Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Gömrük nəzarətinin hüquqi-normativ qaydalarının



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
tar d qra 22 06 18

“Gömrük nəzarətinin hüquqi-normativ qaydalarının 
hazırlanması”
yarımfəslində Azərbaycan Respublikası DGK-nın qanun 
yaradıcılıq fəaliyyəti təhlil olunur. Qeyd olunur ki, DGK, Nazirlər Kabineti 
və Milli Məclis səviyyəsində gömrük-tarif tənzimlənməsinin və gömrük 
orqanlarında maliyyə-vergi qanunvericiliyinə dair normativ-hüquqi bazanın 
möhkəmləndirilməsi istiqamətində sənədlər hazırlandı. Bununla bərabər
Gömrük xidməti orqanlarından yeni, daha səmərəli yanaşma üsullarının 
tətbiq edilməsi tələb olunurdu. Bu fəsildə aparılan araşdırmalar göstərir ki, 
DGK-nın gömrük qanunvericiliyin təkmilləşdirilməsi sahəsində qanun 
yaradıcılıq fəaliyyəti aşağıdakı istiqamətlər üzrə dəyərləndirilə bilər: göm-
rük hüququ beynəlxalq saziş və konvensiyaların müddəalarına uyğunlaş-
dırılması; ölkənin iqtisadi təhlükəsizliyinə zərər vuran cinayətlərin, hüquq-
pozmaların aşkar olunması və qarşısının alınması sahəsində beynəlxalq 
müqavilə və sazişlərin hazırlanması; gömrük nəzarəti və gömrük rəsmiləş-
dirməsi qaydalarının daha da sadələşdirilməsi. DGK sədrinin əmrləri ilə 
1
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu: 31 dekabr 1997-ci il, № 6, 
maddə 447
2
Yenə orada, 2011, № 9, maddə 787


34 
təsdiq edilən müvafiq qayda və təlimatlar gömrük işinin hüquqi-normativ 
bazasının daha təkmil vəziyyətə gətirməklə normayaradıcı fəaliyyətin 
mühüm istiqamətlərindən birini təşkil edirdi. Xarici iqtisadi fəaliyyətin 
əmtəə nomenklaturasının tətbiqi, kvota və lisenziyalaşdırma, hüquq-müha-
fizə fəaliyyəti və valyuta nəzarətinin həyata keçirilməsi ilə bağlı qaydaların 
işlənilib hazırlanması və s. məsələlər gömrük xidmətinin idarəetmə 
funksiyalarını daha da genişləndirirdi. Bu sənədlərin əsas hissəsini xarici 
iqtisadi fəaliyyətin gömrük tənzimlənməsi ilə bağlı hüquqi-normativ sənəd-
lər, təlimatlar və qaydalar təşkil edirdi. Gömrük işinə aid normayaradıcı 
sənədlərdə xarici iqtisadi fəaliyyətin tənzimlənməsinin tarif üsulları, vergi 
siyasətinin prinsipləri və növləri, gömrük rüsumlarının mahiyyətini və 
səviyyəsini müəyyənləşdirilmə mexanizmi öz əksini tapmışdır. 
Dördüncü fəsil 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə