Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə12/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

47 

 

reallaşdıracaq [32].  



Tədqiqatçı  J.Pascual-Espadanın  fikrincə:  "Əİ-nin 

mahiyyəti, məqsədi odur ki, müvafiq formada istifadə olunan 

hər  hansı  əşya  və  ya  obyekt  ona  bənzər  formada  istifadə 

olunan digər obyektlərlə İnternet strukturu vasitəsilə ünsiyyət 

qurmağa  qadirdir"  [33].  Bu  da  bir  və  ya  bir  neçə  əşyanın 

fəaliyyətini  digər  əşya  ilə  əlaqələndirir.  Məsələn, 

soyuducudan    götürülmüş  süd  onlayn  şəkildə  yeni  südün 

sifarişinə  imkan  yaradır.  Maşınlardan  kitablara,  elektrik 

alətlərindən qidalara, soyuduculardan suqızdırıcılarına, ağıllı 

binalardan ayaq

qabılara  kimi  hər  şeyi  əhatə  edən, 

ümumiyyətlə, bir-biri ilə bağlantısı olan bir inkişaf olacaqdır. 

İnternet  inkişaf  etdikcə  texnologiyalarla  qarşılıqlı 

münasibətin  yeni  formaları  meydana  çıxmağa  başlayır. 

İnternet istifadəçilərinin həm də uşaqlardan ibarət olması və 

azyaşlıların  texnologiyalara  olan  maraqlarına  və  hədsiz 

öyrənmək  həvəsinə  baxmayaraq,  yeni  texnologiyaların 

sürətlə artması və bu təsirlərlə toplanılan məlumatların dəyəri 

haqqında biliklər azlıq təşkil edir. 

Uşaqların  həyatında  əşyalar  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Xüsusilə  kiçik  yaşlı  uşaqlar  üçün  gündəlik  fəaliyyət, 

adətən,  oyuncaqlardan  ibarətdir.  Rəqəmsal  oyuncaqlar 




48 

 

mövcud  olduğu  müddətdə  uşaqların  işıq  və  ya  siqnallarla 



qarşılıqlı  münasibətinin  rəqəmsal  təsiri  zaman  və  məkan 

çərçivəsində birbaşa manipulyasiyaya səbəb olur.    

Uşaqların rəqəmsal texnologiyalara olan münasibətində 

fərqliliklər  yaranır.  Onların  istifadə  etdikləri  maus  və 

klaviatura  qurğuları  artıq  öz  təyinatını  dəyişməyə 

başlamışdır.  İnterfeys  və  qurğular  sensor  ekran  və  jestlərin 

tanınma  qurğuları  kimi  müasir  qarşılıqlı  əlaqə  formaları  ilə 

əvəz edilmişdir. Uşaqların əlaqə və hərəkətlərini əhatə edən 

çoxlu sayda qurğu  mövcuddur. Məsələn, KidFit – uşaqların 

fiziki fəaliyyətini qeydə alan və ona cavab verən qola taxılan 

fitnes qurğusudur. HereO – valideynlərin uşaqlarının harada 

olduğu haqqında məlumat verən saatdır [34]. Spourting uşaq 

monitoru  – 

uşaqların  yuxu  saatlarını  qeydə  alır  və  onun 

haqqında əks əlaqəni təmin edir [35]. 

Əİ-nin uşaqların həyatında fəaliyyətinə nəzər yetirmək 

üçün “Teddy the Guardian” 

oyuncağını  nəzərdən  keçirək 

[36

].  Bu  yumşaq,  rəqəmsal  ayı  oyuncaqdır  -  uşaqların  ürək 



döyüntüsü, oksigen çatışmazlığı, bədən temperaturu və stress 

səviyyəsi  kimi  vacib  sağlamlıq  parametrlərini  qeydə  alır  və 

xəbər verir. Bu ayı, adətən, ənənəvi testlərlə bağlı uşaqların 

narahatlığını  əhəmiyyətli  dərəcədə  azaldan  və  bu 




49 

 

məlumatların  səhiyyə  mütəxəssislərinə  çatdırılması  üçün 



xəstəxanalarda istifadə olunur.  

Əİ  uşaqların  əşyalarla  münasibəti  haqqında  məlumat 

əldə  etməyə  qadirdir.“Teddy the Guardian”  topladığı  

biometrik  məlumatlar  səhiyyə  mütəxəssisləri  tərəfindən 

istifadə  olunur.  Lakin  həmin  məlumatın  səhiyyə 

şirkətlərindən  başqa  valideyn  və  digər  şəxslər  üçün  nə 

dərəcədə dəyərli olduğunu təsəvvür etmək çətin deyil.  Digər 

Əİ qurğuları daha az şəxsi məlumat toplamasına baxmayaraq, 

uşaqların gündəlik fəaliyyətinə xüsusi təsir göstərə bilər. Nə 

qədər məlumatın toplandığı və istifadə edildiyini araşdırmaq 

çox vacibdir.  

Teddy the Guardian” 

uşaqlar  üçün  adi  yumşaq 

oyuncaqd


ır.  Uşaq  oyuncağı  qucaqlamaqla  səhiyyə 

fəaliyyətinin interpretasiya olunmuş formasını həyata keçirir. 

Bu  səbəbdən  qarşılıqlı  əlaqələrin  yeni  formaları  uşaqların 

müxtəlif  fəaliyyətini  bir  araya  gətirə  bilər.  Oyuncağın 

səhiyyə  xidməti  ilə  əlaqəsi  haqqında  uşağın  biliyi  həmin 

oyuncağın  qoruyucu  kimi  qavranılmasına  səbəb  ola  bilər 

(oyuncağın  adı  da  buradan  götürülmüşdür:  Guardian  – 

qoruyucu, müdafiəçi).  

Uşaqlar  və  onların  valideynləri  Əİ-dən  asılıdır  və 



50 

 

gündəlik  əşya  olaraq  rəqəmsal  texnologiyaların  interfeysinə 



çevrilir.  Texnologiyalar  daha  çox  inkişaf  etdiyinə  görə 

uşaqlar  öz  hərəkətlərinin  necə  qeydə  alındığı  və  istifadə 

edildiyi ba

rədə  xəbərdar  deyildir.  Uşaqlar  səbəbsiz  şəkildə 

Teddyni  qucaqlamaqla  digər  insanları  şəxsi  biometrik 

məlumatlarla təmin edir. Şübhəsiz ki, valideynlər öz uşaqları 

üçün  tədbir  görmək  məqsədilə  bu  məlumatları  əldə 

etməlidirlər.  Lakin  Əİ-nin  açıq  olması  həmin  məlumatın 

mühafizəsi üçün böyük  təhlükə yaradır. 

Bu qurğular rahatlıq, təhlükəsizlik və ya idman məqsədi 

üçün  əlverişlidir.  Buna  baxmayaraq,  həmin  qurğuların 

meydana gətirdiyi bəzi problemlər vardır. Uşaqların gündəlik 

fəaliyyətini  əhatə  edən  qurğuların  gündən-günə  artması 

onların    fəaliyyətini  necə  dəyişdirir,  onların  fəaliyyəti 

haqqında məlumat hansı məqsədlə istifadə olunur, uşaqlar və 

onların  valideynləri  həmin  texnologiyalardan  nə  dərəcədə 

asılıdır?  Bu  qurğuların  uşaqların  davranışına  nə  dərəcədə 

təsir etməsi, həmin qurğular vasitəsilə əldə olunan məlumatın 

necə  istifadə  olunması,  bu  barədə  uşaqların  xəbərdar  olub-

olmaması, onların münasibətdə olduğu bu texnologiyalardan 

istifadəsi  bütün  bu  problemlər  haqqında  araşdırmaların 

aparılmasını zəruri edir. Zaman keçdikcə yeni texnologiyalar 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə