Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə15/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   11   12   13   14   15   16   17   18   ...   89

6) Dəmir yolu, avtomobil, dəniz nəqliyyatı üzrə ekspertlər. 7) Baş 
katib. 8) Milli katib. 9) Milli komissiya (223,11).
Belə bir cəhəti qeyd etmək lazımdır ki,  1993-1995-ci illərdə 
həyata  keçirilən  layihələr  başlıca  olaraq  Qara  dəniz  və  Xəzər 
dənizi  hövzəsi  ölkələri  ilə  əlaqələrin  möhkəmlənməsinə  yönəl- 
mişdisə,  regional  xarakter  daşıyırdısa,  1998-ci  ilin  beynəlxalq 
Bakı  konfransında  Çoxtərəfli  əsas  sazişin  imzalanması  ilə 
TRASEKA proqramı  nəqliyyat  sahəsində  beynəlxalq  əməkdaş- 
lığa çevrildi  (126,  1998,  №4,  s.71).  Nəqliyyat dəhlizinin böyük 
strateji əhəmiyyət kəsb etməsi proqrama üzv dövlətlərin sayının 
artmasma geniş imkanlar açdı.  1996-1998-ci illər ərzində Ukrayna, 
Moldova TRASEKA proqramına qoşuldu.  2000-ci ilin martında 
TRASEKA  Hökumətlərarası  Daimi  komissiyasının  Tbilisidə 
keçirilən müşavirəsində isə Bolqanstan, Rumıniya, Türkiyə Avropa 
Komissiyasına  müraciət  edərək  TRASEKA  proqramına  qoşul- 
maq arzusunda olduqlarını bildirmiş və bu proqrama qoşulmuş- 
lar (223,17).  TRASEKA proqramının həyata keçirilməsini  asan- 
laşdırmaq  üçün  Odessa  və  Daşkənddə  əlaqələndirmə  bürolan 
yaradılmışdır.
NATO-nun  50  illik  yubileyi  zamanı  ABŞ  Senatının  Xarici 
Əlaqələr  Komitəsinin  üzvü  “İpək  yolu  strategiyası”  haqqında 
qanun  layihəsinin  təşəbbüsçüsü  Sem.Braunun  təşkilatçılığı  ilə
1999-cu  ilin  aprelin  24-də  keçirilmiş  Mərkəzi Asiya və  Qafqaz 
ölkələri  rəhbərlərinin  və  xarici  işlər  nazirlərinin  görüşü  “Tarixi 
İpək yolu”nun bərpasında mühüm hadisə oldu. Görüş iştirakçılan 
“İpək  yolu”  layihəsinin  reallaşdınlmasında  Bakıda  keçirilmiş 
beynəlxalq konfransın mühüm rolunu qeyd edərək “İpək yolu”- 
nun iqtisadi inteqrasiya proseslərinin genişlənməsində, regionda 
sabitliyin  bərqərar  edilməsində  böyük  əhəmiyyətə  malik  olma- 
sını  göstərmiş  və  “TRASEKA”  proqramının  həyata  keçirilmə- 
sində qarşıda duran məsələləri ətraflı müzakirə etmişlər.  Görüşün 
sonunda “İpək yolu” haqqında bəyannamə imzalanmışdır. Вэуап- 
namədə “İpək yolu” ilə bağlı ideyalann həyata keçirilməsi, birgə 
səylərin  davam  etdirilməsi  yolunda  iştirakçı  dövlətlərin  həm- 
rəyliyi ifadə edilmişdir (186,207).


“İpək yokTnun bərpası prosesində Avropa Birliyinin bu istiqa- 
mətdə hazırladığı layihələr xüsusi yer tutmuşdur.  1993-2003-cü 
illər  ərzində  TRASEKA  proqramı  çərçivəsində  bütün  iştirakçı 
ölkələr üçün ümumilikdə 53 layihə hazırlanmışdır ki, bunlann da 
39-u texniki yardım layihəsi,  14-ü isə investisiya yardım layihəsi 
olmuşdur.  Bu layihələrin maliyyələşdirilməsi üçün Avropa Birliyi 
tərəfindən 110 mln avro aynlmışdır (223,40).
Avropa  Birliyinin  TRASEKA  proqramı  iştirakçı  ölkələri 
üçün nəzərdə tutduğu texniki yardım layihələrini istiqamətlərinə 
görə belə qruplaşdırmaq olar:

qrupa  “Qanun  yaradıcılığı  və  ticarət  əlaqələri”  üzrə  olan 
layihələri  aiddir.  Bu  qrupa ümumi  dəyəri  17  430  min avro  olan 
10  layihə  daxildir;  II  qrupa  “Avtomobil  daşımalan”  üzrə  olan 
texniki yardrnı layihələri aiddir. Buraya isə ümumi dəyəri 9 925 min 
avro olan 7 layihə daxildir; III qrupa “Dəmir yolu daşımalan” üzrə 
olan texniki  yardım  layihələrini  aid  etmək  olar.  Buraya  ümumi 
dəyəri  13 mln avro olan 7 layihə daxildir; IV qrupa “Dəniz daşı- 
malan” üzrə olan texniki yardım layihələri daxildir. Buraya ümumi 
dəyəri 4800 min avro olan 4 layihə aiddir; V qrupa “Ümumi məsə- 
lələr” üzrə olan layihələr aiddir. Buraya ümumi dəyəri  10450 min 
avro  olan  6  layihə  daxildir;  VI  qrupa isə  “İntermodal  daşımalar 
üzrə” olan layihələr aiddir. Buraya isə ümumi dəyəri 2100 min avro 
olan  cəmisi  2  layihə  daxildir (223,40-43).  Ümumi  götürüldükdə 
bütün  bu  qeyd  olunan  texniki  yardım  layihələri  üçün  Avropa 
Birliyi tərəfindən 57 705 min avro vəsait aynlmışdır (223,43).
Yuxanda göstərilən layihələri konkret olaraq şərh etsək, onla- 
nn hər birinin müxtəlif iştirakçı  dövlətlər üçün nəzərdə tutuldu- 
ğunu, ayn-ayn şirkətlər tərəfindən icra edildiyini, icra müddətləri 
və məqsədlərinin fərqli  olduğunu görərik.  Qeyd olunan  “Qanun 
yaradıcılığı  və  ticarət  əlaqələri”  üzrə  10  texniki  yardım  layihə- 
sindən 8-nin birbaşa Azərbaycana aidiyyəti vardır. Bunlar aşağı- 
dakılardır:
1) “Nəqliyyatın qanunverici tənzimlənməsi” layihəsi;
2) “TRASEKA-ticarətə yardım” texniki yardım layihəsi;
3)  “Beynəlxalq  avtomobil  və  tranzit  daşımalanna  kömək” 
adlı texniki yardım layihəsi;


4)  “Nəqliyyat  üzrə  çoxtərəfli  sazişin  reallaşdınlması  üzrə 
hökumətlərarası komissiya” haqqında layihə;
5)  “Nəqliyyat  üzrə  çoxtərəfli  sazişin  reallaşdınlması  üzrə 
hökumətlərarası komissiya” haqqmda layihənin davam etdirilməsi;
6) “Sərhədlərin keçilməsi prosedurunun sadələşdirilməsi” adlı 
texniki yardım layihəsi;
7)  “Tranzit  rüsumlan  və  tarifləri  üzrə  vahid  siyasət”  adlı 
texniki yardım layihəsi;
8)  “Tranzit daşımalan üçün  ümumi  hüquqi  bazanın yaradıl- 
ması” adlı texniki yardım layihəsi (223, 42).
Avropa Birliyinin texniki yardım layihəsinin avtomobil daşı- 
maları üzrə bölməsində  isə Azərbaycana aidiyyəti  olan 5  layihə 
vardır. Bunlar aşağıdakılardır:
1) “Qafqaz avtomobil daşımalan” adlı texniki yardım layihəsi;
2)  “Yol  səthinin  vəziyyətinə  nəzarətin  tətbiqi  sistemi”  adlı 
texniki yadım layihəsi;
3) “Yollann istisman” haqqında texniki yardım layihəsi;
4)  “Qafqazın yol  hissəsinin -  Bakı-Tbilisi və  Irəvanı  birləş- 
dirən  avtomobil  yollannın inkişaf etdirilməsi və  yenidən  qurul- 
ması üzrə” texniki yardım layihəsi;
5) “Qafqaz avtomobil yollannın yenidən qmtılması” adlı texniki 
yardım layihəsi (223,40-43).
Avropa  Birliyinin  TRASEKA  proqramı  çərçivəsində  dəmir 
yolu  daşımalan üzrə Azərbaycanla bağlı  6  texniki  yardım  layi- 
hələri vardır. Bunlar aşağıdakılardır:
1)  “Qafqaz  dəmir  yolu  infrastrukturunun  məzmunu”  adlı 
texniki yardım layihəsi;
2)  “Hərəkət  edən  hissənin  məzmunu”  adlı  texniki  yardım 
layihəsi;
3)  “Qafqaz  dəmir  yoluna  xidmət  üçün  birgə  müəssisələrin 
yaradılması haqqında” texniki yardım layihəsi;
4) “Dəmir yolu tarifləri və hərəkət cədvəli” adlı texniki yardım 
layihəsi;
5)  “Azərbaycanda və  Gürcüstanda  dəmir yollannın yenidən 
qurulması üzrə” texniki yardım layihəsi;


Yüklə

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə