Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

1604-cü ilə müvafiqdir.
Kitabənin  tarixindən  görünür  ki,  fərmanm  verilidiyi  tarix 
Səfəvi-Osmanlı  müharibələrinin  ən  qızğm  dövrünə  düşiir. 
Kitabənin  m əzmunundan  aydm  olur  ki,  I  Şah  Abbas 
imzaladığı  fərmanla  O rdubad  şəhər  əhalisini  xəzinəyə 
veriləcək  bir  sıra  vergilərdən  azad  etmişdir.  Belə  bir 
fərmanm Səfəvi  şahı tərəfindən imzalanması  heç də  təsadüfi 
deyildi.  Qeyd  edildiyi  kimi,  Səfəvilər  dövlətinin  yaranması 
ilə  meydana  çıxan  Səfəvi-Osmanlı  ziddiyyətləri  getdikcə 
kəskinləşmiş,  sonralar  aramsız  və  uzun  sürən,  dağıdıcı 
müharibələrə  çevrilmişdir.  Bu  müharibələr  XVI  əsr  boyu 
davam  etmiş,  Azərbaycanm  dəfələrlə  dağıdılmasına  səbəb 
olmuşdur.  XVI  əsrin  sonu-  XVII  əsrin  əvvəllərində  baş 
verən  Səfəvi-Osmanlı  müharibələri  zamanı  Ordubad  şəhəri 
də  dəfələrlə  döyüş  meydanma  çevrilmiş,  əldən-ələ  keçmiş, 
tamamilə  dağılmış,  əhali  kütiəvi  qırğına  məruz  qalmışdı. 
Ona  görə  də  O rdubad  əhalisi  bu  üzücü  və  aramsız 
müharibələrdən  bezmişdi.
Türkiyə  tarixçisi  Nəimənin  yazdığına  görə,  I  Şah  Abbas 
1603-cü  ildə  Naxçıvana  yaxmlaşanda  Ordubadlı  Hacı 
Qəssab  şəhəri  zəbt  etmək  haqqında  şahdan  xüsusi  göstəriş 
aldı. 
Görüniir, 
şahm 
qoşun 
başçıları 
ilə 
şəhər 
nümayəndələri  əlbir  fəaliyyət  göstərirmişlər.  Nəimə  yazırdı 
ki,  səfəvilər  şəhərə  daxil  olan  kimi  əhali  onları  hərarətlə 
qarşılamış,  evləri,  bağlan  bəzəmişdilər.  Əhali  Qızılbaş 
forması  geymiş,  əwəlcədən  saqqallannı  qırxıb  uzun  bığ 
saxlamışdılar.  Əhalinin  köməyi  ilə  bir-iki  gündən  sonra 
Ordubad  qalası tutuldu.  Şəhərlilərin təklənməsindən istifadə 
edən  İrəvanm  Osmanlı  hakimi  Şərif  paşa  şah  qoşununun 
əsas  hissəsi  gəlib  çatana  qədər  O rdubada  500  nəfərlik  dəstə 
göndərdi  və yenidən şəhərə yiyələndi (4,  s.  475).  Lakin  I Şah 
Abbas  uğurlu  əməliyyatlar  keçirərək  Ordubadı  azad  etdi. 
H ətta  1604-ciı  il  iyunun  8-də  İrəvan  qalasmı  zəbt  etdi,  Şərif 
paşa başda olmaqla Osmanlı qarnizonu təslim oldu.
I Şah Abbas  O rdubad şəhərinin vergilərdən azad edilməsi
36


haqqında fərman imzalamaqla müxtəlif məqsədlər güdürdü. 
Belə  ki,  Ordubad  ərazisi  Osmanlı  imperiyası  ilə  sərhəddə 
yerləşirdi.  Ona  görə  də  şah  bu  fərmanı  verməklə  O rdubad 
camaatmm,  xiısusilə  fərmanda  adı  qeyd  olunan  və  qədim 
zamanlardan  bu ərazidə sakin  olan Nəsirəddin Tusi nəslinin 
hörmətini  qazanm aq,bununla  da  osmanlılarla  gələcək 
müharibələrdə  özünə arxa yaratm aq istəmişdi  (20, s.  36).
Həmçinin,  arasıkəsilməz,  üzücü  müharibələr  zamanı  əsas 
döyüş 
meydanlarmdan 
birinə 
çevrilən 
Azərbaycan 
ərazisiııdə  təsərrüfat  pozulduğundan  və  ölkəyə  iqtisadi 
cəhətdən  böyük  zərər  dəydiyindən  şah  xəzinənin  əsas  gəlir 
mənbələriııdən  biri  olan Azərbaycanda məhsuldar  qüvvələri 
bir  qədər  dirçəltməkdən  ötrü  belə  bir  fəraıan  veraıəyə 
məcbur  olmuşdu.  Eyni  zamanda,  şah  bu  fərmanı  verməklə 
bütün  Azərbaycan  xalqınm  diqqətini  cəlb  etmək,  onlarm 
rəğbətini  qazanmaq  istəmiş  və  göstərmək  istəmişdir  ki, 
şahın  rəğbətini  qazanan,  onu  müdafıə  edən  hər  bir  kəs 
mükafatlandırıla  bilər.  Məhz  buna  görə  də  fərmanm  mətni 
iri  daşa  həkk  edilərək  orta  əsrlər  zamanı  əhalinin  ən  çox 
toplaşdığı  Came  məscidinin  giriş  qapısmm  baş  tərəfındə 
qoyulmuşdu ki,  onu hamı görüb tanış  ola bilsin.
Bu  fərmanm  verilməsində  şahın  baş  vəziri,  əslən 
Ordubaddan,  Nəsirəddin  Tusi  nəslindən  olan  Etimad  əd- 
Dövlə  H atəm   bəy  Ordubadinin  də  xüsusi  rolunu  qeyd 
etmək  lazmıdır.  Görkəmli  şərqşünas  İ.P.Petruşevskinin 
fikrincə,  I  Şah  Abbas  bu  fərmanı  baş  vəziri  H atəm   bəy 
Ordubadinin xahişi ilə imzalamışdır (54,  s.  181).
İlk  qaynaqlar  təsdiq  edirlər  ki,  H atəm   bəy  bir  müddət 
Ordubad  şəhərinin  kələntəri  olmuşdur.  Ümumiyyətlə,  I  Şah 
İsmayıl 
zam am ndan 
başlayaraq 
O rdubad 
şəhərinin 
kələntərləri  irsi  olaraq  H atəm   bəyin  mənsub  olduğu 
Nəsirəddin 
Tusi 
nəslinin 
nümayəndələrindən 
təyin 
olunurdu  (54,  s.  181).  Səfəvilər  dövlətinin  bütün  varlığı 
ərzində  bu  qaydaya  əməl  olunmuş,  həmçinin,  Ordubad 
şəhərindən,  xüsusilə,  Nəsirəddin  Tusi  nəslindən  olan
37


adamlar 
Səfəvi 
dövlət 
aparatında 
mühüm 
vəzifələr 
tutmuşlar.  Məsələn,  Hatəm  bəyin  vəfatmdan  sonra  onun 
oğlu  Əbutalib  Mirzə  baş  vəzir,  Əbutalib  Mirzənin  oğlu 
Zeynalabdin  Mirzə  saray  münşisi,  onun  oğlu  Məhəmməd 
İbrahim  Nəsiri  divan  vəziri  olmuşdur.  Hatəm   bəyin  qardaşı 
Hacı  Ədhəm  bəyin  oğlu  Əddilhüseyn  Ordubadi  də  Səfəvi  I 
Şah  Səfı dövründə'saraym baş münşisi  olmuşdur (5,  s.  46).
I  Şah  Abbasm  verdiyi  bu  fərman  Ordubad  şəhərinin 
iqtisadi  cəhətdən  inkişafı  üçün  maddi  stimul  yaradır. 
Fərmanm  verilməsindən  sonra  şəhər  tərəqqi  edir  və 
Azərbaycanm  əsas  ticarət-sənətkarlıq  mərkəzlərindən  birinə 
çevrilir.  Xüsusilə,  bu  dövrdə  şəhərdə  toxuculuq  sənəti,  o 
cümlədən  qiymətli parçalar istehsalı  inkişaf edir (42, s.  151).
Digəı*  orta  əsr  qaynaqlarm da  bizədək  nəinki  Ordubad 
şəhərində,  hətta  Naxçıvan  ərazisində  əsnafların  fəaliyyət 
göstərməsi 
haqqında  məlumatlar  gəlib 
çatmasa 
da, 
Ordubad  Came  məscidinin  Şərq  fasadmdakı  bu  kitabədən 
aydm  olur  ki,  XVII  əsrdə  Ordubad  şəhərində  sənətkar 
təşkilatları- əsnaflar fəaliyyət göstərmişdir (43, s.  55).
Bəhs  olunan  kitabədə  Ordubad  qəsəbə  kimi  xatırlansa 
da,  sonralar  o  Azərbaycanm  əsas  şəhərlərindən  birinə 
çevrilmiş,  hətta  XVII  əsrin  30-cu  illərində  Azərbaycanın 
məşhur və gözəl şəhərləri  ilə bir sırada dayanmışdır.  Əsrin  II  • 
yarısında isə onun əhəmiyyəti daha da artmışdır (42, s.  122).
Şəhər 
Came 
məscidinin 
kitabəsinin 
verdiyi 
məlumatlardan  da  göründüyü  kimi,  XVI  əsrin  sonu-  XVII 
əsrin  əvvəllərində  şəhərin  vəziyyəti  ağır  olmuş,  Osmanlı- 
Səfəvi 
müharibələrinin 
gedişində 
dəfələrlə 
əldən-ələ 
keçdiyindən  böyiık  dağmtılara  məruz  qalmışdır.  Sonrakı 
illərdə  baş  verən  müharibələr  dalğası  da  Ordubad 
şəhərindən  yan  keçməmişdi.  Osmanlı  hakimi  IV  M urad 
Təbrizə  hücumu  zamanı  O rdubad  şəhərini  dağıdır,  şəhər 
qarət edilir (27,  s.  16).
XVII 
əsrin  əvvəllərində  I  Şah  Abbasm  təşəbbüsü  ilə 
yenidən  başlanan  Səfəvi-Osmanh müharibələri  bir  neçə  dəfə
38


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə