Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

Naxçıvan  diyarmda  vaxtilə  ərəb  əlifbasmm  müxtəlif 
xətləri  ilə  həkk  edilmiş,  ancaq  zaman  keçdikcə  bir  qismi 
nıəhv  olaraq  sıradan  çıxmış,  zəmanəmizədək  bir  hissəsi 
gəlib  çatmış  bu  kitabələri  şərti  olaraq  aşağıdakı  şəkildə 
qruplaşdırmaq  olar:
1.  İnşaat kitabələri;
2.  Xatirə kitabələri;
Bölgədən  toplanılan  çöl  materialları  və  tədqiqatçılarm 
məlunıatları  təsdiq  edirlər  ki,  islamm  qəbulundan  soıırakı 
ilk  dövrlərdən  başlayaraq  Naxçıvan  bölgəsində  müsəlman 
epiqrafıkası  abidələri  meydana  gəlmişdir.  Zam an  keçdikcə 
bu  kitabələrin  çoxu  təbii  və s.  qüvvələrin  təsirindən  aşmmış, 
məhv  olmuş,  zəmanəmizədək  gəlib  çatmamışlar.  Ancaq 
həmin  kitabələrdən  bəzi  nümunələr  X IX   yüzillikdə  və  XX 
yüzilliyin 
əvvəllərində 
tədqiqatçılar 
tərəfmdən 
qeydə 
almaraq  tədqiq  olunmuşlar.  Naxçıvan  bölgəsində  bizə 
məlum  olan  ilk  belə  nümunə,  1901-ci  ildə  Ordubad 
şəhərinin  mərkəzində  yerləşən  Came  məscidinin  ətrafında 
bərpa  işləri  apanlarkən  torpağm  altmdan  tapılmış  hicri- 
qəməri  təqvimi  ilə  111-ci  il  (miladi  729-cu  il)  tarixli  və 
M.Arxangelskinin 
1851-ci 
ildə 
O rdubad 
şəhər 
qəbiristanlığmda  N.V.Xanıkov  üçün  qeydə  aldığı  hicri  227- 
ci il (rniladi  842-ci il)  tarixli kitabədir.
Bölgəmizdə  müsəlman  intibahı  dövrünə  aid  bir  neçə 
kitabə  gəlib  çatmışdır.  Bu  kitabələrin  ən  qədimi  Naxçıvan 
şəhərinin  cənub  tərəfmdə,  Şahab  məhəlləsində  əzəmətlə 
ucalan,  Əcəmi  yadigarı  Yusif  Küseyr  oğlu  türbəsinin  inşa 
tarixini  əks  etdirən  hicri  557,  miladi  1162-ci  ilə  aid 
kitabədir.  Sonrakı  yerdə  yenə  Əcəmi  Əbubəkr  oğlu 
Naxçıvani  yaradıcıhğmm  məhsulu  olan  M öminə  xatun 
türbəsinin  inşa  ilini  bizə  çatdıran  kitabə  dayanır:  1186-cı  il. 
Ərazidə  bizə  məlum  olan  ən  qədim  məzar  kitabəsi  isə 
Ordubad  bölgəsinin  D arkənd  və  Azad  kəndlərində  qeydə 
alınmış  hicri  564-cü  il  (miladi  1174-cü  il),  hicri  631-ci  il 
(miladi  1234-cü  il)  və  hicri  700-cü  ilə  (miladi  1300-cü  il)  aid
55


məzar kitabələridiı* (38,  s.  306; 49,  s.  58).
Ərazimizdə Qarabağlar memaıiıq  kompleksinə daxil  olan 
qoşa  minarənin  baştağı  üzərindəki  kitabə  istisna  olmaqla 
hələJik  X II-X Ill  yüzilliklərə  aid  müsəlman  epiqrafıkası 
abidəsi 
çox 
olmasa 
(keçən 
yüzilliyin 
əvvəllərində 
tədqiqatçılar  bu  dövrə  aid  çoxlu  kitabələr  tədqiq  etmişlər 
(38,  s.  306-309).  Ancaq  bu  kitabələr  1828-ci  ildən  sonra 
ərazidə  yeıiəşdirilən  ermənilər  tərəfindən  məhv  edildikləri 
üçün  indiyədək  gəlib  çatmamışlar)  da  XIV  yüzilliyə  aid 
çoxlu  kitabələr  gəlib  çatmışdır.  Həm  də  bu  kitabələr  əsasən 
möhtəşəm  memarlıq  abidələri  üzərində  qoyulmuş  inşaat 
kitabələrindən ibarətdir.
Ümumiyyətlə  böyüklüyündən  və  ya  kiçikliyindən  asılı 
olmayaraq  bu  kitabələrin  məlumat  dairəsi  çox  genişdir. 
Kitabələrin  bizə  çatdırdığı  faktlar  digər  qaynaqların 
məlumatlarmı  tamamlayır  və  tarixin  bir  sıra  problemlərinin 
obyektiv tədqiqində mühiıın rol  oynayırlar (47,  s.  15-18).
Qeyd  olunduğu  kimi  bölgədə  indiyədək  gəlib  çatan 
müsəlman  kitabələrinin  bir  qismini  inşaat  kitabələri  təşkil 
edir.  Bu  kitabələrin  verdiyi  məlumatlar  əsasında  bir  sıra 
tarix-memarlıq  abidələrinin  təyinatı,  inşa  tarixi,  sifarişçisi, 
memarı  haqqında  dəyərli  məlumatlar  əldə  edilmişdir.  Məhz 
bu  kitabələrin  köməyi  ilə  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani, 
Cəmaləddin,  Şeyx  ibn  Cühənna,  İmamqulu  Nəzərli  oğlu  və 
başqaları 
kimi  digər  qaynaqlardan  məlum  olmayan 
görkəmli  memarlarm  adları  aşkar  olunaraq  elmi  dövriyyəyə 
daxil  edilmişdir.  Yaratdıqları  abidələrin  təhlili  göstərir  ki, 
bu memarlar öz peşələrinin  kamil  ustası,  məşhur sənətkarlaı* 
olmuşlar.
Naxçıvan  bölgəsində  indiyədək  gəlib  çatan  müsəlman 
kitabələrinin  böyük  bir  hissəsini  qəbirüstü  xatirə  abidələri 
(başdaşı,  sənduqə,  daş  qoç  və  qoyun  heykəlləri)  üzərində 
həkk  olunmuş  məzar  kitabələri  təşkil  edir.  Əsasən  bu 
dünyanm  faniliyi,  ölümdən  sonrakı  həyatm  və  Allahın 
əbədiliyi  haqqında  fikri  təlqin  edən  dini  xarakterli  kəlam  və
56


Quran  ayələri  ilə  başlayan  bu  kitabələrin  mövzu  dairəsi  çox 
genişdir.  Onlar  özlərində  sıravi  vətəndaşın  ölümündən 
(mərhumun  adı,  titulları,  atasınm  adı,  ölüm  tarixi  və  s.) 
tutmuş 
mürəkkəb 
siyasi-tarixi 
hadisələrədək 
maraqlı 
məlumatlar  əks  etdirirlər.  Məhz  bu  kitabələrin  məlumatları 
sayəsində  oıta  əsrlər  zamam  bölgəmizdə  yaşamış  bir  sıra 
görkəmli  şəxsiyyətlərin,  o  cümlədən  dövlət  xadimlərinin 
(Böyük  sədr  Rükn  əd-Din  amid  əl-Mülk,  Qazı  Məcd  əd- 
Din,  Uluq  Qutluq  Lala  bəy  və  s.),  orta  əsıiərdə  Naxçıvan 
bölgəsində  fəaliyyot  göstərən  müxtəlif  sufı  təriqətlərinə 
mənsub  xanəgahlarm  rəhbər-şeyxlərinin  (Şeyx  Əbu  Səid, 
Şeyx  Hacı  lələ  Məlik,  Şeyx  Hacı  Hilalullah,  Şeyx  Islam, 
Şeyx  Nurəddin  və  s.),  görkəmli  sənətkarlarm  (Nəcməddin, 
Abid,  Əbülqasim,  Məhəmməd  Saleh  əl-Hüseyni  Qəzvini  və 
s.)  və  başqalarmm  adı,  atasınm  adı,  daşıdığı  titullar,  vəfat 
tarixi  və  s.  aşkar  olunaraq  elmi  dövriyyəyə  daxil  edilmişdir. 
Həmçinin,  bununla  yanaşı  həmin  şəxsiyyətlərin  çoxunun 
qəbirlə.rinin yeri müəyyən olunmuşdur.
Qəbristanlıqlarda  tədqiq  olunan  məzar  kitabələrinin 
məlumatları  əsasmda  həmin  məzarlıqlann  özlərinin  və 
mənsub  olduqları  bir  sıra  yaşayış  məskənlərinin  (Kotam, 
Köçəri  və  s.)  yaşı  təxmini  də  olsa  təyin  olunmuş,  elmi 
dövriyyəyə  daxil  edilmişdir.  Həmçinin,  ərazilərdə  olan 
kitabələrin  köməyi  ilə  bir  neçə  yaşayış  məntəqəsinin  adları 
dəqiqləşdirilmiş,  onların  orta  əsrlərdəki  ilkin  səslənmə 
forması müəyyənləşdirilmişdir.
Bölgəmizdə  bu  iki  qrupa  daxil  olmayan  başqa  kitabələr 
də  vardır.  Bu  nəinki  Azərbaycanda,  hətta  bütün  Yaxın 
Şərqdə 
çox 
nadir 
hallarda 
təsadüf 
cdilən 
dövlət 
sənədləriniıı,  şah  fərmanlarmm  mətninin  daş  iızərində  həkk 
edilmiş  nüsxəsidir.  Belə  bir  niımunə  Naxçıvan  diyarmm 
Ordubad  şəhərində  indiyədək  tamamilə  salamat  vəziyyətdə 
gəlib  çatmışdır.  Bu,  Səfəvi  hökmdarı  I  Şah  Abbasm 
Ordubad  şəhər  əhalisinin  xəzinəyə  veriləcək  bir  sıra 
vergilərdən  azad  olunması  haqqm da  hicri-qəməri  təqvimilə
57


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə