Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə55/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   51   52   53   54   55   56   57   58   ...   89

nəqliyyat  dəhlizi  haqqında  sazişə  bərabərhüquqlu  üzv  kimi 
qoşulmuşdur (177, 2005, №3, s.16).
Nəqliyyat Nazirliyinin hazırladığı və reallaşdmnağa başladığı 
layihələr əsasında 2004—2010-cu illərdə Azərbaycan Respublika- 
sında, artıq yuxanda qeyd edildiyi kimi, 900 km-ə qədər avtomo­
bil yollannın təmir edilməsi nəzərdə tutulmuşdur. Yalnız 2003-cü 
ildə beynəlxalq maliyyə qurumlanmn və dövlətin vəsaiti hesabına 
respublika  ərazisində  312  km-lik  avtomobil  yollan  yenidən 
qurulmuşdur (224, 2004, №7, s.63). 2005-ci ildə 46 km-lik Ələt- 
Hacıqabul və Gəncə-Qazax avtomobil yolunun 21  km-i yenidən 
qurulmuş  və istifadəyə verilmişdir (100.7.02.2006).  2005-ci ilin 
təkcə  9  ayında ümumilikdə 436  km avtomobil yolu təmir  olun- 
muş, Xanlar, Qəbələ və Astara rayonlan ərazisində 3 yeni кбфй 
tikilib, Salyan, Kürdəmir və Ucar rayonlan ərazisində isə 3 körpü 
Ьэфа olunmuşdur. Həmin dövrdə uzunluğu 50 km olan Lənkəran- 
Lerik  avtomobil  yolu  yenidən  qurularaq  istifadəyə  verilmiş, 
Masallı-Yardımlı  avtomobil  yolunda  yenidənqurma  işləri  başa 
çatdırılmışdır.  Eyni  zamanda  Qazax  rayonunda  Ağstafa  çayı 
üzərində uzunluğu  114 m olan yeni кбфй istifadəyə verilmişdir 
(177, 2005, №1,  s.7). Uzunluğu 57 km olan yüksək dağlıq ərazi- 
dən  çəkilmiş  Quba-İspik-Xınalıq  avtomobil  yolunun  açılışı  isə
2006-cı ilin oktyabnn 7-də olmuşdur (177,2006, №4, s.5).
Nəqliyyat Nazirliyinin 2011-ci il üçün olan məlumatına görə, 
nəqliyyat üçün alınan kreditlərin ümumi məbləği 2,8  mid dollar 
olmuşdur. Bvmvın  1,9 mld dollan beynəlxalq maliyyə institutlan- 
nın,  875  mln dollan Azərbaycan hökumətinin payına  düşür.  Bu 
müddətdə  Azərbaycanda  artıq  806  km-ə  yaxın  avtomobil  yolu 
tikilib və yenidənqurulması başa çatıb. Yeni tikilmiş və yenidən 
qurulmuş  yollann  460  km-i  beynəlxalq  maliyyə  institutlannın, 
345 km-i isə Azərbaycan hökuməti vəsaiti hesabma reallaşmışdır. 
Hazırda 870 km avtomobil yolu yenidən qurulmalıdır ki, onun da 
749  km-i beynəlxalq maliyyə  institutları hesabına apanlmalıdır. 
2012-ci ilin sonlanna Traseka və Şimal-Cənub avtomagistralmda 
yenidənqurma işləri başa çatmalıdır (99a).
Göründüyü kimi, Avropa Birliyinin “Tasis” və “TRASEKA” 
proqramlan  çərçivəsində  həyata  keçirilən texniki  və  investisiya


yardım layihələri, Azərbaycan hökumətinin və beynəlxalq maliyyə 
qurumlannın ayırdığı vəsaitlər hesabina ‘İpək yolu”nun keçdiyi 
avtomagistrallann dünya standartlanna uyğun yenidən qurulması 
istiqamətində xeyli  işlər görülmüşdür ki,  bu da nəqliyyat dəhli- 
zində yükdaşımalann artmasına, əldə edilən gəlirlərin yüksəlmə- 
sinə, ölkənin iqtisadi qüdrətinin güclənməsinə təsir göstərmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkənin milli və 
iqtisadi təhlükəsizliyinin təmin edilməsi,  xarici  iqtisadi  əlaqələ- 
rinin tənzimlənməsi, beynəlxalq nəqliyyat və ticarət əlaqələrinin 
inkişaf etdirilməsi,  etibarlı  büdcə  siyasətinin  formalaşması  əsas 
məsələlərdən biri idi. Bu vəzifənin reallaşdınlması üçün isə qısa 
zaman  kəsiyində  milli  dövlətçiliyimizin  mühüm  atributlanndan 
olan  gömrük  xidməti  orqanının  yaradılması  əsas  məsələ  kimi 
qarşıda dururdu. Azərbaycan Respublikası Prezidentinin  1992-ci
il  30  yanvar  tarixli  fərmanı  ilə  Azərbaycan  Dövlət  Gömrük 
Komitəsi yaradıldı  (47,15.02.2002).  Sonrakı  10 il ərzində Göm- 
rük  Komitəsinin  strukturlannın  tam  şəkildə  formalaşdırılması 
başa çatdınldı. Hazırda Azərbaycan gömrük sistemində 2000-dən 
çox  işçi  çalışır  (47,4.01.2002).  Struktur  etibarilə  Azərbaycan 
Dövlət Gömrük Komitəsi Bakı Baş  Gömrük idarəsi, Bakı Aksiz 
Postu,  Binə  Gömrük İdarəsi,  Enerj’i  Gömrüyü İdarəsi,  həmçinin 
Azərbaycanın Astara,  Balakən, Biləsuvar,  Culfa,  Şirvan,  Gəncə, 
Xaçmaz, Xudafər, Sədərək,  Sumqayıt, Yevlax, Tovuz kimi rayon- 
lannda olan gömrükxanalardan ibarətdir (34,642).
Dövlət  müstəqilliyimizin  möhkəmləndirilməsi,  ölkəmizin 
xarici şirkətlərlə neft və “Ipək yolu” kimi regional və beynəlxalq 
layihələrin  həyata  keçirilməsində  fəal  iştirakı,  gömrük  xidməti 
orqanlannın  da  öz  fəaliyyətini  yeni  əsaslarla  qurmasını  vacib 
məsələ  kimi  qarşıya  qoymuşdur.  Azərbaycan  respublikasında 
gömrük  işinin  dövrün  tələblərinə  uyğun  formalaşması,  onun 
qanunvericilik və  hüquqi  normativ  bazasının  yaradılması  vacib 
məsələlərdən biri  olmuşdur.  Respublika rəhbərliyi tərəfindən bu 
istiqamətdə ardıcıl sürətdə tədbirlər həyata keçirilmişdir. Belə ki, 
1995-ci  il  iyunun  20-də  “Gömrük  tarifi  haqqında”  qanun  qəbul 
edilmiş (49),  1997-ci il iyunun  10-da “Gömrük məcəlləsi” təsdiq 
edilmiş  (31),  1998-ci  ildə  isə  Dövlət  Gömrük Komitəsi  (DGK)


haqqında Əsasnamə qəbul olunmuşdur (47,4.XI.1998). Bu sənəd- 
lərdə  dövlətin  milli  iqtisadi  təhlükəsizliyinin  və  xarici  siyasə- 
tinin  formalaşmasında  mühüm  rol  oynayan  gömrük  siyasətinin 
aşağıdakı əsas vəzifələri əks olumnuşdur:
-  Azərbaycan Respublikası ərazisində gömrük nəzarətinin və 
əmtəə dövriyyəsinin səmərəli tənzimlənməsi;
-  Azərbaycan Respublikasının daxili bazannın qorunması;
-  Milli iqtisadiyyatın inkişafına kömək göstərilməsi;
-  Azərbaycan dövlətinin iqtisadi siyasətindən irəli gələn vəzi- 
fələrin yerinə yetirilməsinə kömək göstərilməsi;
-   Azərbaycan  Respublikasının  Konstitusiyasına,  Gömrük 
məcəlləsinə və digər qanunvericilik aktlanna uyğun məqsədlərin 
həyata keçirilməsi (31).
Gömrük  qanunvericiliyinin  inkişafında Azərbaycan  Respub- 
likası Prezidentinin 27 oktyabr  1998-ci il 7  saylı fərmanı ilə təs- 
diq  edilmiş Azərbaycan  respublikası  DGK  haqqında  Əsasnamə 
də  mühüm  yer  tutur.  Əsasnamədə  ölkənin  gömrük  siyasətinin 
strateji məqsədlərinin müəyyənləşdirilməsində və həllində DGK-шп 
əsas  funksiyalan  öz əksini tapmışdır (145,171).  DGK-nin işinin 
dünya  standartlanna  uyğun  yenidən  qurulmasında  mühüm  əhə- 
miyyət kəsb edən sənədlərdən biri də  1999-cu ilin dekabr ayında 
Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş “Gömrük 
orqanlarmda xidmət haqqında” Əsasnamənin qəbulu idi (85,71).
Gömrük Komitəsinin müstəqillik illərində beynəlxalq hüquqi 
müstəvidə  əməkdaşlığı  əsasən  4  istiqamətdə  inkişaf  etmişdir: 
1)  Beynəlxalq  təşkilatlarla,  о  cümlədən  Ümmndünya  Gömrük 
Təşkilatı  (ÜGT)  ilə;  2)  MDB  Gömrük  Şurası  çərçivəsində;
3) Iqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində; 4) İkitərəfli 
münasibətlər əsasında ayrı-ayn  dövlətlərin gömrük orqanlan  ilə 
(145,172).  Bu  fəaliyyətin  nəticəsi  olaraq  Azərbaycan  Dövlət 
Gömrük  Komitəsi  beynəlxalq  qurumlara  üzv  olmaq  istiqamə- 
tində  də  müəyyən  işlər  göraıüş,  öz  fəaliyyətini  dünya  tələbbri 
səviyyəsində yenibşdirməyə başlamışdır.  1992-ci il iyunun 17-də 
Azərbaycatı Dövlət Gömrük Komitəsi ÜGT-уэ (145,172),  1999-cu
il  iyunun 24-də ÜGT-nin Maliyyə Komibsinə, 2000-ci ilin iyunun 
6-da ÜGT-nin Siyasi Komissiyasına üzv olmuşdur (47,30.01.2003).


Yüklə

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə