Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

aiddir (34,  s.  41-43).
Naxçıvan  ərazisində  m ühüm   mövqe  tutan  ikiııci  şəhər 
Ordubadın  XIII-XIV  əsrlərin  ilk  mənbələrində  və  tarixi 
ədəbiyyatda  tez-tez  xatırlandığım  qeyd  edən  (24,  s.  25) 
professor  V.Priyev  orta  əsr  müəllifi  Giya  M azandaraniyə 
əsaslanaraq  O rdubad  şəhərınin  Azərbaycanm  260  ti'ımən 
ilük  hasilatının  toplandığı  21  iri  şəhəri  sırasma  daxil 
olduğunu göstərir (24,  s.  24).
1385-ci  ildə  Dərbənddən  Azərbaycana  soxulan  Qızıl 
Orda  xanı  Toxtamış  Azərbaycanm  bir  sıra  torpaqlarım,  o 
ciimlədən,  O rdubad  da  daxil  olmaqla,  Naxçıvan  ərazisini 
işğal  edərək  çoxlu  qənimət  və  əsir  ələ  keçirdi.  1386-cı  ildə 
Orta  Asiya  h ö km dan  Teymurun  qoşunları  Əlincəqala 
istisna  olmaqla  bütün  Naxçıvan  ərazisini  tutdulaı*.  Bu 
hücumlar  nəticəsində  digər  Azərbaycan  torpaqları  kimi, 
Ordubad  ərazisi  də  Cəlairilərin  nüfuz  dairəsindən  çıxdı  və 
müxtəlif  zamanlarda  Teymur  canişinlərinin,  bir  sıra  yerli 
feodallarm sərəncamında oldu.
XV  əsrin  əvvəllərində  yaranan  Qaraqoyunlu  dövləti  bir 
sıra  Azərbaycan  vilayətləri  kimi,  Ordubadı  da  öz  təsir 
dairəsinə  saldı.  Bu  dövlətin  süqutundan  sonra  isə  ərazi 
Ağqoyunlu dövlətinin lıakimiyyəti  altına düşdü.  Ağqoyunlu 
Əlvənd  Mirzə  1501-ci  ilin  ortalarm da  Səfəvi  Şeyx  Heydərin 
oğlu  İsmayıl  tərəfmdən  Naxçıvanm  Şərur  düzündə  məğlub 
edildikdən  sonra  Ordubad  Ağqoyunluların  idarəsindən 
çıxdı,  Səfəvilərin  hakimiyyəti  altma  keçdi.  Səfəvilərin 
hakimiyyətinin  ilk  illərindən  başlayaraq  O rdubad  şəhəri 
Qızılbaş  hökm daıiarm m   diqqət  mərkəzində  olmuşdur.  Ona 
görə  də  bu  dövrdə  şəhər  xeyli  inkişaf etmiş",  xüsusilə  onun 
ticarət əhəmiyyəti çox yüksəlmişdi (10,  s.  211).
Bir  sıra  etibarlı  mənbələr  təsdiq  edirlər  ki,  O rdubad 
şəhəri  XVI  əsrdə  Azərbaycanm  inkişaf  etmiş  yaşayış 
məskənlərindən  biri  olmuşdur.  Səfəvi  şahı  I  Təhmasibin 
1544,  1555-ci  il  tarixli,  Şah  Məhəmməd  Xudabəndənin 
1585-86-cı  illərə  aid  fərmanlarmdan  aydm  olur  ki,  həmin
33


vaxt 
Ordubad 
şəhərində 
darğa 
vəzifəsi 
olmuşdur. 
Məlumdur  ki,  vergiləri  yığan  və  baş  nəzarətçi  vəzifələrini 
icra  edən  darğalar  orta  əsıiər  zamam  şəlıər  və  qəsəbələrə 
təyin  olunurdu  (42,  s.  122).  Deməli,  o  zaman  Ordubad 
əhəmiyyətli  yaşayış  məskənlərindən  olmuşdur  ki,  orada 
darğa  fəaliyyət  göstərmişdir.  XVI  əsrin  II  yarısında  yaşamış 
Məcd  əd-Din  əl-Hüseyni  də  Ordubadı  bu  dövrdə  çoxlu 
bağları olan  böyük şəhər kimi təqdim edir (42, s.  122).
Ancaq  XVI  əsrdə  Ordubad  şəhəri  tez-tez  baş  verən, 
aramsız  və  uzun  sürən  Osmanlı-Səfəvi  müharibələrinin 
döyüş  meydanma  çevrilir,  bu  müharibələrdən  böyük  zərər 
çəkirdi.
M əlumdur ki,  qonşuluğunda Səfəvi dövləti kimi  güclü bir 
dövlətin  yaranm asm dan  narahat  olan  Osmanlı  imperiyası 
ilə  Səfəvilər  arasında  XVI  əsrin  əvvəllərindən  başlayaraq 
ziddiyyətlər  kəskinləşmiş,  nəticədə  onlar  arasında  üzücü, 
aramsız  və  uzun  sürən  müharibələr  başlanmışdır.  Bu 
müharibələr  zamanı  əsas  döyüş  meydanlarından  birinə 
çevrilən  Azərbaycan  ərazisi  böyük  zərər  çəkmiş,  dəfələrlə 
əldən-ələ keçmişdi.  Bu hadisələr Ordubad şəhərindən  də yan 
keçməmiş,  şəhər  dəfələıiə  viran  edilib  dağıdılmışdır.  Tez-tez 
əldən-ələ  keçən  şəhərin  iqtisadiyyatı  pozulmuş,  əhalisi  qarət 
edilmiş,  böyük  məhrumiyyətlərə məruz qalmışdı.
1578-ci  ildə  başlanan  və  12 il  davam  edən  Səfəvi-Osmanlı 
müharibəsinin  gedişində,  1585-ci  ildə  Təbriz  tutulduqdan 
sonra  orada  saxlanan  qoşuna  rəhbərlik  edən  Cəfər  paşa 
1588-ci  ildə  hücıım  edərək  bir  sıra  şəhəıiərlə  yanaşı 
Ordubad  şəhərini  də  işğal  etdi.  1590-cı  ildə,  İstanbulda 
bağlanan  sülh  müqaviləsinə  görə  Ordubad  şəhəri  də  bir sıra 
Azərbaycan  torpaqları  ilə  birlikdə  Osmanlıların  təsiri  altma 
düşdü.  Bu  vəziyyət  1603-cü  ilədək,  yəni  Səfəvi  hökmdarı  I 
Şah  Abbasın  1603-cu  ildə  başlanan  hücumlarına  qədər 
davam  etdi.  Həmin  il  O rdubad  şəhəri  şah  tərəfmdən  azad 
edilərək yenidən Səfəvi  dövlətinin  tərkibinə qatıldı.
J  Ordubad  şəhərinin  bu  dövr  tarixini  öyrənmək  üçiin  bir
34


sıra  orta  əsı*  yazılı  qaynaqları  ilə  yanaşı,  şəhər  ərazisində  bu 
günədək  qalan  epiqrafık  materiallar-kitabələr  də  dəyərli 
məlumatlar 
təqdim 
edirlər. 
Bu 
baxımdan 
şəhərin 
mərkəzində  yerləşən  Came  məscidinin  şərq  tərəfdən  olan 
giriş 
qapısmm 
baş 
tərəfmdə 
qoyulan 
kitabə 
çox
diqqətəlayiqdir.
Böyük  bir  əhəngdaşına  (157  x  52  sm)  süls  elementli  nəsx
xətti ilə  həkk  edilən  kitabənin  mətni  belədir:  «Ehsanlar  bəxş 
edənə  həmd  olsun!  Xalqları  yaradana  şükür  olsun!  Am m a 
sonra  bu  kəlmələri  yazmaqda  məqsəd  odur  ki,  pak 
Ordubad  qəsəbəsinin-  Allah  onu  fıtnə-fəsaddan  qorusun- 
bütün  əhalisinin,  böyükdən  kiçiyə,  kasıbdan  zəifə  qədər 
xilafət  məkanlı,  Cəmşid  cəlallı,  mələk  qoşunlu  Şah  Abbas 
Bahadır  xanm  xanədanma-  Allah  onun  hökmranlığmı 
əbədiləşdirsin-nisbət  bəslədikləri  məhəbbət  və  fədakarlığın 
lıəqiqəti  aşkar  edildiyindən  və  zatən  şiə  olduqlan  üçün, 
onlara Azərbaycan  vilayəti  düşmənlərin əlinə  keçdiyi zaman 
cürbəcür zülm və sitəm rəva görülüb. /Bir çoxlan/ öldürülüb 
və  əsir  alm dıqlanna  görə,  /bu  camaatın/  iimumiyyətlə, 
fədakarlığı,  xüsusilə  yüksək  Nəsiriyyə-Tusiyyə  silsiləsinin 
fədakarlığınm 
müqabilində 
şahın 
müzayiqəsiz 
mərhəmətinin  bir  qisməti  onlara  bəxş  edildi.  Qeyd  olunan 
vilayət  yüksək,  qalibiyyətli  dövlətiıı  hakimiyyətinə  keçdiyi 
tarixdən  adı  çəkilən  qəsəbənin  malucəhat  və  vücuhatmı, 
sənətkar 
mallarmdan, 
bağlardan, 
əkin 
yerlərindən, 
dəyirmanlardan  (alman  vergiləri),  ixracat,  itlağat,  nüzul, 
əvariz,  qonalqa  (mükələfıyyətlərini)  Allah  yolunda  sədəqə 
olaraq  ləğv  etdi  və  Allahm  razılığmı  qazanm aq  üçün  m aaf 
etdi  və  Azərbaycan  boniçəsildə  onu  (Ordubadı)  müstəsna 
buyurdu 
ki, 
onun 
(Azərbaycanm) 
xəzinəyə  verəcək 
itlaqatdmdaıı  çıxsın.  (Padşah)  bu  hədiyyəni  onlar  üçün 
daimi  bəxşiş  hesab  etdi.  Bu  qaydanm  dəyişdirilməsinə  yol 
verilməməsini  əmı*  etdi.  Hicri  1012-ci  ilin  şəban  aymda 
yazıldı»  (20,  s.  29-37).
Hicri-qəməri  təqvimi  ilə  1012-ci  ilin  şəban  ayı  4.1-  2.2.
35


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə