Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə17/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   11   12   13   14   15   16   17   18   19

68 

 

Azərbaycan  Respublikası  Prezidentinin  2014-cü il 2 aprel 



tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş  "Azərbaycan 

Respublikasında  İC-nin  inkişafına  dair  2014-2020-ci  illər 

üçün  Milli  Strategiya"da  İC-nin  bərqərar  olması,  onun 

yaratdığı  imkanlardan  vətəndaşların,  cəmiyyətin,  dövlətin 

inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı  və 

dayanıqlı  tərəqqisi  İKT-nin  dövlət  idarəçiliyində  hərtərəfli 

tətbiqi  üçün  bir  çox  istiqamətdə  işlərin  aparılması  nəzərdə 

tutulmuşdur.  Elektron  mühitdə  məlumatların  qorunması, 

ölkənin  informasiya  məkanında  təhlükəsizliyinin  təmin 

olunması,  İKT-yə inamın  artırılması, bu sahəni tənzimləyən 

normativ 

hüquqi 


bazanın 

inkişaf 


etdirilməsi, 

məlumatlandırma  və  maarifləndirmənin  həyata  keçirilməsi 

Mill

i  Strategiyanın  əsas  məqsədlərindəndir.  Milli 



Strategiyada  “uşaqların  qanunazidd  və  təhlükəli  kontentdən 

qorunması  üçün  “təhlükəsiz  İnternet”  mexanizminin 

işlənilməsi  və  tətbiqi”  informasiya  təhlükəsizliyinin  təmin 

edilməsində əsas hədəflərdən biridir [49]. 

Ölkəmiz  bütün  sahələrdə  olduğu  kimi,  uşaqların 

İnternetdə  təhlükəsizliyi  probleminin  həll  olunması 

məsələsində  də  dünyada  gedən  proseslərdən  geri  qalmır  və 

bu  məsələ  son  illər  ərzində  cəmiyyətin,  dövlətin  və 




69 

 

səlahiyyətli  şəxslərin  diqqətini  cəlb  etməkdədir.  Mətbuatda, 



İnternet səhifələrində bu mövzu ilə bağlı yazılara rast gəlmək 

olur. 


2008-

ci  ildə  Azərbaycan  İnternet  Forumu,  Təhsil 

Nazirliyi  və  Microsoft  şirkətinin  Azərbaycandakı 

nümayəndəliyi 

tərəfindən 

“Uşaqların 

İnternetdə 

Təhlükəsizliyi”  adlı  layihə  həyata  keçirilmişdir.  Layihənin 

məqsədi uşaqların İnternetdə təhlükəsizliyi və onların zərərli 

informasiya

dan  qorunması  ilə  bağlı  müəllimlər,  valideynlər 

və uşaqlar üçün metodiki-informasiya dəstəyi göstərməkdən, 

ictimaiyyətin  diqqətini  bu  problemə  cəlb  etməkdən  ibarət 

olmuşdur. 

Qeyd olunan qurumlar tərəfindən birgə həyata keçirilən 

layihə  çərçivəsində  “Uşaqların  İnternetdə  Təhlükəsizliyi” 

[50] 

adlanan kitab nəşr olunmuşdur. Kitabda müasir dövrdə 



tədris  vasitəsinə  çevrilən  İnternetdəki  təhlükələrin  olması 

haqqında  məlumatlarla  yanaşı,  valideynlər,  müəllimlər  və 

uşaqlar  tərəfindən  hansı  addımların  atılmasının  vacibliyi 

haqq


ında tövsiyələr verilmişdir . 

2012-


ci  ildən  İnternet-servis-provayderi “Sazz”, 

AzEduNet (Azerbaijan Educational Network) təhsil şəbəkəsi 

ilə  birgə  “Məktəblilər  üçün  təhlükəsiz  İnternet”  layihəsi 



70 

 

həyata keçirir. Layihənin məqsədi uşaqları elektron mühitdə 



arzuolunmaz  kontentdən  –  zorakılığı,  ekstremizmi,  ədəbsiz 

leksikanı özündə saxlayan resurslardan müdafiə etməkdir. 

Azərbaycan  Rabitə  və  Yüksək  Texnologiyalar 

Nazirliyinin  (RYTN)  dəstəyi  ilə  Azərbaycan  Respublikası 

Təhsil  Nazirliyi  tərəfindən  təhsil  müəssisələrində  filtrasiya 

sistemi tətbiq edilmiş, cəmiyyətdə informasiya təhlükəsizliyi 

ilə  bağlı  maarifləndirici  tədbirlər  və  bəzi  məktəblərdə 

treninqlər keçirilmişdir. 

Azərbaycan 

İnsan 


Hüquqları 

Müvəkkilliyinin 

tövsiyələrinə  uyğun  olaraq  BMT-nin  “Uşaq  hüquqları” 

Konvensiyasının qəbul olunmasının 25 illiyinə həsr olunmuş 

"Hər  bir  uşağın  qayğısına  qalaq!"  aylığına  qoşulmuşdur. 

2014-


cü ilin oktyabrın 20-dən noyabrın 20-dək davam edən 

bu  aylıq  çərçivəsində  ölkədə  uşaqların  hüquqlarının,  o 

cümlədən 

İnternetdə, 

kiberməkanda 

təhlükəsizliyin 

qorunmas

ı ilə bağlı bir sıra tədbirlər keçirilmişdir [51]. 

Müəyyən  qurumlar  tərəfindən  bu  tədbirlər davam 

etməkdədir,  məqsəd  Azərbaycanda  yaşayan  uşaqların 

İnternet  mühitində  olan  təhlükələrdən  xəbərdar  olması  və 

kiberməkanda  olan  cinayətkarlarla  qarşılaşmasına  mane 

olmaqdan ibarətdir.   



71 

 

NƏTİCƏ 

Gənclik  dövrü  şəxsiyyətin  formalaşdığı,  cəmiyyətdə 

düzgün mövqe tutub, ölkəsinə layiqli vətəndaş kimi yetişdiyi 

bir dövrdür. Müxtəlif təhdidlərin təsiri ilə bu proses düzgün 

olmayan şəkildə gedərsə, İC-nin formalaşmasına mənfi təsir 

edəcəkdir. 

İnternetdə  uşaqlar  real  həyatda  olduğundan  daha 

müdafiəsizdirlər,  valideynlərin  onları  necə  müdafiə  etməyi 

bilməsi çox vacibdir. Valideynlərin üzərinə düşən ilk vəzifə 

özlərinin  kompüter savadlılığını və İnternetin resurslarından 

istifadə  bacarığını  artırmaqdır.  Uşaqları  İnternetdəki 

təhlükələrdən  qorumaq  üçün  onların  istifadə  etdikləri 

kompüterlərə ailə “nəzarət sistemləri”, antivirus proqramları 

yazılmalı, 

uşaqların 

müəyyən 

kontentlərə 

çıxışı 

məhdudlaşdırılmalıdır.  İnternetdə  işləmək  üçün  vaxt 



məhdudiyyətləri  qoyulmalı,  onların  kompüter  qarşısında 

saatlarla  vaxt  keçirməsinin  qarşısı  alınmalıdır.  Valideynlər 

tərəfindən övladlarına kompüterin faydaları və onun təhlükəli 

və arzuolunmaz cəhətləri izah edilməlidir. 

İnternetdəki təhlükələrdən qorunmaq üçün ailə-məktəb-

dövlət  kompleks  şəkildə  fəaliyyət  göstərməli  və  bununla 

bağlı müxtəlif tədbirlər həyata keçirilməlidir. Məktəblərdə bu 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə