Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


“Azərbaycan Respublikasında milli gömrük sistemi-



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix18.01.2023
ölçüsü0,56 Mb.
#98770
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
tar d qra 22 06 18

 “Azərbaycan Respublikasında milli gömrük sistemi-
nin qurulması”
adlı ikinci fəsli üç yarımfəsildən ibarətdir. 
“Müstəqilliyin 
ilk illərində xarici iqtisadi-ticarət əlaqələri və gömrük işinin təşkilində 
mənfi hallar”
– adlı birinci yarımfəsildə vurğulanır ki, SSRİ dağıldıqdan 
sonra müstəqillik əldə edən respublikalar kimi Azərbaycan da xarici iqti-
sadi-ticarət əlaqələrinin əsas istiqamətlərini, o cümlədən, gömrük, maliyyə-
valyuta siyasətini formalaşdırmağa başladı.
“Keçmiş SSRİ Gömrük Komitəsinin Azərbaycan Gömrük İdarəsinin 
Azərbaycan Respublikasının tabeliyinə keçirilməsi haqqında” Ali Sovetin 
Milli Şurası 1992-ci il 15 yanvar tarixli 60 saylı qərarı ilə Gömrük İdarəsini 
Azərbaycan Respublikasının tabeliyinə keçirdi. Qərarda Respublika 
Prezidentinə tövsiyə edilirdi ki, Gömrük Komitəsinin yaradılması məsələ-
sinə baxılsın.
1
Prezidentin “Azərbaycan Respublikası Gömrük Komitəsinin 
yaradılması haqqında” 1992-ci il 30 yanvar tarixli 561 nömrəli Fərmanı ilə 
Gömrük Komitəsi adlanan qurum təsis edildi və 1992-ci il mayın 29-da 
fəaliyyətə başladı. Lakin müstəqilliyin ilk illərində milli gömrük xidmətinin 
təşkilində yol verilmiş nöqsan və çatışmazlıqlar ölkənin iqtisadi 
təhlükəsizliyinə ciddi zərbə vururdu. Bir sıra obyektiv və subyektiv 
amillərin təsiri nəticəsində xarici iqtisadi-ticarət əlaqələrində tarazlıq 
pozulmuşdu. Gömrük nəzarəti sahəsində səriştəsizlik və özbaşınalıq halla-
rının mövcudluğu sosial-iqtisadi vəziyyətə mənfi təsir göstərməklə bərabər, 
xarici iqtisadi əlaqələrin düzgün təşkilinə də mane olurdu. 
Ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində yeri və rolunun 
ümummilli mənafelərə uyğunlaşdırılması, ilk növbədə, milli dövlətçiliyin 
möhkəmləndirilməsi, siyasi və milli müstəqilliyi, ərazi bütövlüyü və dövlət 
sərhədlərinin toxunulmazlığının təminatı kimi fundamental məsələlər 
həyata keçirilməli idi. Ölkədə yaranmış qeyri-sabit ictimai-siyasi vəziyyət, 
idarəetmə sahəsində hökm sürən hərc-mərclik, eləcə də Gömrük 
Komitəsinin keçmiş rəhbərliyinin səriştəsiz fəaliyyəti bir müddət milli 
gömrük xidmətinin təşkilati, maddi-texniki və hüquqi əsaslarını düzgü 
məcraya yönəltməyə imkan vermədi. Belə ki, gömrük gəlirlərinin dövlət 
1
Azərbaycan SSR Ali Sovetinin Məlumatları. 1992, 15 fevral, № 3, maddə 39


29 
büdcəsinə köçürülməsində saxtakarlığa yol verilirdi. Gömrük sisteminin 
infrastrukturu, elmi-texniki, hüquqi və informasiya təminatı və peşəkar 
kadr potensialı müasir tələblərə cavab vermirdi. Gömrük nəzarətində 
ixtisaslı kadr çatışmazlığı mövcud idi: əməkdaşların sayı cəmi 59 nəfər idi. 
1991-1993-cü illərdə gömrük orqanlarının bir sıra rəhbər işçiləri dövlətə 
vurduqları külli miqdarda ziyana görə cinayət məsuliyyətinə cəlb 
olunmuşdular. Bütün bunlar isə öz növbəsində ölkənin milli maraqlarına 
müvafiq olaraq daxili və xarici siyasətinin elmi əsaslara malik strateji 
xəttinin hazırlanmasını, gömrük sisteminin inkişaf konsepsiyasının hazır-
lanmasını çətinləşdirirdi.
1
Gömrük işi sahəsində əsaslı islahatların aparılmasını zəruri hesab edən 
Heydər Əliyev ilk dəfə 1993-cü il noyabrın 19-da keçirilən ümumrespub-
lika müşavirəsindəki çıxışında gömrük xidmətində yol verilən problemləri 
nəzərdə tutaraq demişdi: “Gömrük idarələrində qanun pozuntuları var, öz 
vəzifələrindən sui-istifadə edirlər, gömrük işçilərinin rüşvətxorluqla məşğul 
olması barədə çoxlu siqnal alınır”.
2
Rüşvətxorluq, korrupsiya, oğurluq halları müstəqil dövlətimizə iqtisadi 
zərər vurmaqla bərabər, beynəlxalq aləmdə kövrək addımlarını atan 
Azərbaycan Respublikasının siyasi nüfuzuna da xələl gətirirdi.
Birinci fəsildə aparılan araşdırmalarla aydın olur ki, Azərbaycanın 
xarici iqtisadi-ticarət əlaqələrinə gömrük işi ilə bağlı aşağıdakı amillər təsir 
etməkdə idi: ölkə sərhədlərini tam əhatə edən gömrük şəbəkəsinin yoxluğu 
və ərazinin bir hissəsinin erməni işğalı altında olması; ölkənin iqtisadi 
təhlükəsizlik sisteminin tərkib hissəsi olmaqdan xeyli uzaq olması, 
qaçaqmalçılığa qarşı mübarizənin son dərəcə zəif aparılması; yüksək 
gömrük rüsumları və gömrük nəzarəti orqanlarının inkişaf etmiş 
infrastrukturun zəifliyi; gömrük xidmətində kök salan korrupsiya halları 
nəticəsində gömrük vergi və rüsumları hesabına dövlət büdcəsinə daxilol-
maların cüzi hissə təşkil etməsi; milli gömrük siyasəti və gömrük qanun-
vericiliyinin hazır olmaması; xarici bazarlara aid informasiyanın azlığı; 
milli valyutanın dəyərdən düşməsi; ixtisaslı kadrların çatışmaması və s. 
İkinci fəslin

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə