Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə21/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

əhali  tərəfmdən  ziyarət  edilirdi.  Ancaq  bu  qəbirlərin  heç 
birinin  iızərində  mərhumlar  haqqında  dəqiq  məlumat  verə 
biləcək  kitabə  qalmamışdır.  Ona  görə  də  bu  tıkrin  elmi 
həqiqətə nə dərəcədə  uyğun  olduğunu söyləmək çətindir.
Göriınür  vaxtı  ilə  binanm  qərbdən  giriş  qapısmm  baş 
tərəfində  gəc  üzərində  qara  rənglə,  ərəb  əlifbası  ilə  yazılmış 
«Malik  ibn  İbrahim»  sözləri  də  xalq  arasında  yayılan  bu 
fikrin  nəticəsi  kimi  meydana  gəlmişdir.  Təəssüf  ki,  XX 
yüzilliyin  80-ci  illərində  bina  təmir  edilərkən  bu  kitabə 
təmirçilər  tərəfindən  qaşmıb  tökülmüş,  məhv  edilmişdir. 
Bina  təmir  edilərkən  qəbir  olan  otağm  cənub  pəncərəsinin 
bayırdan  baş  tərəfində,  gəc  üzərində  fars  dilində  yazılmış, 
üçüncü  imam  Hiıseynə  aid  olan  beyti  də  məhv  etmişlər.  Biz 
vaxtı  ilə  həmin  kitabəni  tədqiq  etmiş,  foto  surətini 
götürmüşük. 
Farsca  şerlə  yazılmış  həmin  kitabənin 
mətninin  tərcüməsi  belədir:
Bu  Hüseyn  kimdir ki,  dünya onun divanəsidir?
Bu necə şamdır ki,  ürəklər onun pərvanəsidir?
Bu  beytlə  başlanaıı  şer  şiə  dünyasmda  çox  məşhurdur. 
Tarixi  rom anlar  müəllifi  M.S.Ordubadinin  yazdığma  görə 
Təbrizdə  imam  təziyələri  keçirilən  evlərin  küçə  qapısımn  . 
başmda  təziyə  əlaməti  olaraq  qara  bayraq  vurulurdu. 
Bayrağm  üstündə  isə  ağ  xətlə  yuxarıda  qeyd  olunan  beyt 
yazılırdı.
«Bu  Hiiseyn kimdir ki,  dünya onun  divanəsidir? » misrası 
ilə  başlayan  mətn  I  Şah  Təhmasib  vaxtı  Səfəvilər  sarayında 
yaşamış  şair  Möhtəşəm  Kaşaninin  şiələrin  III  imamı  İmam 
Hüseynin  şərəfmə  yazdığı  mərsiyədəndir.  Mərsiyənin  dörd 
sətri  O rdubad  rayonunun  Nüsnüs  kəndindəki  məsciain 
daxili  divarında,  tam  mətni  isə  A M EA   Tarix  muzeyinin 
Etnoqrafıya  fondundakı  mis  şərbət  qabları  üzərində 
yazılmışdır.
Son  illərdə,  vaxtı  ilə,  keçən  yiızilliyin  70-ci  illərində
64


binanın  giriş  qapısı  ağzında qoyulan,  şəthi  nəbati  və həndəsi 
ornamentlərlə  nəfıs  şəkildə  bəzədilmiş,  mərmərin  xüsusi 
növü  olan  oniksdən  hazırlanmış  sənduqə  tipli  qəbirüstü 
xatirə  abidəsi  kimin  isə  tərəfindən  «xeyirxahlıq»  edilərək 
gətirilib  qəbrin  üstünə qoyulub sementlə bərkidilmişdir.
Sənduqənin  üzərində  olan  kitabədən  aydm  olur  ki,  o 
Fərruxzad  bəyin  hicri  962-ci  ildə  (26.11.1554-15.11.1555-ci 
illər)  vəfat  etmiş  oğlu  Məhəmməd  bəyin  xatirəsinə 
hazırlanmışdır  (Bax:  kitabə  JVfe  11).  Xatirə  abidəsiniıı  həmin 
qəbrin 
üstünə 
qoyulması 
tədqiqatçılarda 
qəbrin 
mənsubiyyəti  haqqm da  yanlış  fikirlərin  yaranmasma  səbəb 
ola bilər.
Qəbiristanlıqda  bu  günədək  çoxlu  m iqdarda  sənduqə  və 
başdaşı  tipli  xatirə  abidəsi  üzərində  həkk  edilmiş  kitabələr 
gəlib  çatmışdır.  Ancaq  bu  kitabələrin  bir  qismi  indiyədək 
nisbətən  yaxşı  vəziyyətdə  qalsa  da  böyük  bir  hissəsi  zaman 
keçdikcə  təbii  qüvvələrin  təsirindən  və  başqa  səbəblərdən 
aşınaraq məhv olmuş,  torpağın altm da itib-batmışdır.
Orta 
əsrlərdə 
O rdubad  şəhərində 
Malik 
Ibrahim 
qəbiristanlığı  ilə  bərabər  başqa  qəbiritsanlıqlarda  da  dəfn 
mərasimləri  keçirilmişdir.  Bunlardan  biri  şəhərin  cənub 
hissəsində,  indiki  mədəııiyyət  sarayınm  qarşı  tərəfində, 
Naxçıvan-  Ordubad  şose  yolunun  sol  tərəfində  olan  «Pir 
Eyvaz  qəbiristanlığı»,  digəri  isə  ondan  bir  az  şimalda 
yerləşərı  və  el  arasmda  «Qoç  qəbiristanlığı»  adlanan 
məzarlıq  idi.  Orta  əsrlər  zamanı  şəhərdə  «Bəylər»,  «Dörd 
qardaş»  və  s.  qəbiristanlıqlarda  da  dəfn  mərasimləri 
keçirihnişdir.  Ancaq  bu  qəbiritsanlıqlar  zaman  keçdikcə 
unudulmuş,  orada  olan  qəbirüstü  xatirə  äbidələri  məhv 
olaraq sıradan çıxmışlar.
M onoqrafiyada  Ordubad  şəhərində  indiyədək  qalan  dini 
və  mülki  memarlıq  abidələri  üzərindəki  inşaat  kitabələri, 
dövlət  fənnanlarımn  daş  nüsxələri  və  adları  qeyd  olunan 
qəbiristanlıqlardan 
qeydə 
alınan 
ıııəzar 
kitabələri- 
epitafiyalar və digər kitabələr haqqında bəhs olunmuşdur.
65


KITABƏLƏR HAQ Q IN D A   U M U M I
M ƏLUM A T
1.  «Malik  İbrahim»  qəbristanlığı.  O rtadan  smmış  və 
sementlə  birləşdirilmiş,  boz  rəngli  daşdan  hazırlanmış 
başdaşı tipli  xatirə abidəsi  üzərində  ərəb  dilində süls xətti  ilə 
həkk edilmiş  kitabə.  Mətni  belədir:
«Allah!  Allah!  Rəlımli  və  mərhəmətli  Allalıın  adı  ilə!  Bu 
qəbir  Şeyx  Əbu  Səid  Əbülxeyr  əl-Xorasaninin-Allah  onun 
əziz ruhunu müqəddəsləşdh'sin-yeddi arxa  övladlarından  olan, 
xalqın  mürşidi,  həqiqət  sahiblərinin  nümunəvisi,  dünya.  və 
dinin  tacı,  Şeyx  Əbu  Səid  adı  ilə  tanınmış  şeyxüliskımındır. 
Bu  binanın  (tikilməsini)  ən  böyiik  hökmdar,  alicənab  əmir, 
Sədr  əl-həqq  və  əd-Dünya  və  əd-Din-oııun  hökmranhğmm 
köməkçiləri  qüdrətli  olacaqlar,  o  isə  başçıdır-əmr  etdi.  Öliim 
tarixi  yeddi  yüz  əlli  doqquzuncu  hicri  ili,  məhərrəm  ayının 
səkkizi,  cümə  axşamı,  günortadan  sonra  oldu.  Əbıı  Səid  bu 
dar diinyadan köçdii,  cənnətdə babasının ruhuna qovuşdu».
8 məhəırəm  759 h.i.=21.12.J357-ci il.
Başdaşınm  sağ  yanmda  cızma  yolu  ilə  belə  bir  kitabə 
həkk edilmişdir:
«Ustad  Hacı  Pənahın  oğlu  ustad  Nəcmədclinin  işidir. 
Memcır Hacı  oğlu Məhəmməd bəy  dua  ilə  (Allahdan)  kömək. 
istəyir».
Kitabəni  N.V.Xanıkov,  I.Əzimbəyov  və  M.Nemət  tədqiq 
etmişdir (41;  63,  s.  142-143;  50,  s.  15).
2.  Yenə  orada.  Yaşıl  rəngli  daşdan  hazııianmış  başdaşı 
tipli  xatirə  abidəsi  (50x42x6  sm)  iizərində  ərəb  dilində,  nəsx 
xətti ilə 6 sətirdə həkk edilmiş kitabə.  Mətni belədir:
«Bu bağça  böyiik sədr,  Rükn əd-Din amid əl-Mülkiin-onun 
yatağı  sərin  olsun-qızı,  mərhumə,  günahları  bağışlanmış 
xanım  Əta  Mülkündür.  Orıun  ölünıü  səkkiz yilz  on  birinci  il, 
məhərrəmin on ikisində»
 (31, s.  14;  60,  s.  42-43).
12 məhərrəm 811 h.i. =07.06.1408-ci il.
66


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə