Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya texnologiyalari institutu



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə13/19
tarix16.11.2017
ölçüsü0,5 Mb.
#10385
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

51 

 

uşaqların  həyatına  inteqrasiya  edir.  Bu  problemlərin  daha 



dərindən tədqiq edilməsinin vacibliyi ortaya çıxır. 


52 

 

III.



 

UŞAQLARIN

 

TƏHLÜKƏSİZLİYİNİN

 

QORUNMASI

 

SAHƏSİNDƏ

 

ÖLKƏLƏRİN

 

SİYASƏTİ 

Virtual  məkanda  uşaqların  müdafiəsi,  onların 

təhlükəsizliyinin qorunması üçün yalnız valideynlər, məktəb, 

müəyyən  qurumların  gördükləri  işlər  kifayət  etmir.  Bir  sıra 

dünya  ölkələrində  uşaqlara  qarşı  olan    zorakılıqların, 

kibercinayətlərin  və  s.  qarşısını  almaq  məqsədilə  müxtəlif 

qanunlar, kodekslər, normativ aktlar tətbiq edilir. 

Milli  Təhlükəsiz  İnternet  Mərkəzləri  tərəfindən 

uşaqların  İnternet  mühitində  təhlükəsiz  qalması  üçün 

müxtəlif tədbirlər həyata keçirilir, o cümlədən bu problemin 

geniş  təbliği  ilə  məşğul  olurlar.  Cəmiyyətdə  onlayn 

t

əhlükəsizlik  məsələlərinin  qabardılması,  problemin  həlli 



yollarının  axtarılması  və  maneələrin  aradan  qaldırılması 

məqsədilə fikir mübadiləsi aparmaq və təcrübələri paylaşmaq 

üçün konfranslar,  forumlar keçirilir. 

 

 

 




53 

 

3.1. 



İnternet mühitində uşaqların təhlükəsizliyinin 

qorun

masına aid normativ sənədlər və ölkələrin siyasəti 

Bəzi  ölkələrdə,  məsələn,  Finlandiyada  artıq 

qanunvericiliyə  müvafiq  olaraq  vətəndaşların  İnternetdən 

istifadə  hüquqlarını  tənzimləyən  normalar  mövcuddur  

Böyük Britaniyada da buna bənzər  qanuna  baxılır. 

Uşaqların  İnternet  mühitində  təhlükəsizliyi  ilə  bağlı 

qanunların  tətbiqi  müəyyən  dərəcədə  qarışıqlıq  yaradır.  Bu 

mənada  ki,  o  həm  cinayət  məcəlləsini,  həm  də  digər 

məcəllələri bir neçə prizmadan əhatə edir:  

Sekstinq  (seksual  kontentli  mesajlaşma)  və  kiber 

zorakılıq  dəyişik  xarakterli  və  dəyişik  səviyyədə  zərərverən 

mesajlaşmadır  ki,  bunu  bir  neçə  ayrı-ayrı  məcəllələrə  aid 

etmək  olar.  Beləliklə,  burada  hər  bir  insidentə  geniş 

miqyasda cinayət və qeyri-cinayət aktlarını  aid etmək olar.  

Bu  tip  aktlar  əksər  hallarda  azyaşlıların  digər  bir 

azyaşlıya tətbiq etdiyi aktlardır. Beləliklə, həm cinayətkarın, 

həm  də  qurbanın  azyaşlı  olması  azyaşlılar  üçün  cinayət 

məcəlləsini, uşaq mühafizə proqramını və məktəb proqramını 

da əhatə edir.  

Mobil  qurğular  (cib  telefonları  və  İnternet)  üzərindən 

həyata  keçirilir.  Bu  isə  hazırkı  qanunvericilikdə  sadəcə 



54 

 

fərdlər  tərəfindən  istək  olduqda  bu  tip  məlumatlardan 



qorunma  operatorlar  və  ya  İnternet  provayderləri  tərəfindən 

təklif edilə bilər.  

Məhz  yuxarıda  sadalananlara  görə  bu  tip  kontentlərlə 

mübarizənin  sadəcə  cinayət  qanunvericiliyi  üzərindən 

aparılması  gözlənilən  effektivliyi  verməyəcəkdir.  Uşaqların 

elektron  mühitdə  aldığı  ziyanların,  psixoloji  zərbələrin 

qarşısını  almaq  məqsədilə  müxtəlif  yanaşmalardan  istifadə 

etməklə və onun qanunlarla tənzimlənməsi daha doğru olardı. 

Müxtəlif ölkələr bu siyasəti fərqli şəkildə həyata keçirir. Biz 

aşağıda  bir  neçə  ölkənin  bu  məsələyə  yanaşması  ilə  bağlı 

normativ sənədləri nəzərdən keçirəcəyik. 

Avropada  şagirdlərin  və  məktəb  şəbəkələrinin 

müd

afiəsi  üçün  bir  sıra  inzibati  və  texnoloji  tədbirlər  tətbiq 



edilir  ki,  İngiltərə  parlamenti  hökumətin  təklif  etdiyi 

proqrama 

əsasən  2011-ci  ilin  sentyabr  ayından  başlayaraq 

ingilis məktəbliləri tədris proqramının çərçivəsində 5 yaşdan 

böyük  olan  uşaqlar  üçün  kibertəhlükəsizlik  üzrə  təlimlər 

aparılır. Eyni zamanda, uşaqların İnternet təhlükəsizliyi üzrə 

Britaniya Şurası yaradılmışdır. Bu cür təhlükəsizlik proqramı 

Avstraliyada da yaradılmışdır.  

2006-

cı ildə İtaliyada “Cinsi istismar və İnternetdə uşaq 




55 

 

pornoq



rafiyası ilə mübarizəyə dair Qanun”  qəbul edilmişdir.  

27 iyul 2006-

cı  ildə  ABŞ-da  "Uşaq  muhafizəsi  və 

təhlükəsizliyi  Qanunu"  (Adam Walsh Child Protection and 

Safety Act) qəbul olunmuşdur. Məqsədi uşaqları istismar və 

zorakı  cinayətlərdən  qorumaq,  uşaq  pornoqrafiyasının 

qarşısının  alınmasını  bütün  səviyyələrdə  həyata  keçirmək, 

cinsi  istismarçıların  uşaqlara  əlçatarlığının  qarşısını  almaq, 

uşaqların  İnternetdə  təhlükəsizliyini  təmin  etməkdir. 

Qanunvericiliyə  əsasən,  son  5  ildə  bu  tip  cinayətdə  iştirak 

etmiş  şəxslərin  barmaq  izləri  Cinayətlərin Milli məlumat 

bazasına daxil edilir [37]. 

2011-

ci  ildə    Ukraynada  “Auditoriyası  uşaqlar  olan 



veb-

resursların  sahibləri  üçün  tövsiyələr”  adlı  sənəd  qəbul 

olunmuşdur  [38].  Sənəddə  uşaqların  yaşını  və  digər  psixi-

fizioloji xüsusiyyətlərini nəzərə alaraq, uşaq veb-resurslarının 

yaradılması    zamanı  əməl  edilməsi  vacib  olan  tövsiyələr 

nəzərdə tutulur.   

2011-

ci  ildə  Rusiyada  “Uşaqların  sağlamlığına  və 



inkişafına  zərər  verən  informasiyadan  qorunması  Qanunu” 

qüvvəyə  minmişdir.  Qanuna  əsasən,  uşaqlarda  qorxu, 

vahimə, çaxnaşma yaradan informasiya qadağan olunmuşdur. 

30 noyabr 2013-

cü ildə “Uşaqların informasiya təhlükəsizliyi 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə