Azərbaycan miLLİ eləMLƏr akademtyasi naxçivan böLMƏSİ



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix04.02.2018
ölçüsü1,07 Mb.
#23658
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Ermoni vilayəti rəisinə tabe edildi.
Bütün  Azərbaycan  ərazisində  olduğu  kimi,  bəhs  olunan 
ərazidə  də  komendant  idarə  üsulu  tətbiq  edildi.  Ərazi  rus 
ordusu  zabitlərindən  təyin  olunan  və  Tiflisdə  oturan 
komendanta 
tabe  edildi. 
Komendant  üsul 
idarəsinə 
təsərriıfat. məhkəmə,  polis və xüsusi  hissələr daxil  idi.
Komendant  üsul  idarəsi  zamanı  O rdubadda  əvvəlki  xan 
və  bəylərə  aid  olan  torpaqlar  xəzinənin  ixtiyarına  keçdi. 
Yerli  feodalların  rus  hökumətinə  münasibəti  ciddi  nəzarət 
altmda  saxlanırdı.  Əvvəllər  mövcud  olan  ağır  vergi  sistemi 
nəinki  yüngülləşdirildi,  əksinə,  daha  da  ağuiaşdınldı.  Bu 
zaman  bəylər  və  din  xadimləri  vergi  və  mükəlləfiyyətlərdən 
azad  edildi.
Ancaq 
Azərbaycanda, 

cümlədən 
Ordubadda 
komendant  üsul  idarəsindən  artan  narazılıq  çaı*  hökumətini 
tədbir  görməyə  məcbur  etdi.  10  aprel  1840-cı  ildə  qəbul 
edilən  qanunla  kom endant  üsul  idarəsi  ləğv  olundu.  Bütün 
Zaqafqaziya 
ərazisi 
Gürcüstan-İmeretiya 
adlanan 
quberniyaya  (mərkəzi  Tiflis)  və  mərkəzi  Şamaxı  şəhəri  olan 
Kaspi  vilayətinə bölündü.
Bu  zaman,  1840-cı  ildə  Ordubad  dairəsi  ləğv  olundu  və 
qəza  kimi  1850-ci  ildə  təşkil  olunan  Irəvan  quberniyasma 
daxil  edildi.  Ordubad  şəhəri  qəza  mərkəzinə  çevrildi.  Şəhər 
qəza  idarəsinin  tərkibinə  qəza  naçalniki  və  onun  köməkçisi, 
qəza  xəzinəsi,  sahə  iclasçılan  və  şəhər  polisi  daxil  idi.  Qəza 
naçalniki  qəzada  ali  nəzarəti həyata  keçirir,  qayda-qanunun 
əsas  təminatçısı hesab olunurdu.  Şəhər polisi ona tabe idi.
Rıısiya  imperiyasında  16  iyun  1870-ci  ildə  təsdiq  edilən 
şəhər  əsasnaməsi  1874-ciı  ildə  O rdubadda  da  tətbiq  edildi. 
Buna  əsasən  O rdubadda  şəhər  özünüidarəsi  yaradıldı.  Bu 
orqanın  fəaliyyəti  təsərriıfat  məsələləri,  o  ciımlədən  şəhəı* 
quruculuğu,  ycrli  sənaye  və  ticarət  məsələləri,  maarif, 
səhiyyə və s. məsələlərlə məhdudlaşırdı.
XIX 
əsrdə  Ordubad  şəhəri  iri  ticarət  mərkəzi  kimi 
məşhur  idi.  Ərazidən  kcçən  ticarət  karvanları  Ordubadda
45


