Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

3.  Ordubad  rayon  Tarix-diyarşünaslıq  muzeyi.  Boz 
daşdan hazııianmış  başdaşı  tipli xatirə  abidəsi  (54x33x5  sm) 
üzərində  kitabə.  Yuxarı  hissəsi  sınıb  itdiyi,  aşağı  hissəsi  isə 
güclü 
aşındığı 
üçün 
mətni 
tam 
oxumaq 
mümkün 
olmamışdıı*.  Başdaşmm  orta  hissəsində  aydm  süls  xətti  ilə 
ərəb dilində yazalmış kitabənin nıətni belədir:
«...Cəmadi əs-səni,  819-cu il.
  ... 
Əhmədin oğlıı R əşid...»
Cəmadi əs-səni 819 h. i. —27.0
7

-24.08.1416)-cı il.
4.  «Malik  İbrahim»  qəbristanlığı.  Yaşılımtıl  rəngli 
daşdan  hazırlanmış  başdaşı  tipli  qəbirüstü  xatirə  abidəsi 
(52x39x8  sm)  üzərində  5  sətirdə,  ərəb  dilində,  süls  xətti  üə 
həkk edilmiş  kitabə.  Mətni belədir:
«Yer üzündə  hər kəs fanidir [ölümə məhkıımdur].  Ancaq 
əzəmət  və  kərəm  sahibi  olan  Rəbbinin  zcıtı  baqiclir»  (Buııdan 
sonra:  Qııran  LV-26,  27).  Bəkrirı  oğlu,  mərhum  Həşim fani 
dünyadan əbəcli dimyaya köçdü».
Mətnin  oxşaıiığma  və  paleoqrafıya  xüsusiyyətlərinə 
əsasən  başqa  kitabələrlə  müqayisə  edərək  abidəni  XV 
yüzilliyə aid etmək olar.
5.  Yenə  orada.  Yaşılımtıl  rəngli  daşdan  hazırlanmış 
başdaşı  tipli  xatirə  abidəsi  üzərində  kitabə.  Baş  tərəfi  smıb 
itdiyi  üçün  mətn  tam  deyüdir.  Qalan  hissənin  ölçüləri 
belədir:  22x33x5  sm.  Bəzi  yerləri  aşman  kitabənin  mətni 
belədir:
«...  Məhərrəm  ül-həram  ayı,  səkkiz  yüz  səksən  altıncı 
ildə».
Məhərrəm ayı,  886 h.i.= 02.03.1481-31.03.1481-ci il
6.  Ordubad  rayon  Tarix-diyarşünaslıq  muzeyi.  Ağ 
mərmərdən  hazırlanmış  sənduqə  formalı  qəbirüstü  xatirə 
abidəsi  (95x22x16  sm).  Səthi  nəbati  ornamentlər  ilə 
bəzədilmiş  abidənin  baş  tərəfindəki  düzbucaqlıda  Quran 
ayəsi həkk edilmişdir:
67


«Yer  iiziində  olan  hər  kəs faniclir  [ölümə  məhkumdur]» 
(Bundan sönra:  Qıtran LV-26).
Sənduqənin  yanlarmda  isə  lentvari  haşiyə  şəklində  fars 
dilində belə bir kitabə yazılmışdır:
«Ey ölüm,  minlərlə ev viran etdin,
Vücud mülkündə can qarət etdin.
Dünyada gördüyim hər qiymətli gövhəri,
Apardın,  torpaq altında pünhan etdin.
Pak  uşaq,  mərhum,  günahları  bağışlcmmış  əmir  Mənsur- 
Allah  onun  qəbrini.  nurlandırsm.  Doqquz yüzüncü  il,  miibarək 
ramcızan ayının əvvəlində»
 (31,  s.  15).
Ramazanın əvvəli 900 h.i. —26.05.1495-ci il
7.  «Malik  Ibrahim»  qəbristanlığı.  Yaşıl  rəngli  daşdan 
hazırlanmış  başdaşı  tipli  qəbirüstü  xatirə  abidəsi  (70x39x8 
sm)  üzərində  ərəb  dilində,  5  sətirdə  həkk  edilmiş  kitabə. 
Mətni  belədir:
«Rəhmli  və mərhəmətli Allahm  adı  ilə! Bu  bağça  mərhum, 
uca  A/lahın  rəhmətinə  getmiş  Şəmsəddinin  oğlu,  mərhum, 
xoşbəxt,  uca AUahın  rəhmətinə getrniş  Şükrullahındır»
  (31,  s.
15).
Kitabənin  tarixi  yoxdur.  Onu  oxşar  və  tarixi  qeyd  edilən 
başqa 
abidələrlə 
formasma, 
ölçüsünə, 
paleoqrafik 
xüsusiyyətlərinə  görə  müqayisə  edərək 
X V I əsrə  aid  etmək 
olar.
8.  Yenə  orada.  Yaşılımtıl  rəngli  daşdan  hazırlanmış 
başdaşı  tipli  qəbirüstü  xatirə  abidəsı  üzərində  süls  xətti  ilə 
ərəb dilində həkk edilmiş kitabə.  Mətni  belədir:
«Quran 
LV-26. 
Bu 
bağça 
mərhum 
Seyyid  Mir 
Məhəmmədindir».
X V I əsr.
9.  Yenə  orada.  Qaramtıl  rəngli  daşdan  hazııianmış 
sənduqə  formalı  qəbirüstü  xatirə  abidəsi.  Bir  hissəsi  smıb
68


itən  abidənin  indiyədək  qalan  parçasının  (47x30x26  sm) 
üzərində ərəb dilində həkk edilmiş  kitabənin mətni belədir:
«Allahdan  başqa  heç  bir  tanrı  yoxdur.  [Zatı  və  kəmal 
sifətləri ilə hər şeyə qadir olub  bütün kainatı yaradan  və idarə 
edən,  bəndələrini dolatıdıran  və onların  işlərini yoluna  qoyan] 
əbədi  və  əzəli yaradan  Odur.  O  nə  miirgü,  nə  də yuxu  bilər. 
Göylərdə  və  yerdə  nə  varsa  hamısı  Onundur.  Allahın  izni 
olmadan  [qiyamətdə]  Onun yanında  [hüzurunda]  kim şəfaət 
[bu və ya digər şəxsin günahlarımn bağışlanmasını xahiş] edə 
bilər?  O,  biitün yaranmışların  keçmişini  və gələcəyini  [biitün 
olmuş  və  olacaq  şeyləri]  bilir.  Onlar  [yarcınmışlar]  Allahın 
elmindən  Onun öziinün  istədiyinclən  başqa heç bir şey qavraya 
bilməzlər.  Onun kürsüsü  [elmi,  qiidrət  və səltəııəti] göyləri  və 
yeri  əhatə  etmişdir.  Bunları  mühafızə  etmək  Onun  üçiin  heç 
də  çətin  deyildir.  Ən  ııca  və  ən  böyük  varlıq  da  Odur!» 
(Bundan  sonra:  Quran  11-255).  Bu  bağça  əmir  Bədiiil- 
Mülkiin  qızı,  alim,  ab'ıd,  hörmətli  xatun  Ziba  xanımındır» 
(31, s.  15).
X V I əsr.
10. 
O rdubad  rayon  Tarix-diyarşünaslıq  muzeyi. 
Baş 
tərəfı  sınıb  itmiş  başdaşı  parçası.  Abidə  şəhərin  qərb 
tərəfində  yerləşən  «Qoç»  qəbrislanlığından  gətirilmişdir. 
Üzərindəki  kitabə  qalıqlarmdan  məlum  olur  ki,  başdaşmm 
səthinin  yanlarında  sol  tərəfdə  aşağıdan  başlayaraq  lentvari 
haşiyə  şəklində  Qurani-  Kərimdən  II  surəııin  255-ci  ayəsi 
(Ayət  əl-Kürsü)  həkk  edilmişdir.  Başdaşmm  səthinin 
mərkəz  hissəsində  qalan  3  sətirlik  kitabənin  mətninin 
tərcüməsi  belədir:
«Mərhum  Şəmsəddin  Məhəmmədin  oğlıı Nəsrullaiı-torpağı 
yumşaq  olsuıı.  İyirmi  rəbiəl-əvvəl,  doqquz  yiiz  otuz  ikinci  il 
tarixdə».
20 rəbiəl-əvvəl 932 h.i. =06.01.1526-cı il.
Kitabəni ilk dəfə M .Nem ət tədqiq  etmişdir (49,  s.  74).
69


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə