43
çünki onlar öz dostları, həmkarları, həmfikirləri və s. ilə
söhbət edir, informasiya paylaşırlar. Uşaqlara gəldikdə isə,
fərqli vəziyyət yaranır, onlar şəbəkənin o biri ucunda olan
şəxsin cinayətkar, yoxsa mədəni, faydalı bir insan olduğu
haqda məlumatsızdırlar.
Uşaqları cinayətə, yolverilməz vərdişlərə, terrora cəlb
edən insanlar ən çox sosial şəbəkələrdə ünsiyyət qurur, onları
dini qurumlara, icmalara, müəyyən pisniyyətli insanların
təsiri altına salan qruplara cəlb edərək uşaqların
psixologiyasını dəyişməyə çalışır, bununla da onun
mənəviyyatını zəhərləyir. Uşaqların sosial şəbəkələrdə
ünsiyyət qurduğu insanlarla münasibəti valideyn nəzarəti
altında olmadıqda, zaman keçdikcə pis nəticələrə gətirib
çıxara bilər. Uşaqlar üçün nəzərdə tutulan bir neçə məhşur
sosial şəbəkələri və onların missiyalarını aşağıda qeyd edə
bilərik [27].
Grom Social –
Uşaqlar üçün yeni və əyləncəli sosial
şəbəkədir [28]. 5-16 yaşda olan uşaqlar üçün nəzərdə
tutulmuşdur. Burada təhsil mövzuları, cizgi filmləri, video və
həftəlik məqalələr eksklüziv oyunlarla zəngin və
təhlükəsizliyi təmin olunmuş mühitdir. İnternet asılılıq,
sataşma və şiddətə qarşı maarifləndirmə layihələri nəzərdə
44
tutulub. Sosial məsuliyyət və təhlükəsizlik divar
mövzularında öz əksini tapır. Etik normaya uyğun olmayan
ifadələr, söyüş və yersiz mesajlaşmanın qarşısını almaq üçün
saytda filtr qoyulmuşdur. Təhsil mövzuları, sağlamlıq və
fitness, yaradıcı layihələr və təlim fəaliyyəti ilə bağlı
məqalələr şəbəkədə paylaşılır. Valideynlər uşaqların
hesablarına (hətta dostu kimi təsdiq etdiyi insanlara belə)
baxa bilir, deməli, onların bütün fəaliyyətlərini izləyə bilirlər.
Saytda uşağın iştirakını təsdiq etmək üçün valideynlə onlayn
sənəd imzalanır.
Everloop
–
İdman, musiqi və zarafatlar ətrafında silsilə
yaradara
q, uşaqların əlaqə və maraqlarını təmin edir. Saytda
valideyn nəzarəti təmin edilir. Uşaqlar dostlar əlavə edə və
digər uşaqlarla əlaqə yarada bilərlər, amma həmişə onların
hesablarının monitorinqi valideynlərinin ciddi nəzarəti
altında olur. Bu sayt yeniyetmələr üçün nəzərdə tutulub.
Fanlala –
Sayt yeniyetmələr üçün nəzərdə tutulub [29].
Sosial şəbəkə kimi ən çox reklam, televiziya, kino və musiqi
ilə bağlı oyunlar, viktorinalar və müxtəlif məzmunlu
materiallar yerləşdirilir. Fanlala sosial şəbəkəsi tələb edir ki,
13 yaşına çatmamış uşaqların şəbəkəyə qoşulması üçün
nizamnaməyə uyğun olaraq valideynin icazəsi vacibdir.
45
Bundan sonra onlar fanklublara qoşula və ya öz dostları ilə
qruplar yarada bilərlər.
Yoursphere –
Bu sayt da uşağın hesabının işə
düşməsindən əvvəl valideyn icazəsini tələb edən saytdır.
Uşaqlara idman, televiziya verilişləri və onlayn oyunlar kimi
maraqlara əsaslanan "sahələri" və şəxsi bloqları yaratmağa
imkan verir. 18 yaş altında olan yeniyetmələri qeydiyyata
alır.
Yoursphere.com saytı ən çox gənclərin özünü təqdim
etməsini, onların səsini, maraqlarını, istedad və istəklərini
təmsil edir. Bu dünya ictimaiyyətinə öz fikirlərini,
ideyalarını, sosial qarşılıqlı əlaqələrini, dostluq "sahələri"
vasit
əsilə dünya ilə qarşılıqlı maraq yaratmaq, birləşdirmək
və paylaşmağa razılıq verən gənclər platformasıdır.
Valideynlər arasında körpülər yaradır. Onların övladları
arasında rəqəmsal savadlılığı artırmaqla, alətlər və
informasiya ilə təmin etmək, yaranmış boşluğu sağlam və
müsbət onlayn təcrübə ilə doldurur.
Kidzworld
– Sayt 9-
14 yaş intervalında olan uşaqları
qeydiyyata alır. Müxtəlif əyləncə, məsləhətləşmələr, oyunlar,
bloqlarda saytın sosial şəbəkələr hissəsi, lövhə və dostları ilə
əlaqə yaratmaq moderatoru və s. təqdim olunur [30].
46
giantHello –
Bu sosial şəbəkəni çox vaxt Facebook-la
müqayisə edirlər. giantHello sosial şəbəkəsi özünü
təqdimetmə, bəyənmə, foto, video yükləmələr, statusun
yeniləşməsi və s. kimi xüsusiyyətlərə malikdir. Uşaqlar fərdi
məlumatlarını yerləşdirməzdən əvvəl, giantHello valideyn
təsdiqlənməsi tələb edir. Onlar yalnız elektron poçt vasitəsilə
dostlar dəvət edə bilərlər. 7-13 yaş arası uşaqları ətrafında
birləşdirir [31].
Şəbəkələrdə ünsiyyətin müsbət cəhətləri odur ki,
uşaqları dünyaya inteqrasiya edir, onların insanlarla virtual
ünsiyyət qurmaq bacarığını formalaşdırır, qısa zaman
kəsiyində hər hansı bir problemin həllində yardım almaq,
uğurlarını nümayiş etdirmək yaxud biliklərini bölüşmək
imkanı və s. yaradır.
2.3.
Əşyaların İnterneti və uşaqlar
Son zamanlar “Əşyaların İnterneti” termini geniş
istifadə olunur. Əşyaların İnterneti (Əİ) rəqəmsal
texnologiyaların gündəlik həyatımıza nüfuz etməsinin
təzahürüdür. Bir-biri ilə əlaqəli kompüterlərin eyni zamanda
əşyalar ilə bağlılığını göstərir. Zaman keçdikcə indiki
İnternet mühitindən fərqli olaraq, bizi əhatə edən bütün
əşyaların İnternetə qoşulması Əİ-ni (Internet of Things - İoT)
Dostları ilə paylaş: |