dayanır, 
mal 
miıqabiləsi 
edilirdi. 
Şəhərdə 
altı 
iri 
karvansaranm  fəaliyyət  göstərməsi  onun  ticarət  şəhəri  kimi 
əhəmiyyətini  göstərirdi. 
Şəhər  əhalisinin  əksəriyyətini 
sənətkarlar  və  tacirlər  təşkil  edirdi.  Həmçinin,  burada  kənd 
əhalisi  də,  o  ctımlədən  əkinçilər,  qaçqm  kəndlilər,  feodallar 
yaşayırdı.
Şəhərdə  müxtəlif  peşələrlə  məşğul  olan  sənətkaıiara  rast 
gəlinirdi.  Bıınlardan  çəkməçi,  dərzi,  başmaqçı,  zərgər, 
dəmirçi,  misgər,  toxucu,  dabbağ  və  s.  sənət  sahiblərini 
göstərmək 
olar. 
Bu  sənətkarlann 
böyük 
bir  qismi 
«əsnaf»larda biıiəşmişdi.
Şəhərdə  sənətkarlığın  inkişafım  göstərən  ən  sanballı  fakt 
burada  sənətkaıiarm  sayımn  artmasıdır.  Belə  ki,  burada 
sənətkaıiarın sayı  1852-ci  ildə  354  nəfərdən,  1886-cı  ildə  538 
nəfərə  çatmışdı.  Şəhərdə  mövcud  olan  müxtəlif  peşə 
sahələrindən  ən  çox  diqqəti  cəlb cdən  və geniş yayılanlaıdan 
biri  dabbaqlıq  idi.  Gön-dəri  aşılanması  ilə  məşğul  olaıı  bu 
sahənin 
sənətkarları 
yüksək 
keyfıyyətli 
məhsul 
hazırlayırdılaı*.  Orta  əsrlər zamanı  irsi  olaraq  nəsildən-nəslə 
keçən  sənətkarhq  bəhs  olunan  dövrdə  də  irsi  xarakter 
daşıyırdı.  Gön-dəri  aşılanması  ilə  məşğul  olan  sənətkarlar 
da  əsasən  bir  nəslin  adamları  idilər.  D abbaqlar  adlanan 
həmin  nəslin  nümayəndələri  indi  də  Ordubad  şəhərində 
yaşayırlar  və  Dabbaqilər  nəsli  adlanırlar.  Bu  ııəslin 
nümayəndələrindən  biri  Məşədi  Həsən  D abbaq  Ordubadda 
fəaliyyət  göstərən  «Əncüməni  şüəra»  ədəbi  məclisinin  fəal 
üzvlərindən  biri  idi.
Qədimdən  ipəkçiliyin  vətəni  olan  Ordubad  mahalı  və 
Ordubad  şəhəri  Naxçıvan  xanlığmm  tərkibində  olarkən 
əhali  yenə  də  bu  ənənəvi  sənət  sahəsi  ilə  məşğul  olur,  çoxlu 
xam  ipək  istehsal  edirdilər.  Həmçinin,  burada  ipəkdən  nəfis 
parçalar  hazırlanırdı.  Bu  parçalar  Rusiya  və  Avropa 
bazarlarmda yüksək qiymətləndirilirdi.
46


İpəkçilik  şəhər  əhalisinin  əsas  məşğuliyyət  sahələrindən 
biri  və  başlıca  qazanc  mənbəyi  idi.  Şəhərdə  yaşayan  bütün 
ailələr  demək  olar  ki,  ipəkçiliklə  məşğul  olurdular. 
Mənbələr  təsdiq  edir  ki,  1858-ci  ildə  O rdubadda  63  min 
m anat  məbləğində  915  pud  ipək  istchsal  olunmuşdu.  Əsrin 
60-cı  illərində  ipəkçiliklə  məşğul  olan  ailələr  hərəsi  180 
m anatdan 240 manatadək gəlir əldə etmişdi  (46,  s. 410-411).
Şəhərdə əvvəllər kustar formada inkişaf edən ipək sarıyıcı 
sənaye  X IX  əsrin  II  yarısmdan  etibarən  fabrik  tipli 
müəssisələrə  çevrildi.  X IX   yüzilliyin  70-ci  illərində  Ordubad 
şəhərində  iki  fabrik  yaradıldı.  Artıq  XX  əsrin  əvvəllərində 
onların  sayı  artmış  və  şəhərdə  5  ipəksarıyıcı  fabrik  işləyirdi. 
K.Babayev,  Ə.Fərəcov,  R.Rizayev,  Q.Ərəbov  və  Nağıyev 
qardaşlarmm  fabrikində  1904-cü  il  məlumatına  görə  183 
fəhlə işləyirdi.
Ordubad 
şəhər 
sakini 
Hacı 
Məhəmmədqulu 
ağa 
Ordubadi  tacir  olsa  da,  Ordubaddakı  iki  kustar  zavoddan 
birinin  sahibi  idi.  O,  1902-ci  ildə  O rdubad  şəhərində  adyal, 
qanovuz  və  başqa  parçalar  hazırlamaq  üçün  emalatxana 
açmışdı.  Bu  emalatxanada  8  dəzgah  işləyirdi.  Burada  hər 
gün  50 m-dən  artıq  parça hazırlamrdı  (60, s.  34).
Epiqrafık 
materiallar 
təsdiq 
edir 
ki, 
Hacı 
Məhəmmədqulu  ağa  1902-ci  ildə  öz  vəsaitilə  Ordubad 
şəhərinin  mərkəzində  yerləşən  Came  məscidini  təmir 
etdirmişdir (Bax:  kitabə N°  170).
Ordubad  şəhərində  XIX  yüzilliyin  sonlarında  meydana 
gələn  kapitalist  tipli  sənaye  miıəssisələrindən  biri  də 
pambıqtəmizləmə  zavodu  idi.  S o n ra d a n '  sayı  artan  bu 
zavodlar  XX  əsrin  əvvəllərində  Əlimərdanov  qardaşlarının 
əlində  cəmləşmişdi.  Xam  pambıq  materialı  Ordubaddan 
ipəklə  biıiikdə  xaricə  ixrac  edilirdi.  Xaricə,  xüsusilə  Rusiya 
və  Irana  ixrac  edilən  mallar  içərisində  digər  məhsullar  da 
öziınəməxsus  yer  tuturdu.  Bu  cəhətdən  quru  meyvə  əsas
47


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə