Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə10/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   6   7   8   9   10   11   12   13   ...   89

liyin  ilk  illərindən  bərpa  prosesinə  qədərki  vəziyyətinə  nəzər 
salsaq,  onu  qeyd  etmək  olar  ki,  Ümumittifaq  əmlakı  respubli- 
kalar  arasında  bölüşdürülərkən  4  gəmi  təmiri  zavodu,  liman 
təsərrüfatı,  25-dən  artıq  liman  körpüsü,  mülki  tikintilər,  onlarla 
qaldıncı kran və avadanlıq, 34 gəmidən ibarət olan tanker donan- 
ması,  27  quru  yük  gəmisi  və  8  gəmi-bərə  Xəzər  Dəniz  Gəmi- 
çiliyinin  sərəncamına  keçdi  (54,1-15.03,1995).  Beləliklə,  90-cı 
illərin  ortalannda  Azərbaycan  dəniz  nəqliyyatını  təmsil  edən 
Хэгэг  Dövlət  Dəniz  Gəmiçilik  İdarəsinin  tabeliyində  ümumi 
yük  tutumu  324,3  min  ton  olan  69  gəmi  var  idi.  Donanmanın 
gəmiləri  cəmisi  16  min ton yük daşıma qabiliyyətinə  malik  idi,
о  cümlədən tankerlər  11  min ton, universal tipli gəmilər  1,5 mln 
ton,  gəmi-bərələr isə  3,5  mln ton yükdaşıma  qabiliyyətində  idi- 
lər.  Bu  dövrdə Xəzər Dəniz  Gəmiçiliyinin tabeliyində  tərkibinə 
Zaqfederasiya adına, İ.Allahverdiyev və D.Bünyadzadə adma gəmi 
təmiri  istehsalat  vahidlərinin  daxil  olduğu  Paris  Kommunası 
adına  Baş  Gəmi  Təmiri  İstehsalat  Birliyi,  Xəzər  Dəniz  yollan 
Idarəsi,  Xəzər  Dəniz  Ticarət  Təchizat  Agentliyi,  Xəzər  Dəniz 
Elmi-Tədqiqat  Layihə  Axtanş  institutu,  Mərkəzi  Konstruktor 
Layihə Bürosu, Dövlət Dəniz Akademiyası, Xəzər Hövzə xəstə- 
xanası,  İnformasiya  hesablama  mərkəzi  daxil  idi  (221,32-33). 
Qeyd  etmək  lazımdır  ki,  hələ  1987-ci  ildən  Azərbaycan  dəniz 
gəmiçiliyi  və  onun  tabeliyində  olan müəssisələr  özünümaliyyə- 
ləşdirmə  və  tam  təsərrüfat  hesabma  keçmişdir  (221,22).  Xəzər 
Dəniz  Gəmiçiliyinin  mülki  donanmasının  üzmə  coğrafiyası 
Xəzər  dənizi,  Qara  dəniz,  Aralıq  və  Mərmərə  dənizlərini  əhatə 
edirdi.  1996-cı il üçün dəniz nəqliyyatımn əsas fondlanmn dəyəri
1,4 
trilyon manat olmuşdur (106).
Dəniz nəqliyyatı başqa nəqliyyat növlərindən iqtisadi baxım- 
dan daha  sərfəli,  yüksək rentabelli  olması  ilə  fərqlənir.  Belə ki, 
gəmilərlə  yükdaşıma zamanı  hər ton  yükün maya  dəyəri  dəmir 
yolu  və  avtomobil  nəqliyyatına nisbətən  25  faiz  aşağı,  daşınan 
yüklərin həcmi isə təkcə dəmir yolu nəqliyyatma nisbətən 4 dəfə 
yüksəkdir  (211,58).  Həmçinin  dəniz  nəqliyyatında  vaxt  itkisi 
digər  nəqliyyat  növlərinə  nisbətən  daha  azdır.  Belə  ki,  dəniz 
nəqliyyatında  gün  ərzində  orta  sürət  215  mil  (290  km),  dəmir


yolunda  isə  bu  göstərici  250  km-dir  (138,334).  Eyni  zamanda 
dəniz yollan heç bir хэгс tələb etmir və digər nəqliyyat növlərinə 
nisbətən  qısadır.  Belə  ki,  əgər  Bakı-Türkmənbaşı  istiqamətində 
dəniz  yolu  ilə  məsafə  340  km-dirsə,  dəmir yolu  ilə  bu  məntəqə 
arasmdakı məsafə  5769  km-dir  (220,112).  Digər tərəfdən,  dəniz 
nəqliyyatında  hər  kilometrə  düşən  yanacaq  sərfi  də  digər 
nəqliyyat növlərinə nisbətən aşağıdır. Belə ki, dəmir yolunda hər 
kilometrə düşən yanacaq məsrəfi 58 kq, avtomobil nəqliyyatında 
200 kq olduğu halda,  dəniz nəqliyyatında bu göstərici 34 kq-dır 
(138,334).  Dəniz nəqliyyatını  avtomobil və dəmir yol nəqliyya- 
trndan fərqləndirən mühüm cəhətlərdən bin onun qitələrarası fəa- 
liyyət göstərmək imkanına malik olmasıdır.  Bütün bunlar gəmi- 
lərlə yükdaşımanın xeyli ucuz başa gəlməsinə mühüm təsir göstərir.
Dəniz  nəqliyyatı  Azərbaycan  Respublikasınm  xarici  ticarət 
əlaqələrində,  xüsusilə  tranzit  yüklərin  daşınmasında  xüsusi  yer 
tutur (127,  s.7). Lakin Azərbaycan dövlət müstəqilliyi əldə etdik- 
dən sonra keçmiş ittifaq miqyasında təsərrüfat əlaqələrinin qırıl- 
ması,  maliyyə  çətinlikləri  üzündən  dəniz  nəqliyyatında  ümumi 
yükdaşımalann həcmi xeyli aşağı düşdü. Bu da gəmilərin gəlirlə 
işləməsinə ciddi əngəl oldu. Belə ki,  1993-cü ildə ümumi gəlirin 
həcmi  1989-cu ildəki  göstəricinin yarısını təşkil  edirdi.  1994-cü 
ildə isə bu göstərici daha 22 faiz aşağı düşdü (102;103).
1995-ci  ildən  Rusiya  tərəfindən  yaradılan  nəqliyyat-iqtisadi 
blokada  dəniz nəqliyyatının  fəaliyyətinə xüsusilə  ağır təsir gös- 
tərdi.  Nəticədə  idxal,  ixrac  və  tranzit  daşımalarm həcmi kəskin 
surətdə  azaldı.  Belə  ki,  əgər  1994-cü  ildə  dəniz  nəqliyyatında 
daşman yüklərin həcmi  6,6 min ton olmuşdusa,  1995-ci ildə isə 
bu  göstərici  proqnozda  nəzərdə  tutulan  6,8  min  ton  əvəzinə
5,7 min ton həcmində oldu, başqa sözlə desək, əwəlki illə müqa- 
yisədə  1995-ci ildə  13 faiz az yük daşınmışdır (127,111).
Dəniz  nəqliyyatının  maddi-texniki  bazasının  yeniləşməsi 
prosesi də 90-cı illərdə çətinləşmişdi.  Bu illərdə yalnız iki gəmi 
alınmışdı. Bunlardan biri  1994-cü ildə Rusiyanın Sormovo şəhə- 
rindən  alınmış  yük  tutumu  4  min  ton  olan  quru  yük  gəmisi 
(127,26),  о  birisi  isə  1998-ci  ildə  Həştərxandan  alınmış  yük 
tutumu  9  min  ton  olan  bir  ədəd  yanacaqdoldurma  gəmisi  idi


(108). Bu dövrdə respublika dəniz nəqliyyatında fəaliyyət göstə- 
гэп  gəmilərin  əsas  hissəsini  70-80-ci  illərdə  sovet  dövlətinin 
xarici ölkələrdən, Almaniyadan, Yuqoslaviyadan, Portuqaliyadan, 
Bolqanstandan alınmış və qismən də Rusiyatıın özündən gətiril- 
miş gəmilər təşkil edirdi (127,25-26). Ümumiyyətlə, Azərbaycan 
dəniz  nəqliyyatının  formalaşmasında  əsas  mərhələlərdən  biri 
sovet dövrü olmuşdur.  Bununla yanaşı,  о  dövrün iqtisadi mexa- 
nizmi  Xəzər  dəniz  nəqliyyatının  inkişafına  bəzi  maneçiliklər 
yaratmışdı. Məsələn, iqtisadiyyatın ciddi mərkəzləşdirilmiş şəkildə 
inkişafı, idarəetmədə mərkəzin diktatı, təsərrüfat sahələrinin sərt 
çərçivələr arasına salınması, maddi-texniki təchizatın mərkəzdən 
asılı  olması,  Azərbaycan  dəniz  nəqliyyatına  daha  çox  regional 
sahə  kimi  baxılması  bütünlükdə  mövcud potensialm reallaşma- 
sına imkan vermirdi.
Müstəqilliyin  ilk  illərindən  bərpa  prosesinə  qədərki  dövr 
ərzində əsas  diqqət maddi-texniki bazanın dağıdılmasının qarşı- 
sının  alınmasına,  təkmilləşdirilməsinə,  həmçinin  kadrlann  tam 
şəkildə  qorunub  saxlanmasına,  yeni  əsaslar -  ikitərəfli  müqavi- 
lələr  əsasında  əlaqələrin  Ьэфа  edilməsinə  və  daxili  imkanlar 
hesabına,  qismən  də  olsa,  maddi-texniki  bazanın  genişləndiril- 
məsinə yönəlmişdir. Nəticədə bərpa prosesinə qədərki müddətdə 
tonnaj,  əsasən,  qorunub  saxlanmışdır.  Belə  ki,  1993-cü  ildə 
donanmanın  ümumi  tonnajı  341  min  ton  (102),  1994-cü  ildə 
320 min ton (103),  1995-ci ildə 343  min ton (104),  1996-cı ildə 
343,9 min ton (105),  1997-ci ildə isə 343 min ton (107) olmuşdur. 
Respublika  Nazirlər  Kabinetinin  1992-ci  il  24  yanvar,  39  saylı 
“Nəqliyyat və rabitə müəssisəbrinin Azərbaycan respublikasının 
tabeliyinə verilməsi haqqında” qəranna uyğun olaraq  1992-ci ilə 
qədər  Rusiya  Dəniz  Donanması  Nazirliyinə  tabe  olan  Bakı 
Dəniz  yollan  məktəbi  Azərbaycanın  tabeliyinə  keçərək  Xəzər 
Dəniz Gəmiçiliyinin strukturuna daxil edildi (221,23). Gəmiçilik 
idarəsi  rəisinin  14  fevral  1992-ci  il,  53  saylı  əmri  ilə  Novo­
rossiysk Ali Dənizçilik İnstitutunun Bakı qiyabi  fakültəsi Xəzər 
Dəniz  Gəmiçilik  Idarəsinin  strukturuna  daxil  edildi  (109). 
Azərbaycan  Respublikası Nazirlər Kabinetinin  15  iyun  1996-cı 
il tarixli qərarı ilə Bakı Dəniz yollan məktəbinin bazası əsasında


Yüklə

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə