və onun Prezidenti insanların beyninə, 

düşüncəsinə xeyirxahlıq toxumu səpərək fədakarlığı ilə tək Azərbaycana yox, 

bütün dünyaya son dərəcə gözəl bir nümunə sərgiləyir. Fəaliyyəti ilə sübut edir ki, 

bu gün qəlbimiz daha çox insan sevgisi ilə dolu olmalıdır, bu gün uşaqlara qayğı 

dünyanın xilası deməkdir... 

  

 



 


 

 

 



 

 Heydər Əliyev və uşaqlar

 

“Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə 



edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimisabahı bundan 

asılı olacaqdır”.

 

Heydər Əliyev

 

 




Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Uşağı sağlam, 

cəmiyyətə faydalı vətəndaş kimi böyütmək çətin və məsuliyyətli, mənəvi qüvvə 

tələb edən bir işdir. Planetimizin əhalisinin üçdə birini təşkil edən uşaqlarımızın necə 

tərbiyə olunmasından, hansı ideyalara qulluq etməsindən hər bir ölkənin gələcəyi 

asılıdır. Ona görə də uşaqlara diqqət və qayğı hər zaman göstərilməli, onların 

problemlərinin həllinə dövlət səviyyəsində nəzarət edilməlidir.  

Amma 80-cı illərin ortalarından sonra müəyyən müddətdə cəmiyyətimizdə gedən 

mənəvi, iqtisadi tənəzzül və aşınmalar, üzləşdiyimiz Dağlıq Qarabağ problemi 

uşaqların da taleyindən yan keçmədi. Həmin dövrdə uşaqlar arasında təhsildən 

yayınma, məktəb yaşlı yeniyetmələrin alverə cəlb edilməsi, təhsil ocaqlarında 

tədrisin keyfiyyətinin aşağı olması, bir sözlə, uşaqlara qayğısızlıq cəmiyyətdə 

narahatlıq yaratmırdı.  

Hazırda uşaqlara göstərilən qayğı göz qabağındadır. Ulu öndərimiz H.Əliyevin 

 təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına 

qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul 

edilmiş, “SOS Kinderdorf İnternəşnl” təşkilatı ilə respublika hökuməti arasında əldə 

olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Burada Avropa 

standartlarına uyğun 12 ailə evi, uşaq bağçası və altı digər yardımçı bina fəaliyyət 

göstərir. Ailə evlərinin hər birində 8-10, umumilikdə isə kənddə 100-dən artıq 

uşağın yaşaması üçün hər çür şərait yaradılmışdır. Burada kimsəsiz, valideyn 

himayəsindən məhrum, yetim, atılmış uşaqlar tərbiyə alırlar.  

Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında fərqli 

həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza 

yönəltmişdi. Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların 

hüquqlarının qorunması üçün geniş hərəkat başlanmışdır. Uşaqların Beynəlxalq 

televiziya və radio günü münasibətilə keçirilən ənənəvi bayramında iştirak edən ulu 

öndərimiz Heydər Əliyev demişdir: “Artıq biz ictimai-siyasi cəhətdən çox sabit bir 

Azərbaycan yaratmışıq. İnsanlar rahat yaşasınlar və biz bunu, sabitliyi daimi 

edəcəyik... Əmin olun ki, siz bizim rastlaşdığımız çətinliklərlə rastlaşmayacaqsınız. 

Ancaq bu, sizə imkan verəcək ki, bizim başladığımız işləri daha da uğurla həyata 

keçirəsiniz. Siz bizim ümidimiz, gələcəyimizsiniz” 

 

Kənd kitabxana filiallarında 1 iyun Uşaqların beynəlxalq müdafiəsi günü  ilə 

əlaqədar kitab sərgiləri,söhbətlər digər tədbirlər keçirilə bilər. 

 

 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə