Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə2/89
tarix15.07.2018
ölçüsü
#55814
1   2   3   4   5   6   7   8   9   ...   89

-  TRASEKA proqramı iştirakçısı olan ölkələr arasında regio­
nal əməkdaşlığın genişlənməsinə kömək göstərmək;
-   TRASEKA layihələrinin  reallaşdınlması  işinə  maksimum 
dərəcədə beynəlxaq maliyyə qurumlannın -  Avropa Yenidənqurma 
və İnkişaf Bankının, Dünya Bankınm cəlb edilməsinə nail olmaq;
-   “Avropa-Qafqaz-Asiya”  nəqliyyat  dəhlizinin  Transavropa 
şəbəkəsi ilə inteqrasiysına kömək etmək (236,1).
Konfransda Azərbaycan tərəfindən çıxış edən milli əlaqələn- 
dirici  akademik  Ziyad  Səmədzadə  qeyd  etmişdi  ki,  müstəqillik 
əldə  etmiş  ölkələrin bazar  iqtisadiyyatına  uyğunlaşması,  dünya 
iqtisadi  sisteminə  inteqrasiyası  inkişaf etmiş  nəqliyyat  şəbəkəsi 
olmadan  mümkün  deyildir.  Bu baxımdan  TRASEKA proqramı 
böyük  əhəmiyyətə  malikdir.  Azərbaycan  Şərqlə  Qərb  arasında 
əlverişli coğrafi məkanda yerləşən, zəngin sərvətləri olan əhəmiy- 
yətli  bir  ölkədir.  Azərbaycan  nümayəndəsi  çıxışında  həmçinin 
proqramın reallaşdmlması baxımından mövcud olan çətinliklərə 
toxunmuş, nəqliyyat sahəsində özəl bölmənin yenicə yarandığım, 
mövcud yollann dünya standartlarma cavab vermədiyini, dövlətin 
maliyyə imkanlannın zəif olduğunu, Qarabağ münaqişəsinin davam 
etdiyini  bildirmişdir.  О,  1993-1995-ci  illər  üçün  TRASEKA 
dəhlizinin fəaliyyətində mühüm rol oynayan Bakı dəniz limanının 
yenidən qurulması üçün 7,5 mlrd manat (denominasiyaya qədərki 
kursla),  avtomagistrallann  yenidən  qurulması  üçün  85,6  mlrd 
manat, yeni yol texnikasının alınması üçün 36 mlrd manat, hava 
nəqliyyatı ilə tranzit yüklərin daşınmasının təşkili üçün 25  mlrd 
manatın lazım olduğunu qeyd etmişdir (235, 653-659).
Brüssel  bəyannaməsində  iştirakçı  ölkələr  öz  üzərlərinə 
aşağıdakı öhdəlikləri götürdüklərini bəyan etdilər:
-  Ticarət xidmətləri üçün nəqliyyat sisteminin inkişaf etdiril- 
məsini;
-   Beynəlxalq  nəqliyyat  və  ticarət  əlaqələrinin  genişləndiril- 
məsini;
-   Regional  nəqliyyat  və  ticarət  sahəsində  öz  təcrübələrini 
mübadilə etməyi;
-   Nəqliyyat  və  ticarət  sahəsində  beynəlxalq  konvensiya  və 
sazişlərə qoşulmaq niyyətində olduqlannı (235,662-664).


TRASEKA  layihəsi  bir  sıra  beynəlxalq  təşkilatlar:  Avropa 
Komissiyası, BMT-nin Avropa Komissarlığı, Asiya və Sakit okean 
ölkələri Sosial-İqtisadi Komissiyası (ESKATO), Nəqliyyat Nazir- 
lərinin Avropa Konfransı  (EKMT) və  digər beynəlxalq təşkilat- 
lar tərəfindən rəsmən tamnmışdır (223,5).
“Tarixi Ipək yolu”nun bərpası istiqamətində həyata keçirilən 
növbəti  addımlardan  biri  1996-cı  ilin  mayında  Azərbaycan, 
Gürcüstan, Türkmənistan və Özbəkistan dövlət başçılarmın işti- 
rakı  ilə  Türkmənistanın  Sərəxs  şəhərində  tranzit  yükdaşımanın 
tənzimlənməsi, dəmir yolu nəqliyyatının əlaqələndirilməsi haqqmda 
sazişin imzalanması oldu.  Sazişdə dövlətlərarası yükdaşımalann 
hüquqi  və  tarif əsaslan,  tranzit  daşımalarına maksimum  kömək 
göstərilməsi, tariflərin 50% həcmində azaldılması, yüklərin maneə- 
siz  keçirilməsi,  qonmması  kimi  mühüm  məsələlər  öz  əksini 
tapmışdır (100,  15.05,1996).
TRASEKA proqramının reallaşdınlması istiqamətində həyata 
keçirilən uğurlu işlərdən biri də  1996-cı ilin dekabnnda Odessada 
Azərbaycan,  Gürcüstan,  Ukrayna  dövlət  başçılannın  Avrasiya 
nəqliyyat  dəhlizinin  yaradılması  haqqında  sazişi  imzalamalan 
oldu (25).  1997-ci ilin sentyabnnda Azərbaycan Prezidenti Heydər 
Əliyev  və  Gürcüstan  Prezidenti  Eduard  Şevardnadzenin  görü- 
şündə növbəti  ildə  Qafqazda prezidentlər səviyyəsində konfrans 
çağınlması təşəbbüsü irəli sürüldü. Bu razılaşmaya uyğun olaraq 
Azərbaycan Respublikası Prezidentinin 17 iyun  1998-ci il tarixli
830  saylı  sərəncamı  ilə  Bakıda  “Tarixi  İpək  yolu”nun  bərpası 
üzrə  beynəlxalq  konfrans  çağınlması  qərara  alındı  (22,  1998, 
№6, s.252).
“Yeni İpək yolu”nun yaradılması istiqamətində atılan addım- 
lardan  ən  mühümü  1998-ci  il  sentyabnn  7-də  Bakıda  “Tarixi 
İpək yolu”nun bərpasına dair beynəlxalq konfransm keçirilməsi 
oldu.  9  ölkənin -  Azərbaycan,  Gürcüstan,  Özbəkistan, Ukrayna, 
Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Bolqanstan dövlət baş- 
çılarının,  13  beynəlxalq  təşkilatın  və  32  dövlətin  nümayəndə- 
lərinin iştirak etdiyi konfransm mühüm nəticələrindən biri Avropa 
İttifaqının TRASEKA proqramı əsasmda “Avropa-Qafqaz-Asiya” 
nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında


“Çoxtərəfli  Əsas  Saziş  və  onun  beynəlxalq  ticarət  gəmiçiliyi, 
gömrük proseduru və  sənədlərin işlənməsi üzrə  texniki  əlavələr 
haqqında”  sənədin imzalanması,  həmçinin  “Bakı  Bəyannaməsi- 
nin” qəbul edilməsi oldu (126,  1998, №4, s.71).  Saziş Bakı kon- 
fransında  iştirak  edən  13  dövlətin  -   Azərbaycan,  Gürcüstan, 
Ermənistan,  Qazaxıstan,  Qırğızıstan,  Özbəkistan, Turkmenistan, 
Tacikistan, Rummiya, Moldova, Ukrayna, Bolqanstan və Türki- 
yənin  dövlət  və  hökumət  başçılan  tərəfindən  imzalanmışdır 
(177, 2006, №4,  s.35). Konfransda BMT, ATƏT, Avropa Birliyi, 
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB,  Dünya Bankı, 
Avropa  Yenidənqurma  və  İnkişaf Bankı,  İslam  Bankı  və  digər 
beynəlxalq təşkilatlann nümayəndələri iştirak etmişlər (69, 275).
Azərbaycanın  konfransda  əldə  etdiyi  çox  mühüm  nəticə- 
lərdən  biri  də  ondan  ibarət  idi  ki,  qəbul  olunmuş  sazişə  ölkə 
Prezidenti Heydər Əliyevin təkidi ilə düzəliş edilmiş və göstəril- 
mişdir ki,  əgər Ermənistan başlanğıc tranzit və ya qurtancı ərazi 
olsa,  nəqliyyatla  bağlı  saziş  və  ona  edilmiş  texniki  əlavələrin 
bütün müddəalan Azərbaycana tətbiq oluna bilməz. Yəni Ermə- 
nistan  de-fakto  TRASEKA proqramından  çıxanldı  (126,  1999, 
№1, s.6-13).
Belə bir cəhəti də qeyd etmək lazımdn- ki, əgər 1993-1995-ci 
illərdə  həyata  keçirilən  layihələr  başlıca  olaraq  Qara  dəniz  və 
Xəzər dənizi regionlannda əlaqələrin möhkəmlənməsinə yönəlmiş 
və  regional  xarakter  daşıyırdısa,  1998-ci  ildə  Beynəlxalq  Bakı 
konfransmda “Çoxtərəfli Əsas Sazişin” imzalanması ilə TRASEKA 
proqramı  Avrasiya  ölkələri  arasında  nəqliyyat  sahəsində  çoxtə- 
rəfli  əməkdaşlığa  çevrilmişdir  (126,  1998,  №4,  s.71).  Bununla 
TRASEKA proqramı nəinki regional, həmçinin beynəlxalq əhə- 
miyyət kəsb  etmişdir.  Təsadüfi  deyil  ki,  Heydər  Əliyev  “Tarixi 
İpək  yolu”nun  bərpası  üzrə  Beynəlxalq  Bakı  konfransınm 
qərarlannm  yerinə  yetirilməsi  ilə  əlaqədar  tədbirlər  haqqında” 
26 oktyabr  1998-ci il tarixli sərəncamında bu konfransın mühüm 
əhəmiyyətini xüsusi  qeyd edərək demişdir:  “İpək yolu”nun bər- 
pası  üzrə  keçirilmiş  beynəlxalq konfrans  və  burada  imzalanmış 
sənədlər böyük siyasi,  iqtisadi əhəmiyyət kəsb  edərək “Avropa- 
Qafqaz-Asiya”  nəqliyyat  dəhlizində  yerləşən  ölkələrin  inkişafı, 
onlann təbii  ehtiyatlannm mənimsənilməsi,  iqtisadi potensialm-


Yüklə

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə