Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Ümummilli lider Heydər Əliyev və gömrük idarəçi-



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
tar d qra 22 06 18

“Ümummilli lider Heydər Əliyev və gömrük idarəçi-
liyinin yeni əsaslar üzərində qurulması. Milli gömrük siyasətinin 
formalaşması” 
adlı ikinci yarımfəslində göstərilir ki, dünyanın sivil döv-
lətlərinin inkişaf təcrübəsində sınaqdan çıxmış və Azərbaycan gerçəkliyinə 
tam uyğunlaşdırılan adekvat modeli olan azad sahibkarlığa, müxtəlif 
1
ARDA Bakı filialı: F.126, siy.2, iş 68, v.3
2
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Birinci kitab. İyun, 1993 – may, 1994. 
Bakı: Azərnəşr, 1997, s.257


30 
mülkiyyət və təsərrüfatçılıq formalarının inkişafına bərabər şərait yaradan, 
azad iqtisadi rəqabət mübarizəsinə meydan açan sosial istiqamətli bazar 
iqtisadiyyatı modelinə üstünlük verildi.
Respublika Prezidenti Heydər Əliyev həyata keçirilməkdə olan iqtisadi 
islahatların gedişi ilə ayaqlaşa bilməyən Gömrük Komitəsi rəhbərliyinin 
üzdəniraq fəaliyyətini geniş müzakirəyə çıxardı, bu sahədə ciddi 
nöqsanların mövcud olmasının və cinayət hallarının siyasi qiymətini verdi.
1
Gömrük xidmətində yaranmış vəziyyətin müzakirə edildiyi müşavi-
rənin yekunları ilə əlaqədar “Azərbaycan Respublikası Gömrük Komitə-
sinin işi haqqında” 1995-ci il 9 yanvar tarixli Prezident Fərmanında qeyd 
olunurdu ki, gömrük sistemində yaranmış böhranlı vəziyyət xarici iqtisadi 
əlaqələrin inkişafına ciddi maneçilik törətməklə bərabər, ölkəmizin iqtisadi 
əsaslarına son dərəcə sarsıdıcı təsir göstərmişdir. Bu sahədə vəziyyətin 
normallaşdırılmasına yönəldilən başlıca vəzifələr strateji məhsulların ayrı-
ayrı təşkilatlar tərəfindən satılmasına son qoyulması, valyuta gətirən 
malların ixracının mərkəzləşdirilərək iqtisadiyyatımızın inkişafına, ölkənin 
ağır vəziyyətdən çıxmasına yönəldilməsi, gömrük idarələrində qanun 
pozuntularının və gömrük əməkdaşlarının öz vəzifələrindən sui-istifadə 
etmələrinin qarşısının alınması və iş adamları üçün əlverişli şəraitin 
yaradılmasında ibarət idi. Milli maraqlara xidmət edən gömrük siyasətinin 
işlənilib hazırlanması, strateji məhsulların, valyuta gətirən malların ixracı 
hesabına valyuta fondunun yaradılması, ixrac olunan mallara qoyulan 
vergilərin düzgün tənzimlənməsi gömrük sistemində həllini gözləyən ən 
zəruri vəzifələr idi.

Ulu öndər Heydər Əliyevin mükəmməl gömrük sisteminin yaradılması 
sahəsində işləyib hazırladığı strategiya, prinsipial müddəa və tövsiyələri 
konkret olaraq aşağıdakı məsələləri əhatə edirdi: 1) gömrük xidməti ölkənin 
müstəqilliyi təmin edən, onu qoruyan və inkişaf etdirən mühüm dövlət 
orqanıdır; 2) gömrük məntəqələri dünya standartlarına uyğun texnika və 
cihazlarla təchiz olunmalıdır; 3) gömrük xidməti ölkənin xarici ticarəti ilə 
sıx bağlıdır və buna görə də xarici ticarət əlaqələrinin həcmi artdıqca, 
gömrük xidmətinin fəaliyyətindən gələn gəlirlər də artmalıdır; 4) idxal-
ixrac əməliyyatları üzərində nəzarəti gücləndirilməlidir; 5) gömrük işçisi 
bilikli olmalı, biliyi, təcrübəsi ilə yanaşı müasir nəzarət avadanlıqlarını 
1
Respublikada gömrük işi sahəsində ciddi qayda yaratmalı. Azərbaycan Respub-
likasının Prezidenti Heydər Əliyevin yekun sözü // “Azərbaycan”, 1995, 11 
yanvar, №7 (1024).
2
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatları. 1995, 31 yanvar, №1-2, 
maddə 29


31 
dərindən mənimsəməlidir; 6) gömrük işçiləri Azərbaycan dövlətinin qanun-
larına sözsüz əməl etməli, dövlətinə, xalqına və öz peşəsinə sadiq olmalıdır; 
7) gömrük işçisinin vəzifələrindən sui-istifadə etməsinə qarşı mübarizə 
aparılmalıdır; qaçaqmalçılıqla mübarizə gömrük təşkilatının əsas vəzifə-
sidir; 8) milli gömrük xidməti inkişaf etmiş ölkələrin gömrük xidməti 
səviyyəsinə çatdırılmalıdır; gömrük orqanlarında çalışan əməkdaşlar öz 
vəzifələrinin nə qədər məsuliyyətli olduğunu dərk etməlidir, mənəvi 
təmizlik, mənəvi saflıq, qanunlara riayət etmək, öz işinə sədaqət prinsipləri 
gömrük orqanlarında bərqərar olmalıdır. Heydər Əliyev xüsusilə qeyd 
edirdi ki, bizim milli maraqlarımıza cavab verən gömrük siyasətimiz 
olmalıdır: “Gömrük siyasəti iqtisadiyyatımızın yüksəlməsini təmin edən 
əsas amillərdən biridir. Biz gərək bir tərəfdən gömrük siyasətimizi tənzim-
ləyək, digər tərəfdən elə edək ki, gömrük qanunları günün tələblərinə 
uyğun olsun”.
1
İkinci fəslin üçüncü - 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə