Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Azərbaycan Respublikasının gömrük



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
tar d qra 22 06 18

“Azərbaycan Respublikasının gömrük 
sisteminin hüquqi əsasları” 
adlanır və iki yarımfəsildən ibarətdir. 
“Milli 
gömrük qanunvericiliyinin formalaşması”
yarımfəslində qeyd olunur ki, 
xarici iqtisadi fəaliyyətin tənzimetmə mexanizminin beynəlxalq tələblərə 
uyğunlaşdırılması, ilk növbədə, gömrük işinin elmi və qanunvericilik əsas- 
larının işlənilib hazırlanmasını tələb edirdi. Azərbaycan Respublikasında 
bazar iqtisadiyyatı sisteminə keçidin hüquqi təminat bazasının yaradılması 
istiqamətində qanunlar qəbul edildi. Nazirlər Kabinetinin 1994-cü il 18 
fevral tarixli 69 nömrəli qərarı ilə “Gömrük Tarif Şurası”nın Əsasnaməsi 
təsdiq edildi. Bu orqana gömrük siyasətinə və tarif məsələlərinə aid qanun 
layihələrinin hazırlanmasında iştirak etmək, gömrük rüsumu tətbiq olun-


33 
ması haqqında təkliflər vermək səlahiyyəti verildi. 1995-ci il iyunun 20-də 
qəbul edilmiş “Gömrük tarifi haqqında” Qanun normativ-hüquqi sənədlər-
dən biri oldu. Azərbaycan Respublikasının 1997-ci ildə tətbiq edilən ilk 
Gömrük Məcəlləsi ölkənin iqtisadi təhlükəsizliyi və iqtisadi maraqlarının 
qorunmasını təmin edən, hüquqi, iqtisadi və təşkilati münasibətlər baxı-
mından mükəmməl hüquqi sənədlər idi. 1997-ci il yanvarın 1-dən Azərbay-
canın gömrük sistemi 15 faizlik vahid gömrük dərəcəsi olan unifikasiya 
edilmiş tarif sisteminə keçdi, ixraca tətbiq edilən bütün vergilər ləğv 
olundu.
1
2011-ci il iyunun 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət 
quruculuğu və iqtisadi siyasət Komitəsinin keçirilən birgə iclasında yeni 
Gömrük Məcəlləsi layihəsinin BMT, Avropa İttifaqı, ATƏT, Avrasiya 
Əməkdaşlıq Fondu, Azərbaycanda Amerika Ticarət Palatası, TUSİAB 
nümayəndələrinin iştirakı ilə ictimai dinləmələri keçirildi. 
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 
Fərmanı ilə təsdiq edilən yeni “Gömrük Məcəlləsi”ndə əsas anlayışların 
tərifi, gömrük orqanlarının fəaliyyəti, vəzifələri, hüquqları, gömrük orqan-
larının sistemi, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti və digər 
ümumi xarakterli məsələlər, xüsusi hissədə isə gömrük nəzarəti və rəsmi-
ləşdirilməsi, gömrük prosedurları, gömrük tarifi, malların gömrük dəyəri və 
mənşə ölkəsi, gömrük ödənişləri, gömrük borcu, gömrük ekspertizası və 
Azərbaycan Respublikasının gömrük strukturu təsbit edildi.
2
Üçüncü fəslin 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə