Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   11   12   13   14   15   16   17   18   19

56 

 

konsepsiyası” forumu keçirilmişdir. 



2006-

cı  ildə  Fransada internet-provayderləri  ilə 

razılaşmaya görə həddi-buluğa çatmayanların İnternetə daxil 

olması yalnız valideyn nəzarəti altında mümkündür. İnternetə 

filtrasiya  tətbiq  edilmişdir,  belə  ki,  İnternetdən  istifadənin 

təhlükəli  tərəfləri  haqqında  məlumatlandırmaq  məqsədilə 

qaynar  xətt  rolunu  oynayan    xüsusi    saytlar    vasitəsilə  

hökümət  orqanlarına  məlumat  verilir. 

Dünyanın  müxtəlif  ölkələrində  bu  problemlə  bağlı 

rəsmi  sənədlər  qəbul  edildir.  Eyni zamanda İnternet 

mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 

tədbirlər  həyata  keçirilir 

(

Əlavə  1.-də  dünyanın    bəzi 



ölkələrində  uşaqların  İnternetdə  təhlükəsizliyinin  təmin 

edilməsinə  dair rəsmi sənədlər haqqında məlumat verilir). 

 

 

3.2.



  

B

əzi ölkələrin Milli Təhlükəsiz İnternet 

M

ərkəzlərinin təhlükəsizlik siyasəti 

Milli  Təhlükəsiz  İnternet  Mərkəzinin  (MTİM) 

yaradılması  və  apardığı  siyasətlə  bağlı  dünya  ölkələrində 

müxtəlif  fəaliyyətlər  mövcuddur  və  bir  neçə  ölkə  misalında  

MTİM-lərinin təcrübəsini nəzərdən keçirək.  



57 

 

Avropada nümu



nəvi  MTİM-lərdən  biri  Birləşmiş 

Krallığın Təhlükəsiz İnternet Mərkəzidir, TİM funksiyalarını 

yerinə yetirir. Mərkəz 3 təşkilatla tərəfdaşlıq quraraq maraqlı 

layihələr həyata keçirir [39]: 

 

South West grid for learning – 



İnternetdən  istifadəni 

öyrədir və müəllimlərlə işləyir; 

 

Childnet  - 



İnternet  mühitində  təhlükəsizliyin  təmin 

edilməsini öz fəaliyyətində missiya kimi qəbul edir;  

 

İnternet  Watch  Foundation  (IWF)  -  Hotline kimi 



fəaliyyət göstərir və kriminal kontentlərlə mübarizə aparır. 

İnternetin  və  texnologiyaların  təhlükəsiz  istismarı  ilə 

bağlı  böyük  miqyaslı  təbliğat  həyata  keçirərək,  ölkədə 

uşaqlar  üçün  təhlükəsiz  elektron  mühitin  yaradılması  üçün 

peşəkarları  işə  cəlb  edir,  onlayn  kriminal  kontentlərə  qarşı 

ölkə  miqyasında  əməliyyatlar  aparır,  ölkə  miqyasında 

“Təhlükəsiz İnternet” gününün təşkilinə cavabdehlik daşıyır, 

uşaqlar, valideynlər, himayədarlar və müəllimlər üçün onlayn 

resurslar hazırlayır.  

Mərkəz maraqlı layihələr həyata keçirərək müxtəlif yaş 

qrupundan olan uşaqlara, valideynlərə və himayədarlara, eyni 

zamanda  müəllimlərə  təlimatlandırıcı  məlumatlar  verir. 

Ölkənin 4 İnternet provayderi ilə əldə edilmiş razılığa əsasən 



58 

 

təklif edilən “ailə nəzarəti” paketlərinin tətbiqetmə və onlara 



qoşulma  üsullarını  təbliğ  edərək,  qurğularda  təhlükəsizlik 

məsələlərini, tövsiyələri və resursları istifadəçilərə təklif edir. 

Peşəkarların    reputasiyasından  bəhrələnir.  Bu  resurslara 

dəyişən  İnternet  mühitində  cinsi  istismar  xarakterli 

yazışmalarla mübarizə, valideynlər üçün “Necə etmək olar?” 

təlimat videoları da daxil edilir.  

Avstriya  MTİM-i    Qeyri  Hökumət  Təşkilatı  (QHT) 

olan  Avstriya  Tətbiqi  İnternet  İnstitutu  tərəfindən  yaradılıb 

[40

].  Mərkəzdə  TİM-in  funksiyalarına  daxil  olan 



maarifləndirmə  mərkəzləri,  gənclik  panelləri,  yardım  xətləri 

və qaynar xətt xidmətləri mövcuddur. Təhlükələrin qarşısının 

alınmasına  dair  müxtəlif  fəaliyyətlər  həyata  keçirir.  Onun 

fəaliyyətlərindən  biri  kimi  2013-cü  ildə  3-6  yaşlı  uşaqlar 

arasında İnternetdən istifadəyə dair aparmış olduğu sorğunu 

qeyd  etmək  olar.  Müəyyən  olunmuşdur  ki,  sorğuda  iştirak 

edənlərin  52%-i  artıq  İnternet  istifadəçiləridir.  Mərkəz  eyni 

zamanda,  valideynlər,  müəllimlər  və  himayədarlar  üçün 

kitabçalar  hazırlayır  və  uğurlu  media  kampaniyaları  həyata 

keçirir.  Eyni  zamanda  sosial  mediadan  istifadəyə  dair 

müxtəlif  vəsaitlər  hazırlanıb  paylanmışdır.  Misal  olaraq, 

həmin il məktəblərdə təşkil edilmiş 850-dən artıq təlimlərdə 




59 

 

16000  nəfərdən  çox  uşaq,  5000  nəfərdən  artıq  müəllim, 



valideyn, himayədar öyrədilməsini göstərmək olar.    

Almaniyada  MTİM-i 2008-ci  ildə  yaradılmışdır  [41]. 

Həm  uşaqlar,  həm  də  valideynlər  üçün  nəzərdə  tutulmuş 

yardım xətti, iki qaynar xətt (Internet-Beschwerdestelle.de və 

jugendschutz.ne),  maarifləndirmə  mərkəzi  –  Klicksafe  və 

Gənclərlə iş mərkəzi fəaliyyət göstərir. Valideyn, himayədar 

və müəllimlərlə  və müxtəlif yaş qruplarında olan uşaqlarla iş 

aparır. Uşaqların hüquqlarını qoruyur.  Nümunəvi MTİM-dən 

biridir.   

Rusiyada 2008-

ci 

ildən 


MTİM-i 

İnternet 

Texnologiyaları  Regional  İctimai  Mərkəzi,  "Angel 

Koalisiyası"  və  “Soprotivlenie”  insan  hüquqları  hərəkatı 

konsorsiumu olan Rusiya QHT-

lərinin dəstəyi ilə fəaliyyətə 

başlamışdır.  Rusiya  Mülki  Palatası  və  Uşaq  Ombudsmanı 

idarəsinin rəhbərliyi tərəfindən dəstəklənir [42].   

Rusiya  MTİM-nin arxitekturasına  başqalarında  olduğu 

kimi: y


ardım xətləri, qaynar xətlər, maarifləndirmə mərkəzi, 

gənclərlə  iş  xidmətləri  daxildir.  Mərkəzin  veb  səhifəsində 

uşaq və yeniyetmələrlə iş apararaq, kibertəhdidlərin müxtəlif 

növləri  haqqında  Rusiyanın  aparıcı  ekspert  və  analitikləri 

tərəfindən  ətraflı  şərhini  verir  və  istifadəçilərə  konsaltinq 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə