39
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
və maraqlı bir tərzdə həmən əhvalatı uzun-uzadı nağıl etməyə
başlayır. Yenə də səhər açılır, günəş çıxır və Xocəstənin aşiqlə
görüşməsi gələn axşama təxirə salınır.
Beləliklə, tuti 52 gecə tacirin xanımı Xocəstənin başını
bir-birindən maraqlı nağıl və hekayətlərlə qarışdırıb onu yu-
badır. Axırıncı gecənin səhərə qovuşduğu vaxt tacir Meymun
səfərdən qayıdır. Müdrik tutinin tədbiri, biliyi və məharəti
sayəsində ailə pozğunluğunun qarşısı alınır.
Ancaq 52 gecəlik xidməti müqabilində öz xahişi ilə qəfəs-
dən azad edilən tuti tacirə olub-keçənləri bütün təfsilatı ilə
danışmağı da unutmur və “əgər insan tayfası budursa, mən
onların arasında daha qala bilmərəm” deyib oranı tərk edir.
Meymun isə Xocəstənin boynunu vurdurur, öz başını
qırxdırıb sufi paltarı geyinərək bir sovməəyə çəkilir.
Yeri gəlmişkən onu da qeyd edim ki, 1991-ci ildə 50000
tirajla çap olunmuş, çoxdan satılıb qurtarmış, indi də
etik-estetik əhəmiyyətini itirməyən bu möhtəşəm sənət
abidəsini imkanlı bir nəşriyyat latın qrafikası ilə təkrar
nəşr etsəydi, yəqin ki, uduzmazdı.
Yadımdadır, Ə.Bağırovun ərəb əlifbasından çevirib sa-
dələşdirdiyi və Qarabağa Xalq Yardımı Komitəsinin kütləvi
tirajla nəşr etdirdiyi M.S.Ordubadinin “Qanlı illər” kitabının
əldən-ələ gəzdiyi tarixi günlər... O vaxta qədər ermənilərin iç
üzünü ifşa edən, rus tədqiqatçısı V.L.Veliçkonun “Qafqaz”,
İ.Q.Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar”
kitabları bu sahədə olan ədəbi-tarixi boşluğu doldura bilməz-
di. Məhz böyük yazıçımız M.S.Ordubadinin XX əsrin əv-
vəllərində (1905 – 6-cı illərdə) baş vermiş erməni – müsəl-
man davasını – dünyada misli-bərabəri olmayan məkrli və
xəyanətkar erməni-daşnak faşizminin vəhşət və dəhşətləri-
ni o zaman ölkənin müxtəlif münaqişə nöqtələrindən gələn