Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə18/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   14   15   16   17   18   19   20   21   ...   89

durmuşdur.  Bu baxımdan  2002-ci  il  oktyabnn  15-17-də  Bakıda 
keçirilmiş  seminarda  dəmir  yolu  daşımalannda  tarif  məsələsi, 
həmin  il  noyabr  ayının  27-28-də  Bakıda  keçirilmiş  işçi  qrupu- 
nun  görüşündə  isə  beynəlxalq  avtomobil  daşımalannın  tarifləri 
məsələsinə  baxılmışdır  (244,  2003,  №3,  s.5).  Hökumətlərarası 
Komissiyanın 2002-ci il  aprelin 24-25-də Daşkənddə  keçirilmiş 
illik  iclasında  nəqliyyat  dəhlizində  dəniz  nəqliyyatı  sahəsində 
tranzit rüsumlan, yükdaşıma tarifləri üzrə vahid siyasət məsələsinə 
toxunulmuşdur  (231).  2003-cü  il  aprelin  15-16-da  TRASEKA 
işçi qrupunun Bakıda keçirilən toplantısında dəmir yolu və dəniz 
nəqliyyatında  vahid  tarif  siyasəti  diqqət  mərkəzində  olmuşdur 
(244, 2003, №3, s.5).
2003-cü  il  mayın  22-23-də  Daşkənddə  Milli  Katibliyin  işçi 
qruplannın və hüquqi məsələlər üzrə ekspertlərin görüşü keçiril- 
miş,  burada 2004—2006-cı  illərin proqram  strategiyası nəzərdən 
keçirilmiş, TRASEKA proqramımn rəhbəri E.Dalamanqas “Tasis”in 
milli  əlaqələndiricilərinin  TRASEKA  milli  komissiyasının  tər- 
kibinə  daxil  edilməsi  və  onun  layihələrinin  həyata  keçirilmə- 
sində  iştirakı məsələsini  qaldırmışdır.  Həmçinin TRASEKA-nın 
özünü maliyyələşdirməsi təklifi irəli  sürülmüş, TRASEKA katib- 
ləri  də  öz büdcələrindən 2004-cü  il üçün  15  %  vəsait  ayırmağa 
hazır  olduqlannı  bildirmişlər.  Cari  layihələrin  reallaşdırılması 
üçün  TRASEKA  fondunun  yaradılması,  çoxtərəfli  əsas  sazişin 
avtomobil  nəqliyyatı  və  gömrük  proseduru  üzrə  texniki  əlavə- 
sinə dəyişikliklər edilməsi qərara alınmışdır (244,2003, №3, s.5).
Qeyd  etmək lazımdır ki,  yalnız  3  ölkədə -  Bakı,  Odessa  və 
Daşkənddə  TRASEKA  Daimi  Katibliyi  fəaliyyət  göstərir.  Bu 
proqram üzrə Avropa Komissiyasının, milli katiblərin, işçi qrup- 
larrnın iştirak etdiyi görüş və seminarlar sonrakı illərdə də davam 
etdirilmiş, dəhlizin fəaliyyətinin yaxşılaşdınlması ilə bağlı məsə- 
lələr müzakirə edilmiş, vacib qərarlar qəbul edilmişdir. Bütün bu 
işçi görüşləri, konfranslar nəqliyyat dəlüizinin fəaliyyətinin yaxşı- 
laşdınlmasına,  Şərqlə  Qərb  arasında iqtisadi və  siyasi кбфйпйп 
yaradılmasına yönəldilmişdir.
Keçən dövr ərzində TRASEKA proqramı çərçivəsində “Nəq- 
liyyatın idarə edilməsinin treninqi”, “Nəqliyyatm hüquqi tənzim-


lənməsi çərçivəsi”,  “TRASEKA nəqliyyat dəhlizində vahid tarif 
siyasətinin  tətbiqi”,  “Sərhəd-keçid  prosedurlannın  asanlaşdırıl- 
ması”,  “Qafqaz  dəmir  yollannm  bərpası”  və  onlarla  digər  tex­
niki yardım və investisiya layihələri həyata keçirilmişdir (4).
Beləliklə, “Qədim İpək yolu”nun bərpası ideyasınm meydana 
gəlməsi və reallaşdınlması istiqamətində çalışmalann tədqiqi gös- 
tərir  ki,  “İpək  yolu”nun  bərpası  ideyası  hələ  keçən  əsrin  80-ci 
illərində meydana gəlsə  də,  BMT-nin nəzdindəki  “YUNESKO” 
təşkilatı  tərəfindən  bu  istiqamətdə  “Mədəniyyətlərin  dialoqu” 
adı  altında  müəyyən  tədbirlər  həyata  keçirilsə  də,  о  dövrdə  iki 
müxtəlif ictimai sistemin mövcudluğu və qarşıdurması bu prose- 
sin tam reallaşmasına imkan verməmişdir. Yalnız XX əsrin 90-cı 
illərinin  əwəllərində  dünya  sosializm  sisteminin  tarixin  siyasi 
səhnəsindən  silinib  getməsi  ilə  “Tarixi  Ipək  yolu”nun  bərpası 
mümkün  olmuşdur.  Keçən  dövr  ərzində  respublikamızda 
TRASEKA  proqramı  çərçivəsində  “Əsas  Çoxtərəfli  sazişin” 
şərtlərinin həyata keçirilməsi məqsədilə nəqliyyat infrastmkturu- 
nun  inkişafi,  yenidən  qurulması  istiqamətində  mühüm  işlər 
görülmüşdür.  Belə ki,  “Avropa-Qafqaz-Asiya”  nəqliyyat dəhlizi 
üzrə  yük  axınmın  artınlması  üçün  bütün  nəqliyyat  sisteminin 
texniki təchizatının yaxşılaşdınlması  sahəsində bir sıra tədbirlər 
görülmüş,  avtomagistrallann,  dəmir  yolu  xətlərinin  və  körpü- 
lərin bərpası, yenilərinin tikintisi,  dəmir yolu nəqliyyatı hərəkət 
vasitələrinin, gəmilərin, liman qurğulannm təmiri həyata keçiril- 
mişdir.  Bakı  Dəniz  limanmda  10  min  ton  neft  məhsulunun 
boşaldılıb  yüklənməsinə  imkan  verən  nefit  terminalı  istifadəyə 
verilmiş,  Ьэгэ  terminalı  yenidən  qurulmuşdur  (177,  2006,  №4, 
s.35). Azərbaycan respublikasmm yol-nəqliyyat kompleksi üçün 
beynəlxalq  maliyyə  qurumlan  -   AYİB,  DB,  Küveyt  İqtisadi 
İnkişaf Fondu,  Islam  İnkişaf  Bankı  tərəfindən  255  min  dollar 
həcmində məqsədli kreditlər aynlmışdır (177, 2006, №4, s.35).
“Böyük İpək yolu” layihəsi  XXI  əsr üçün çox böyük qlobal 
proqramlardan biridir. Bu proqramın həyata keçirilməsi пэ qədər 
tez təmin edilmiş olarsa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkə- 
lərinin Avropa ilə inteqrasiyası bir о qədər sürətlə baş verəcəkdir. 
TRASEKA proqramının  qəbul  olmımasından  2005-ci  ilə  qədər


olan  dövr  ərzində  müxtəlif  illər  üzrə  başa  çatdınlan  layihələr 
aşağıda göstərilən qaydada olmuşdur:
1996-cı ildə “Qafqaz dəmir yolunun yenidən qurulması” inves- 
tisiya yardım layihəsi, “Yükdaşımanın öyrədilməsi” texniki yardım 
layihəsi (223, 52),  1997-ci ildə “Nəqliyyat qanunvericiliyi və onun 
tənzimlənməsi” texniki yardım layihəsi, “Regional yükdaşımanm 
proqnozlaşdırılması, modelləşdirilməsi” texniki yardım layihəsi, 
“İntermodal  daşıma”  texniki  yardım  layihəsi,  “Traseka-ticarətə 
yardım” texniki yardım layihəsi, “Karvansaraylarm tikilmasi üçün 
Delfin layihəsinin texniki iqtisadi əsaslandınlması” texniki yardım 
layihəsi, “Qafqaz avtomobil daşımalan” texniki yardım layihəsi, 
“Yol səthinin vəziyyətinə nəzarətin tətbiqi sistemi” texniki yardım 
layihəsi,“Qafqaz dəmir yol infrastrukturunun məzmunu” texniki 
yardım layihəsi, “Hərəkət edən tərkibin məzmunu” texniki yardım 
layihəsi, “Qafqaz dəmir yoluna xidmət üçün birgə müəssisələrin 
yaradılması” texniki yardım layihəsi, “Bakı limanmda dəniz yük- 
daşımasının  öyrədilməsi”  texniki  yardım  layihəsi,  “İntermodal 
yükdaşıma” texniki  yardım  layihəsi  (236),  1998-ci  ildə  “Dəmir 
yolu tarifi və  cədvəli”  texniki yardım layihəsi,  “Bakı-Türkmən- 
başı bərə terminalı” texniki yardım layihəsi,  “Qırmızı körpünün 
bərpası  və  Traseka  körpüsünün  tikilməsi”  investisiya  yardım 
layihəsi  (236),  1999-cu  ildə  “Yollann  istisman”  texniki yardım 
layihəsi, “Azərbaycanda və Gürcüstanda dəmir yollannm yenidən 
qurulması”  texniki  yardım  layihəsi,  ‘İntemıodal  xidmətin  və 
təhsilin təşkili” texniki yardım layihəsi,  “Xəzər dənizinin Bakı- 
Türkmənbaşı  limanında  konteynerlərin  email”  investisiya  yar- 
dım  layihəsi,  “Bakıda  dəmir yolu  çənlərinin yuyulması”  inves­
tisiya  layihəsi,  “Bakı-Türkmənbaşı-Poti-İliçevsk  limanlan  üçün 
yüklərin,  terminallann  emal  edilməsi  üçün  zəruri  avadanlıqlar” 
investisiya yardım layihəsi (236), 2000-ci ildə “Beynəlxalq avto­
mobil  və  tranzit  daşımalanna  kömək”  texniki  yardım  layihəsi, 
“TRASEKA əlaqələndirmə bürosu” texniki yardım layihəsi (236), 
2001-ci  ildə  “Nəqliyyat  üzrə  çoxtərəfli  sazişin  reallaşdırılması 
üzrə hökumətlərarası komissiya” texniki yardım layihəsi,  “Yük- 
daşımanın proqnozlaşdınlması və texniki iqtisadi  əsaslandınlması” 
texniki  yardım  layihəsi,  2002-ci  ildə  “Nəqliyyat üzrə  çoxtərəfli


Yüklə

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə