Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə9/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

qədər uzunluğu 313 km olan Quba-Bakı-Salyan-Lənkəran-Astara 
avtomobil yolu aiddir (89.113). Bunlarla yanaşı, mühüm əhəmiy- 
yətə malik rayonlararası əhəmiyyətli yollar şəbəkəsi də fəaliyyət 
göstərmişdir. Buraya uzunluğu 280 km olan Bakı-Şamaxı-Ağsu- 
Göyçay-Ağdaş-Xaldan-Yevlax yolu, uzunluğu 164 km Gürcüstan 
sərhədinə  qədər  olan  Yevlax-Şəki-Zaqatala-Balakən  avtomobil 
yolu,  uzunluğu  206  km  olan Mingəçevir-Bəhramtəpə-Biləsuvar 
avtomobil yolu,  Türkiyə  sərhədinə qədər uzunluğu  168 km  olan 
Ordubad-Culfa-Naxçıvan-Sədərək yolu aiddir. Azərbaycamn əsas 
hissəsini Naxçıvanla birləşdirən və ümumi uzunluğu 631  km olan 
Bakı-Əli  Bayramlı  (indiki  Şirvan)-Horadiz-Mincevan-Meqri- 
Ordubad-Naxçıvan-Sədərək yolunun 44 km-i Ermənistan tərəfin- 
dən  işğal  altında  olan  ərazidən  keçdiyinə  görə  Azərbaycanı 
Naxçıvanla  birləşdirən  yol  tam  blokada  vəziyyətindədir  (204). 
Azərbaycan Ali  Sovetinin  1993-cü  il  20  yanvar  tarixli  fərmanı 
ilə  keçmiş  “Dövlət  Təmir-Tikinti  İstehsalat  Birliyi”  ləğv 
olunmuş,  onun  bazasında  “Azəravtoyol  Dövlət  Şirkəti”  (indiki 
Azəryol Serviz Departa-menti) yaradılmışdır (89,86).
Qeyd  etmək  lazımdır  ki,  müstəqilliyin  ilk  illərində  istismar 
olunan avtomobil yollannın xeyli hissəsi hələ XX əsrin 60-80-ci 
illərində istismara verilmiş yollar idi. Mövcud normativlərə görə 
yollar  16-18  il istismardan sonra yeniləşdirilməlidir,  respublika- 
dakı  avtomagistrallar  isə  20-30  ildən  artıq  istismarda  olmuşdur
(206,174).  Həm  də  vaxtilə  yollar  çəkilərkən  yük  maşınlannın 
təkərlərinə  düşən  ağırlıq  6-8  ton nəzərdə  tutulmuşdusa,  indi  isə 
İpək yolunda yük daşıyan avtomobillərin təkərlərinə düşən ağırlıq
10  tona  çatır  (5).  Bu  isə  mövcud  yol  örtüklərinin  sıradan  çıx- 
masma  səbəb  olur,  beynəlxalq  yükdaşımalann  intensivliyinə 
mənfi təsir göstərir.
Müstəqilliyin ilk illərində Azəravtoyol Dövlət şirkətinin sərən- 
camında  sovetlər  dövründən  miras  qalmış  xeyli  sayda  texnika 
vardı.  Нэ1э  1983-cü ilin  yanvann  l -пэ  olan məlumata  görə yol 
təsərrüfatınm  texniki  parkında  281  avtoqreyder,  48  asfaltqanş- 
dıran, 38 asfaltsalan, 70 betonqanşdıran, 342 buldozer,  125 trak- 
tor,  254  ekskavator,  250  yolbasan,  91  kompressor,  1381  yük 
avtomobili,  58  avtoqudronator  olmuşdur  (89,89). Azərbaycanın


dövlət müstəqilliyinin bərpa olunduğu ilk dövrdə bu texnikanın 
xeyli  hissəsi  sıradan  çıxmışdı,  qalan  hissəsi  isə  tam  gücü  ilə 
işləyə bilmirdi. Dövlət tərəfindən hər il aynlan 40-41  mlrd manat 
vəsaitin 65 %-i respublika əhəmiyyətli yollann, 25 %-i isə rayon- 
lararası  əhəmiyyətli  yollann  cari  təmirinə,  işlək  saxlanılmasına 
yönəldilirdi  (206,175).Təsərrüfat əlaqələrinin qınlması,  maliyyə 
vəsaitinin azlığı yol təsərrüfatmm maddi-texniki bazasının yeni- 
ləşdirilməsinə,  normal  fəaliyyətinə  mənfi  təsir  göstərirdi.  Belə 
ki, əgər 1980-1985-ci illərdə respublikada 2200 km uzunluğunda 
yol təmir olunmuşdusa,  1990-1994-cü ildə bu göstərici  10  dəfə 
azalaraq 200-220 km-э düşmüşdü (23,13.01.1995).  1995-ci ildən 
başqa  sahələrdə  olduğu  kimi,  yol  təsərrüfatında  da tikinti  işləri 
dayandırılmışdı (23,23.X. 1999).
Yol  təsərrüfatında  yaranmış  bu  cür  qeyri-qənaətbəxş  vəziy- 
yətin  səbəblərindən  biri,  yuxanda  qeyd  edildiyi  kimi,  maliyyə 
çətinliyi üzündən dövlət büdcəsi tərəfindən bu sahə üçün nəzərdə 
tutulmuş vəsaitin qalıq prinsipi  ilə verilməsi  olmuşdur.  Belə ki,
1998-ci ildə dövlət büdcəsindən sahəyə 41,06 mlrd manat vəsait 
ayrılsa  da,  Maliyyə  Nazirliyi  tərəfindən  28,6  mlrd  manat veril- 
mişdir  (23,23.X. 1999).  1999-cu  ilin  9  ayı  üçün  29,686  mlrd 
manat vəsait verilməsi nəzərdə tutulsa da, bunun əvəzinə yalnız 
14,042 mlrd manat yönəldilmişdi (23,23.X.1999).
Sahənin  fəaliyyətinə  mənfi  təsir  edən  amillərdən  biri  də 
lazımsız struktur dəyişikliklərinin apanlması və sahə üçün zəruri 
olan  kadr  potensialının  az  olması  idi.  Zəruri  kadr potensialının 
çatışmazlığı  üzündən  avtomobil  yollannın  və  yol  qurğulannın 
texniki vəziyyətinin yaxşılaşdınlmasında problemlər yaranmışdı. 
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, “Qədim 
İpək yolu”nun bərpası, beynəlxalq yükdaşımalann artması möv- 
cud  avtomobil  yollarınm  dünya  standartlanna  uyğun  şəkildə 
yenidən  qurulmasını  tələb  edirdi.  Mütəxəssislərin  müəyyən 
etdiyi kimi, yol örtüklərinin yararsızlığı avtomobillərin sürətinin 
xeyli  aşağı  düşməsinə,  daşınan yüklərin  qiymətlərinin  30-40  % 
bahalaşmasma, yanacaq məsrəflərinin  1,5  dəfə çoxalmasına, yük- 
daşıyan avtomobillərin xidmət müddətlərinin 30-40 % azalmasma, 
təmir xərclərinin isə artmasına səbəb olurdu.


Dünya  ölkələri  ilə  artan  inteqrasiya  prosesləri,  Tarixi  İpək 
yolunun  bərpası  bütün  nəqliyyat  sisteminin,  о  cümlədən  avto­
mobil  yollannın  yenidən  qurulması  zəruriliyini  irəli  sünnüşdü. 
Digər  tərəfdən,  əgər  nəzərə  alınsa  ki,  respublika  üzrə  daşınan 
yüklərin  60  %-i  avtonəqliyyat vasitələrinin payma  düşür,  yaxın
10 il ərzində avtomobil yollannm və körpülərin texniki vəziyyə- 
tinin  yaxşılaşdınlması  çox  ciddi  məsələ  kimi  qarşıda  durardu
(206,175).
Yol  təsərrüfatının  vəziyyətinin  yaxşılaşdınlması  üçün  hələ
1994-cü  ildə  “Dövlət  yol  fondu  haqqında”  qanun  qəbul  edildi 
(89,104).  Dövlət yol  fondu təyinatına görə  avtomobil yollannın 
saxlanılmasına,  təmiri  və  yenidən  qurulması  ilə  bağlı  məqsəd- 
1эгэ sərf edilməsi nəzərdə tutulurdu. Yol fondunun əsas maliyyə 
mənbələri dövlət büdcəsindən ayrılan vəsaitlər, avtomobil yolla- 
nndan  istifadəyə,  avtonəqliyyat  və  digər  təkərli  texniki  vasitə- 
lərin  alınmasına  görə  tutulan  rüsumlar  və  xarici  dövlətlərin 
avtonəqliyyat vasitələrindən tutulan tranzit vergiləri idi (89,101). 
Bundan  başqa,  yol  təsərrüfatının  dünya  standartlanna  uyğun 
yenidən  qurulması  məqsədilə  Prezident  Heydər  Əliyev  1996-cı
11  mayın 31-də Azərbaycan Respublikasının Beynəlxalq avtoma- 
gistrallar haqqında  15  noyabr  1975-ci  il  tarixli Avropa  Sazişinə 
qoşulmaq  haqqında”  sərəncam  imzaladı.  Bu  sazişə  qoşulan 
ölkələr  sazişin  bütün  şərtlərinə  əməl  etməli,  ilk  növbədə  ölkə 
ərazisindən keçən avtomagistrallann texniki göstəriciləri beynəl- 
xalq tələblərə uyğun olaraq yenidən qurulmalıdır (64,108)
Göründüyü  kimi,  müstəqilliyin  ilk  illərində  başqa  sahələrlə 
yanaşı,  yol  təsərrüfatında  da  vəziyyət  qənaətbəxş  deyildi.  Bu 
dövrdə əsas vəzifə mövcud maddi-texniki bazanın qorunub  sax- 
lanması, yeni təsərrüfat əlaqələrinin yaradılması, xarici investisi- 
yanın  cəlb  edilməsi  hesabına  maddi-texniki  bazanın  genişlən- 
dirilməsi, Avropa Birliyinin müstəqillik əldə  etmiş  ölkələr üçün 
nəzərdə  tutduğu  layihələr  əsasmda  respublikanın  beynəlxalq 
əhəmiyyətli  yollannın  dünya  standartlanna  uyğun  yenidən 
qurulması, inkişaf etdirilməsi idi.
Ölkəmizin  nəqliyyat  sisteminin  mühüm  tərkib  hissəsindən 
birini  dəniz nəqliyyatı təşkil  edir.  Dəniz nəqliyyatının müstəqil-


Yüklə

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə