Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

azərbaycanlıların  58  camışı,  82  öküzü,  144  inəyi,  115 
danası,  182  qoyunu,  38  keçisi,  102  atı,  123  ulağı,  41  kateri 
olmuşdur. 
Həmin 
vaxt 
Ordubad 
şəhərinə 
yenicə 
köçürülmüş  ermənilərin  1  inəyi,  1  danası,  3  keçisi,  3  atı,  1 
kateri  var  idi  (65,  s.  483-484).  1899-cu  ilin  məlumatma 
əsasən  O rdubadda  100  öküz,  77  inək,  723  qoyun,  227  keçi, 
41  at,  85  ulaq  olmuşdur (48, s.  26).
Əhali  əsasən  ipəkçiliklə  məşğul  olurdu.  Ona  görə  də 
şəhərdə  və  şəhər  ətrafında  çoxlu  tut  ağacları  becərilirdi. 
Şəhərdə iki  ipək  sarıyıcı  müəssisə var idi.  Orada  12  gön-dəri 
zavodu  fəaliyyət  göstərirdi.  Ordubad  çaymın  üzərində  14 
dəyirman  qurulmuşdu.  Onların  həı*  biri  gündə  bir  xalvara 
qədər un  üyüdürdü.
Şəhərdə 
pambıq-toxuculuq  istehsalı  inkişaf  edirdi. 
Vaxtilə,  xanlıqlar  dövründə  O rdubadda  güclü  iııkişaf etmiş 
və  böyük  iqtisadi  əhəmiyyəti  olan  pambıq-toxuculuq 
istehsalı 
indi 
demək 
olar 
ki, 
fabrik 
pambıq-kağız 
məmulatlarınm  rəqabəti  nəticəsində  XX  əsrin  əvvəllərində 
aradan  çıxdı.  M.Baharlmm məlumatına  görə  indi  orada  bez 
adlanan  və  yalnız  öz  ehtiyaclarım  təmin  etmək  üçün  az 
m iqdarda  cod  kağız  məmulatları  istehsal  edilir  və  hazırda 
acmacaqlı vəziyyətə düşmiışdür (36, s.  121).
I.Şopenin  yazdığına  görə,  X IX  əsrin  üçüncü  onilliyi 
zamanı  O rdubad  şəhərində  6  böyiık  məscid  və  25-dək  kiçik 
məscid  var  idi.  Həmin  vaxt  şəhərdə  8  nəfərdən  ibarət  1  xan 
ailəsi  (3  kişi,  5  qadm),  98  nəfərdən  ibarət  13  bəy  və  sultan 
ailəsi  (50  kişi,  48  qadın)  yaşayırdı.  Bunlarla  yanaşı, 
Ordubad  şəhərində  162  nəfərdən  ibarət  33  axund  və  molla 
ailəsi (92 kişi,  70 qadm),  54 nəfərdən ibarət 5 mirzə ailəsi (28 
kişi,  26  qadm),  121  nəfərdən  ibarət  21  seyid  ailəsi  (56  kişi, 
65  qadm)  və  6 nəfərdəıı ibarət 2 dərviş  ailəsi  (4 kişi,  2  qadm) 
yaşayırdı  (65, s.  699-700).
Bəhs  olunan  dövrdə  İ.Şopenin  şəhadətinə  görə,  Ordubad
51


şəhərində  dini  titul  daşıyan  adamların  sayı  aşağıdakı  kimi 
idi:  Hacı-36 nəfər,  Məşədi-103  nəfər,  Kərbəlayi-45  nəfər (65, 
s.  704).
XX  əsrin  əvvəllərində  artıq  Ordubad  şəhərində  sənaye 
sahələri  inkişaf  etmiş,  iri  müəssisələr  yaradılmışdı.  Bu 
zaman  şəhərdə  illik  gəliri  67  min  m anat  olan  7  ipəkəyirici 
fabrik  işləmişdi.  Şəhərin  ohalisi  4250  nəfərə çatmışdı.  İrəvan 
quberniyasınm  1912-ci  ilə  aid  yaddaş  kitabçasında  qeyd 
olunuı*  ki,  həmin  vaxt  şəhərin  ərazisi  4725  desyatin 
olmuşdu.  Şəlıərin  ərazisi  genişləndiyi  kimi  onun  əhalisi  də 
artmışdı.  XX  yüzilliyin  17-ci  ilində  isə  bu  rəqəm  5717-yə 
çatmışdı.
XX 
əsrin  əvvəllərindən  başlayaraq  Rusiya  imperiyasında 
baş  verən  hadisələr  bütün  Azərbaycanda  əks-səda  verdiyi 
kimi,  zəif  də  oisa,  Ordubad  şəhərində  də  öz  təsirini 
göstərirdi.  1917-ci  il  Oktyabr  çevrilişindən  sonra  Rusiya 
imperiyasına  daxil  olan  ərazilərdə  müstəqil  dövlətlər 
yarandı. 
1918-ci 
il 
may 
ayının 
28-də 
Azərbaycan 
Demokratik  Respublikası  yarandı.  Ancaq  bütün  Naxçıvan 
ərazisi  kimi,  O rdubad  şəhəri  də  bu  respublikanm  təsir 
dairəsində  deyildi.  Bu  dövrdə  O rdubad  şəhəri  Naxçıvanda 
təşkil  olunan  Araz-Türk Respublikasının  tərkibinə daxil idi.
Bakıda  1920-ci  il  aprel  çevrilişindən  sonra  Naxçıvana  ' 
gələn  Qızıl  Ordu  hissələri  burada  da  hakimiyyəti  ələ 
keçirdilər.  1920-ci  il  iyul  ayının  28-də  bütün  Naxçıvan 
ərazisində, 

cümlədən 
Ordubad 
şəhərində 
sovet 
hakimiyyəti 
quruldu. 
Naxçıvan 
Sovet 
Sosialist 
Respublikasmın  tərkibində  olan  Ordubad  şəhəri  yenə  də 
ərazinin  ikinci şəhəri  kimi  qalırdı.
1924-cü  il  fevralm  9-da  Naxçıvan  M uxtar  Sovet  Sosialist 
Respublikası  yaradıldı.  Ordubad  şəhəri  həmin  vaxtdan 
Naxçıvan 
MR-nın 
tərkibinə  daxil 
edilmişdir. 
Sovet 
hakimiyyəti  illərində  Ordubad  yenə  də  böyüklüyünə  və
52


əhəmiyyətinə  görə  Naxçıvan  M R -da  ikinci  şəhər  olmuşdur. 
Ordubad  şəhəri  orta  əsr  şəhərsalma  ənənələrini  qoruyub 
saxlaması,  tarix-mədəniyyət  abidələri  ilə  zəngin  olması 
səbəbindən  və  Azərbaycanm  əhəmiyyətli  şəhəıiərindən 
birinə çevrildiyi  üçiın Azərbaycan  xalqınm  ümummilli  lideri 
Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətinin  birinci 
dövründə-  1977-ci ildə «Qoruq şəhər» elaıı edilmişdir.
53


M ÜSƏLM A N KİTABƏLƏRİ TARİX- 
MƏDƏNİYYƏT ABİDƏSİ  KİM İ
Naxçıvan  bölgəsi  tarixin  ayrı-ayrı  dövıiərinə  aid, 
müxtəlif  əlifbalaıia  həkk  edilmiş  epiqrafik  abidələrlə  çox 
zəngindir. 
Burada 
arami 
əlifbasından 
tutmuş 
kiril 
əlifbasmadək  müxtəlif  əlifbalarla  yazılmış  daş  sənədlərə  - 
kitabələrə  rast  gəlinir.  Ancaq  bu  kitabələr  barmaqla 
sayılacaq  dərəcədə  azdır.  Bölgənin  əhalisi  müsəlman 
türklərdən  ibarət  olduğundan  və  onlar  VII  yüzilliyin 
ortalanndan  etibarən  yazı  vasitəsi  kimi  ərəb  əlifbasından 
istifadə 
etdiklərindən 
burada  müsəlman 
epiqrafıkası
abidələri daha  üstünlük  təşkil edir.
Məlumdur  ki,  ərəblər  VII  yüzilliyin  II  yarısı  -   VIII 
yüzilliyin  əvvəllərində  Azərbaycam  istila  edib  əhalini 
islamlaşdırdıqdan 
sonra  ərəb  əlifbası 
burada 
başqa
əlifbaları  sıxışdırıb  aradan  çıxarmış,  işlənməyə  başladığı 
vaxtdan  ta  1929-cu  ilə-  latın  qrafıkası  əsasında  yaradılmış 
əlifbaya  keçirilməsinə  qədər  əsas  yazı  vasitəsinə  çevrilmişdi. 
Min  üç  yiız  ilə  yaxm  davam  edən  bu  müddətdə 
Azərbaycanda  bütün  elmi,  ədəbi  əsərlər  ərəb  əlifbası  ilə 
yazıldığı  kimi,  epiqrafik  abidələr-  kitabələr  də  onunla  həkk 
edilmişdir.  Azərbaycanlılar  hətta  bu  əlifbanm  inkişafı 
sahəsində 
çalışmış, 
Təbriz 
xəttatlıq 
məktəbinin 
nümayəndəsi  Mirəli  Təbrizi  nəstəliq  xətti  kimi  gözəl  xətt 
nümunəsi  yaratmışdır.
Naxçıvan  bölgəsi  müsəlman  epiqrafıkası  abidələrinin
zənginliyi  cəhətdən  Azərbaycanda  əvvəlinci  yerlərdən  birini 
tutur.  Bölgənin  özündə  isə  bu  abidələr  O rdubad  və  Culfa 
rayonlarmda  daha  geniş  yayılmışdır.  Ərazidə  qalan  çoxsaylı 
müsəlman  epiqrafıkası  abidələri  ərəb  əlifbasmm  müxtəlif 
xətləri  (kufı,  süls.  nəsx,  nəstəliq  və  s.)  ilə  həkk  edildiyi  kimi 
onlann  əksəriyyəti  dövrün  tələblərinə  uyğun  olaraq  ərəb 
dilində,  bir  hissəsi  fars  dilində,  az  bir  qismi  isə  qarışıq  ərəb- 
fars  dillərində daşlara həkk edilmişdir.
54


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə