Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Naxçıvan Muxtar Respublikasında gömrük



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
tar d qra 22 06 18

“Naxçıvan Muxtar Respublikasında gömrük 
işi” 
adlı yarımfəslində Muxtar Respublikada gömrük işinin təşkili məsələ-
ləri təhlil edilir. Hələ 1991-ci ilin oktyabrında Naxçıvan MR Ali Məclisinin 
sədri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə İran tərəfi yük avtomobillərinin 
öz ərazisindən Azərbaycan Respublikası ərazisində tranzit rejimdə hərə-
kətinə razılıq vermişdi.
1992-ci il yanvarın 31-də Naxçıvan MR Ali Məclisinin gömrükxa-
naların fəaliyyətində buraxılan ciddi nöqsanlar haqqında qərarından sonra 
bu sahədə ciddi dönüş yaradıldı. Naxçıvan MR Ali Məclisinin sədri Heydər 
Əliyev və Türkiyə Respublikasının baş naziri Süleyman Dəmirəlin 1992-ci 
ilin martın 24-də imzaladıqları “Azərbaycana bağlı Naxçıvan MR ilə 
Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”na əsasən may ayı-
nın 28-də istifadəyə verilən Sədərək-Dilucu körpüsü ölkəmizin iqtisadi-
ticarət əlaqələrinin genişlənməsi istiqamətində yeni imkanlar açdı.
2
İran 
İslam Respublikası ilə danışıqların nəticəsi olaraq həmin ilin dekabr ayının 
3-də Şahtaxtı-Poldəşt gömrük-keçid məntəqəsi istifadəyə verildi.
3
Prezident İlham Əliyevin 2005-ci il yanvarın 24-də İran İslam Respub-
likasına rəsmi səfəri zamanı Şahtaxtı-Poldəşt körpüsünün tikintisinə qərar 
verildi və cəmi iki il ərzində istifadəyə verildi. Culfa və Şahtaxtı Gömrük 
1
Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Çıxışlar, nitqlər, bəyanatlar, məktublar. 
8-ci kitab. Bakı: Azərnəşr, 1998, s. 352
2
Naxçıvan MR Ali Məclisinin sessiyasında Naxçıvan MR Ali Məclisinin Sədri 
Heydər Əliyevin nitqi. “Şərq qapısı” qəz., 1992, 26 sentyabr
3
Qayıdış 1990-1993. Təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşr. Bakı: 
“Azərnəşr”, 2008, s.825


32 
idarələrinin sərhəd-keçid məntəqələri ən müasir texniki tələblər səviyyə-
sində yenidən quruldu. Fəaliyyətdə olan 3 gömrük-buraxılış məntəqəsi sut-
kanın 24 saatı ərzində işləyirdi. Gömrük sərhədindən həm yük, həm də 
sərnişin keçidi ildən-ilə artmaqda idi. Orta hesabla bir il ərzində Muxtar 
Respublikanın gömrükxanalarından keçirilən 50 min tondan artıq yükə 
gömrük baxışı həyata keçirilir, 30-dan çox ölkə ilə ticarət əməliyyatları 
aparılırdı. Naxçıvan MR Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respub-
likasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili 
haqqında” 2011-ci il 15 iyul tarixli fərmanına əsasən gömrük orqanlarında 
e-hökumətə keçid istiqamətində tədbirlər həyata keçirildi.
İkinci fəsildə aparılan araşdırmalar aşağıdakı nəticələrə gəlməyə imkan 
vermişdir: 
– 1992-1994-cü illərdə gömrük xidmətinin fəaliyyətində bir çox əyinti-
lərə və nöqsanlara yol verilməsi dövlət büdcəsinə və iqtisadi təhlükəsiz-
liyimizə xələl gətirilmişdir; 
– müstəqilliyin ilk illərində xarici iqtisadi-ticarət fəaliyyət sahəsində 
yol verilən mənfi hallar aradan qaldırılmış, ölkənin idxal-ixrac mallarının 
rəsmiləşdirilməsində şəffaflığa əsaslanan vahid gömrük sisteminin iqtisadi, 
təşkilati-texniki və hüquqi mexanizminin əsasları yaradılmışdır; 
– araşdırılan dövrdə gömrük xidmətində yüksək nizam-intizam, peşə-
karlıq mühiti formalaşdırıldı. Hər bir gömrük əməkdaşının öz xalqına və 
peşəsinə sadiqliyi, qanunçuluğa ciddi riayət etməsi kimi prinsiplər əsas 
meyara çevrilmişdir; 
– Azərbaycanda bazar mexanizmlərinin geniş tətbiqi əsasında milli 
iqtisadiyyatın inkişafında dönüş yaradılması, bazar iqtisadiyyatına əsasla-
nan liberal sistemin tətbiqi, yaxın və uzaq ölkələrlə ticarət-iqtisadi əlaqə-
lərin genişləndirilməsi dövlətin iqtisadi strategiyasının prioritet istiqamət-
lərindən biri olmuşdur. 
Tədqiqat işinin üçüncü fəsli 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə