Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

təzələnsə  də,  1639-cu  il  mayın  17-də  Qəsri-Şirində  bağlanan 
sülh müqaviləsi  uzunömürlü  oldu  və XVIII  əsrin  əvvəllərinə 
qədər  qüvvədə  qaldı.  Bu  müddətdə  O rdubad  şəhəri 
Səfəvilərin  əlində  qalmışdı.  Həm  də  şəhər  Səfəvi  şahlarınm 
xüsusi  diqqət  mərkəzində  olmuşdu.  Məsələn,  I  Şah  Abbas 
hicri  1015-ci  il  rəcəb  aymm  4-də  (6  noyabr  1606-cı  il) 
O rdubada  gəlir və şəhəri  soyurqal  olaraq  özünün  baş  vəziri, 
Etimad  əd-dövlə,  əslən  O rdubad  şəhərindən  olan  Hatəm  
bəyə  bağışlayır.  Bir  il  sonra  şah  yenə  O rdubada  gəlir.  Bu 
zaman  onunla  birlikdə  məşhur  tarixçi  İsgəndər  bəy  Münşi, 
xanəndə  Mövlana  Mütribi  Qəzvini,  ud  çalan  Heydərqulu 
Udi  də  şəlıərə  gəlmişdi  (22).  Növbəti  gəlişində  öz  tarixçisini 
və  musiqiçiləıini  də  O rdubada  gətirməkdə  görünür,  ilk 
gəlişində  xoşuna  gəldiyindən  I  Şah  Abbas  bu  dəfə 
O rdubada  məxsusi  istirahətə  gəlmiş  və  bir  m üddət  şəhərdə 
qalmışdı.  Bu  faktın  özü  Ordubadın  bir  şəhər  kimi  XVII 
əsrdə miıəyyən  əhəmiyyətə malik olduğunu göstərir.
Bu  dövrdə  Ordubadın  bir  şəhər  kimi  ticarət  əhəmiyyəti 
artmış,  onun  bir sıra  şəhərlərlə  ticarət əlaqələri  yaramnışdır. 
Əylisli  Zəkəriyyənin  məlumatma  görə  XVII  əsrin  II 
yarısında  Ordubadın  Təbriz,  Şamaxı  və  Azərbaycanm 
başqa  şəhərləri  ilə,  həmçinin  xariclə  geniş  ticarət  və  digər 
əlaqələri  olmuşdur  (4,  s.  490).  Buradan  Venesiya,  Marsel, 
Amsterdam və s.  A vropa şəhərlərinə  ipək  ixrac  olunurdu  (3, 
s.  367;  56, s.  169).
Bu  dövrdə  O rdubadda  elm  və  təhsilin  inkişafı  üçün  bir 
sıra  əhəmiyyətli  işlər  görülmüşdür.  Bunu  təsdiq  edən 
sanballı  qaynaqlardan  biri  O rdubad şəhərindəki  mədrəsənin 
kitabəsidir.  Kitabənin  mətnindən  aydın  olur  ki,  mədrəsə 
binası  hicri  1126-cı  (miladi  1714-cü)  ildə  yüksək  vəzifəli, 
hörmətli,  Şah  dövlətinin  köməkçisi  (Zəhir  əd-Dövlə), 
rəhbərliyin  müdrikliyi  Məhəmməd  İbrahim  ali  ideya  (plan) 
üzrə,  sədaqətli məqsədlə,  Allaha inam,  elmin,  mədəniyyətin, 
təhsilin  və  ordunun  gücləndirilməsindən  ötrü  mədrəsə 
binasım inşa (bərpa) etdirmişdir.
39


Qeyd  etmək  lazımdır  ki,  Ordubad  mədrəsəsinin  inşa 
(bərpa)  olunduğu  tarix  Səfəvilər  dövləti  üçün  ən  böhranlı 
dövrlərdən  biri  idi.  Belə  ki,  XVII  əsrin  sonlarmda  yaranmış 
ağır  vəziyyət  XVIII  yüzilliyin  əvvəllərində  də  davam  etmiş, 
ölkəni  ağıı*  iqtisadi  və  siyasi  böhran  bürümüşdü.  Dövlət 
aparatınm  zəifləməsindən  istifadə  edən  bəzi  bəylərbəyilər  və 
iri  feodallaı*  müstəqiiliyə  can  ataraq  Şaha  tabe  olmaqdan 
boyun  qaçırırdılar.  Belə  böhranlı  bir  zamanda,  dövlətin 
maliyyə  vəziyyətini  düzəltməkdən  ötrü  pul  kəsmək  üçün 
hətta  Ərdəbildəki  Şeyx  Səfı  məqbərəsindəki  qiymətli 
əşyalarm  əridildiyi  bir  dövrdə  Ordubad  mədrəsəsinin  bina 
(bərpa)  edilməsi  və  bu  işin  dövlət  səviyyəsində  aparılması 
Ordubad şəhərində elmə  və təhsilə nə qədər böyük diqqət və 
qayğı göstərildiyini  təsdiq edir.
Mədrəsəni  inşa  (bərpa)  etdirən  Məhənıməd  İbrahim 
kitabədə  bir  sıra  yiiksək  titullarla  yanaşı  məclisnəvis  titulu 
ilə  də  təqdim  oluıımuşdur.  O  görkəmli  alim  Nəsrəddin 
Tusinin  nəslindəndir.  I  Şah  Abbasın  baş  vəziri  Hatəm  bəy 
Ordubadinin  oğlu  Əbu  Talib  Mirzənin  nəvəsidir.  Səfəvi 
hökmdarı  Şah  Sultan  Hüseynin  zam anm da  sarayda 
məclisnəvisliklə məşğııl  olmuşdur.
XVIII 
əsrin  əvvəllərində  Osmanlı-  Səfəvi  münasibətləri 
yenidən  kəskiııləşir  və  üzücü,  uzun  sürən  müharibələr 
başlayır.  Yenidən  qızışan  hərbi  əməliyyatlar  zamanı 
Ordubad  şəhəri,  bütiinlükdə  O rdubad  bölgəsi  böyük 
dağmtılara, itkilərə məruz qalır.
M əlumdur  ki,  Osmanlı  qoşunları  1724-cü  ilin  sentyabr 
ayımn  əvvəllərində Naxçıvan  şəhərini ələ keçirdilər.  Bundan 
sonra  osmanlılar  hücumlarmı  davam  etdirərək  bir  neçə 
gündən  sonra,  sentyabr  aymm  10-da  Ordubad  yaxmlığmda 
Naxçıvan  hakimi  Mənsur  xanm  8  minlik  qoşunu  ilə 
qarşılaşdılar.  Bir  saata  yaxın  davam  edən  vuruşmada 
Mənsur  xan  məğlub  oldu,  Ordubad  şəhəri  tutuldu  və 
Osmanhlar  O rdubad  bölgəsi  də  daxil  olmaqla,  bütün 
Naxçıvan  ərazisini  ələ keçirdilər.
40


Bundaıı  sonra  Naxçıvan  ərazisində  Osmanlı  inzibati- 
idarə  üsulu  yaradıldı.  Vergi  yaşma çatrmş  (20 yaşdan yuxarı 
olan  bütün  kişilər)  əhalidən  vergilərin  nizamlı  şəkildə 
toplanması  məqsədi  ilə  onlarm  siyahısı  hazırlandı.  27 
avqust  1727-ci  ildə  Osmanlılar  tərəfındən  təsdiq  olunmuş 
«Naxçıvan  sancağımn  miifəssəl  dəftəri»ndən  aydm  olur  ki, 
həmin  vaxt  Ordubad  qəsəbə  kimi  Azad  Ciran  nahiyyəsinə 
daxil  edilibmiş.  Qəsəbənin  verəcəyi  vergilərin  dəyəri  63669
ağça təşkil  etmişdir (18,  s.  31).
«Dəftər»də  Ordubad  qəsəbəsinin  vergi  yaşında  olaıı  kişi 
cinsindən  olan  əhalisi  məhəllələr  üzrə  (Anbaras  məhəlləsi, 
Məngis  məhəlləsi,  İştərəngə  məhəlləsi,  Sərşəhər  məhəlləsi) 
siyahıya  almmışdı.  Siyahıda  həmçinin,  ayrı-ayrı  şəxslərə 
mənsub  olan  üzüm  bağları,  karvansaralar,  diikanlar, 
dəyirmanlar,  sabunxanalar  və  s.  öz  əksini  tapmışdır  (18,  s. 
200-215).
«Dəftər»də  Sultan  M urad  xanm  Böyıik  Camesinin 
Ordubaddakı vəqfləri  böyük m araq  doğurur.  Aydm  olur ki, 
Camenin  vəqfləri  içərisində  150  dükan  olmuşdur  (18,  s. 
215). 
Həmçinin, 
O rdubadda 
olan 
Mirzə 
Ibrahim 
mədrəsəsinin  vəqfləri  içərisində  30  dükan  olmuşdur  (18,  s. 
215).
Ancaq  nədənsə  X IX  əsrə  aid  ədəbiyyat  materiallarmda 
adma  tez-tez  rast  gəlinən  Kürdətal  məhəlləsinin  adı 
«Dəftər»də qeyd  olunmamışdır.
XVIII 
əsrin  30-cu  illəri  bütün  Azərbaycan,  o  ciimlədən 
Ordubad  şəhəri  üçün  də  çox  ağır  bir  dövr  olmuşdur.  Bu 
dövrdə  O rdubad  şəhəri  dəfələrlə  talan  edilmiş,  əhali  ağır 
mərhumiyyətlərə  düçar  olmuşdu.  Bu  dövriin  hadisələrini 
əks  etdirmək  baxımından  nəinki  O rdubad  bölgəsinin,  eləcə 
də  bütün  Azərbaycan  ərazisinin  XVIII  əsrin  20-30-cu 
illərindəki  tarixini  öyrənmək  iiçün sanballı  nıənbələrdən  biri 
olan  Vənənd  kənd  (Ordubad  bölgəsi)  Came  məscidinin 
kitabəsi çox xarakterikdir.
1732-ci  ilin  iyul  aymda  yazılmış  bu  kitabədə  o  dövrdə
41


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə