Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə10/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

38 

 

Bu  yaş  qrupundan  olan  uşaqların  qarşılaşdığı 



təhlükələrin  qarşısının  alınması  üçün  onların  kompüterdə 

işləmə  müddəti  müəyyən  edilməlidir,  İnternetə  qoşulmuş 

kompüterin  ümumi  otaqda  valideyn  nəzarətində  olması  və 

valideyn nəzarəti proqramının kompüterə yazılması vacibdir. 

On

lar  İnternetdə  daha  çox  İnternet-dostları  ilə  söhbət  edir, 



bəziləri  şəxsi  görüşlərə  həvəslənirlər.  Şəbəkə  oyunları 

oynayır, kompüterdən asılı ola bilirlər [22]. Nəticədə onların 

təhlükələrlə qarşılaşması baş verir.  

Elektron  poçt,  çatlar,  mesajların  ani  mübadilə 

sistemləri,  qeydiyyat  formaları,  alış-veriş  saytlarında,  şəxsi 

profilləri  vasitəsilə  və  müxtəlif  müsabiqələrdə  qeydiyyat 

zamanı  onlar  şəxsi  məlumatlarını  qeyd  edir,  maraqlı 

informasiyanı  kompüterdə  yükləməyə  cəhd  edirlər. 

Bilməyərəkdən  onlar  virusları  və  yaxud  hər  hansı 

arzuolunmaz proqram təminatı yükləyirlər. 

Kompüterdə  işləmək  üçün  valideynlər  övladlarına 

məhdud  qeydiyyat  siyahısı  yaratmalı,  İnternetdən  gələn  hər 

hansı  təhlükələr,  dələduzluq,  zərərli  informasiya,  zərərli 

proqramlar, cinsi istism

ar  və  s.    narahatlıqlar  haqqında 

məlumat verməlidir. 




39 

 

13-



17 yaş arası  uşaqların İnternet təhlükəsizliyi. Bu 

uşaqlar  valideynlərindən  daha  çox  İnternetlə  ünsiyyətdə 

olurlar,  onlara  nəzarət  etmək  valideyn  üçün  artıq  xeyli 

mürəkkəbləşir. Ona görə də, valideyn-övlad arasında İnternet 

təhlükəsizliyi  qaydalarına  riayət  etmək  barədə  bir növ 

razılaşma olmalıdır.  

Yeniyetmələr  axtarış  sistemlərindən,  elektron  poçtdan, 

mesajların ani mübadilə sistemlərindən aktiv istifadə edirlər, 

mu

siqi və filmlər yükləyir, oyunlar oynayırlar və s. Bu yaşda 



olan  oğlanlar  bütün  məhdudiyyətləri  aradan  qaldırmaq 

istəyirlər,  hər  şeylə  maraqlanır,  daha  sərt  yumora,  qızğın 

oyunlara,  yaşa  uyğun  olmayan  şəkillərə  üstünlük  verirlər. 

Qızlar  isə  daha  çox  çatlarda  ünsiyyət  yaratmağa,  İnternetdə 

cinsi  mövzularda  olan  məlumatlara  baxmağa    üstünlük  

verirlər [23]. 

Elektron  poçt,  çatlar,  mesajların  ani  mübadilə 

sistemləri,  qeydiyyat  formaları,  şəxsi  profillər  vasitəsilə  və 

müxtəlif 

müsabiqələrdə 

qeydiyyat 

zamanı 


şəxsi 

informasiyanı  verə,  təsadüfən  viruslar  və  yaxud  hər  hansı 

arzuolunmaz  proqram  təminatı  yükləyə  bilərlər.  Onların  

azartlı oyunlara maraqları daha çox olur. 




40 

 

Bu  yaşda  uşaqların  İnternetdəki  bütün  informasiyalara 



olan  maraqları  onların  təhlükələrlə  qarşılaşma  ehtimalını 

artırır.  Valideynlər  onların  İnternet-fəaliyyəti  haqqında 

hesabatlarını  nəzərdən  keçirməlidir.  Onlara  spamdan 

qorunma  yollarını  göstərməlidir.  Yeniyetmənin  həqiqi 

elektron  ünvanını  İnternetdə  qeyd  etməsini,  arzuolunmayan 

məktublara cavab verməməsini və xüsusi poçt süzgəclərindən 

istifadə  etməsini  övladlarına  tövsiyə  etməlidir.  Valideyn 

yeniyetmənin ziyarət etdiyi saytlar ilə mütləq tanış olmalıdır. 

Dələduzluq,  xəbərçilik,  dedi-qodu  və  ya  təhdid  məqsədilə 

İnternetin  istifadəsi  mümkün  olmadığı  və  bunun  pis  vərdiş 

olması haqqında övladına izah etməlidir. 

Məlum olduğu kimi müasir dövrdə İnternetdən istifadə 

telefonlara  qədər  gəlib  çıxmışdır,  amma  uşaqlara  İnterneti 

tamamilə  qadağan  etmək  olmaz.  Valideyn  bunu  qadağan 

etməkdənsə, uşaqlara nəyin  zərərli, nəyin zərərsiz olduğunu 

izah et


məli  və  İnternetdən  hansı  müddətdə,  necə  istifadə 

etmək  lazım olduğunu övladına başa salmalıdır [24]. 

 

 



41 

 

2.2.  Uşaqlar və sosial şəbəkə mühiti 

Veb 2.0 

birlikdə  və  paralel  bilik  paylaşmasını  həyata 

keçirən  yeni  nəsil  veb  texnologiyalarının  gətirdiyi  istifadəçi 

rahatlığı  və  sürətli  rabitə  ilə  məlumat  paylaşımının  təmin 

edildiyi  rəqəmsal  platformadır.  Sosial  media  sərbəst  və 

özünəməxsus  mübahisə  fonu  yaradır.  Təhsil,  tədqiqat  və 

informasiya təmin etmək baxımından da çox əlverişlidir.  

Veb-


sayt  sosial  medianın  geniş  yayılmış  fəaliyyət 

formasıdır,  uşaq  və  yeniyetmələrə  sosial  qarşılıqlı  fəaliyyət 

imkanı  verir.  Sosial  şəbəkələr  sosial  medianın  bir  hissəsidir 

v

ə ünsiyyət üçün geniş imkanlar yaradır [25]. 



İnternet  istifadəçilərinin  əksəriyyəti  ən  çox  sosial 

şəbəkələrdə  vaxt  keçirir.  Facebook,  MySpace  və  Twitter  

kimi  populyar  sosial  şəbəkələrlə  yanaşı,  kiçik  yaşlılar  üçün 

nəzərdə  tutulmuş  sosial  şəbəkələr  də  mövcuddur.  Bunlar 

haqqında bu bölmədə məlumat verilir. 

Gənc  nəslin  nümayəndələrinin  sosial  şəbəkələrə 

maraqları  böyükdür.  Elektron  mühitdə  fərqli  insanlarla 

görüşmək  yaxud  informasiya  paylaşmaq  onları  bu  mühitə 

cəlb  edir.  Həddindən  çox  etibar  etmək,  qavrama 

qabiliyyətləri,  ətraf  mühiti  öyrənmək  marağı  əslində  onları 

təhlükəyə  sürükləyir.  Aparılan  araşdırmalardan  belə  məlum 



42 

 

olmuşdur  ki,  sosial  şəbəkə  istifadəçiləri  arasında  hər  3 



uşaqdan  biri  öz  səhifəsinə  kənar  şəxslərin  müraciətinə 

məhdudiyyət qoymur. 

İstifadəçinin  özünü  sosial  şəbəkədə  mətn  və  şəkillərlə 

təqdim etməsi cinayətkar və məsuliyyətsiz şəxslər tərəfindən 

istismara məruz qalmasına şərait yaradır. 

Ən böyük sosial şəbəkə olan Facebook öz saytında yaşı 

13 yaşdan yuxarı olan istifadəçilərin qeydiyyatdan keçməsinə 

icazə  verir.  2011-ci  ildə  Facebookda  qeydiyyatdan  keçmiş 

7,5 mln. uşaq 13 yaşdan kiçik, onların 5 mln. isə hələ 10 yaşı 

tamamlamamış  uşaqlar  olmuşdur.  2012-ci  ilin  iyun  ayından 

Facebook  təmsilçisi  Mark  Zuckerberg  sosial  şəbəkədə  13 

yaşdan  yuxarı  istifadəçilərin  qeydiyyatdan  keçməsini  elan 

etmişdir.  Xüsusi  proqramlar  vasitəsilə  valideynlər  öz 

övladlarının hesablarına baxa və onların hansı şəxslərlə əlaqə 

saxladığını öyrənə bilər [26]. 

Towave sosial şəbəkəsi də şəbəkəyə daxil olmaq üçün 

13  yaşdan  aşağı  yaşı  olan  istifadəçini  qeydiyyata  almır.  Bu 

qadağaların  olmasına  baxmayaraq,  çox  vaxt  uşaqlar  sosial 

şəbəkəyə  daxil  olmaq  üçün  yaşlarını  böyük  göstərməklə 

qeydiyyatdan keçir

lər . 

Sosial şəbəkə mühiti böyüklər üçün təhlükəsiz ola bilər, 




Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə