Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə23/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   19   20   21   22   23   24   25   26   ...   89

Beynəlxalq  Bakı  konfransında  çıxış  edən  digər  nümayəndə 
heyətləri  də 
“Ipək 
yolu”nun  bərpasının  həm  regional,  həm  də 
ümumbəşəri əhəmiyyəti barədə öz fikirlərini söyləmişlər.
“Qədim ipək yolu”nun bərpasının beynəlxalq iqtisadi səbəb- 
lərindən biri  də  dünyanın  apancı  dövlətlərinin,  xüsusilə  qlobal- 
laşma  prosesinin  önündə  gedən  Avropa  Birliyinin  müstəqillik 
əldə  etmiş  gənc  dövlətlərə  iqtisadi,  texniki,  maliyyə  yardımı 
göstərməklə bu  ölkələrdə bazar iqtisadiyyatına keçilməsi prose­
sinin  dəstəklənməsi,  onların  Rusiyadan  olan  nəqliyyat-iqtisadi 
asılılığına  son qoymağa yönəlmiş  səyləri ilə  əlaqədar olmuşdur. 
Respublikamızda  sahibkarlığın  inkişafına  beynəlxalq  iqtisadi 
təşkilatlar  ciddi  köməklik  göstərirlər.  Məsələn,  Avropa  Birliyi 
İqtisadi Komissiyasının “Tasis” texniki yardım proqramınm res- 
publika  iqtisadiyyatında  struktur  dəyişikliklərin  keçirilməsində, 
sahibkarlığm inkişafında, xüsusilə kənd təsərrüfatında islahatlarm 
apanlmasında  böyük  rolu  olmuşdur.  Bu  proqram  çərçivəsində 
“Kosia-Smeda”  təşkilatı,  habelə  “Türk  Sənaye  iş  adamlan 
birliyi”,  “Türk birliyi inkişaf agentliyi” xeyli iş görmüşlər (140, 
224).  1993-cü ildə Avropa Komissiyasmın qəbul etdiyi TRASEKA 
proqramı  üzrə  irəli  sürülən  layihələrin  infrastruktur  sahələrinin 
əsaslı şəkildə yenidən qurulmasmda, genişləndirilməsində, nəqliy- 
yat  şəbəkələrinin  Transavropa  şəbəkələri  ilə  birləşdirilməsində 
xüsusi  rolu  olmuşdur.  Avropa  Birliyi  tərəfindən  1993-cü  ildən 
1998-ci  ilədək  Azərbaycana  225  mln  dollar  həcmində  yardım 
edilmiş, həmçinin TRASEKA proqramı çərçivəsində Azərbaycana 
qrant  şəklində  7  mln  650  min ekyü (Qeyd:  1  ekyü=3526 manat 
=0,82  sent,  2002-ci  il  kursu  üzrə)  vəsait  aynlmışdır.  Qrantın 
6  milyon  ekyudan  çoxu respublikada körpülərin,  sərhəd postla- 
nnm tikilməsinə, bərpasına, Bakı dəniz limanının yenidən qurul- 
masma sərf olmımuşdur (126,1998, №4, s.57). Bütün bu yardım- 
lar Avropa Birliyinin qlobal iqtisadi  strategiyasına uyğun olaraq 
müstəqillik əldə etmiş dövlətlərdə bazar iqtisadiyyatı yolunu dəs- 
təkləmək  və  Şərq-Qərb  nəqliyyat  dəhlizinin  yaradılması  məq- 
sədi ilə əlaqədar olmuşdur.
“Qədim İpək yolu”nun bərpasını  tələb  edən mühüm iqtisadi 
amillərdən biri  də  dəhliz  üzərində  yerləşən  ölkələrin  milli  iqti-


sadi  maraqlannın  reallaşdınlması,  region  ölkələri  arasında 
iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı olmuşdur. 
Respublika  prezidenti  Heydər  Əliyevin  “Tarixi  İpək  yolu”nun 
bərpası  üzrə  Beynəlxalq  Bakı  konfransının  qərarlannın  yerinə 
yetirilməsi ilə əlaqədar tədbirlər haqqında” imzaladığı 26 oktyabr
1998-ci  il  tarixli  fərmanmda  bu  cəhət  xüsusi  vurğulanmışdır: 
“...burada imzalanmış  sənədlər böyük iqtisadi,  siyasi  əhəmiyyət 
kəsb edərək “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizində yerlə- 
şən  ölkələrin  inkişafı,  onlann  təbii  ehtiyatlannın  mənimsənil- 
məsi, iqtisadi potensialından səmərəli istifadə olunması, ticarətin 
və  iqtisadi  əməkdaşlığın  genişləndirilməsi  üçün  etibarlı  zəmin 
yaradır” (126,  1998, №4, s.57). XX əsrin sonu XXI əsrin başlan- 
ğıcında dünyanın əsas maliyyə mərkəzlərinin investisiya axmlan 
Qafqaza,  Qazaxıstana və Mərkəzi Asiyaya yönəlmişdir.  Bu kon- 
tekstdə TRASEKA proqramı iştirakçısı olan ölkələrin əsas vəzifəsi 
bu  maliyyə  dəstəyindən  öz  geosiyasi,  iqtisadi  imkanlarını  nəq- 
liyyat şəbəkəsi vasitəsi ilə həyata keçirməkdən ibarətdir.
Bu nəqliyyat dəhlizi üzrə yükdaşımalar haqqında rəqəmlərin 
təhlili göstərir ki,  ölkələr arasında əməkdaşlığın, ticarət əlaqələ- 
rinin genişləndirilməsində ‘İpək yolu” başlıca amillərdən biridir 
və  bu  yol  iştirakçı  dövlətlərin  geniş  iqtisadi  maraqlannı  təmin 
edir.
XXI əsrdə informasiya, telekommunikasiya sisteminin sürətli 
inkişafı  ümumdünya  internet  şəbəkəsi  ilə  elektron  ticarətinin 
genişlənməsinə  imkan  vermişdir.  Bu  isə,  öz  növbəsində,  sifariş 
edilmiş  yüklərin  sürətlə  və  təhlükəsiz  çatdınlması  problemini 
qarşıya  qoyur.  Hava  nəqliyyatının,  avtomobil  və  dəmir yollan- 
nın əhəmiyyəti  artır,  daha qısa marşrut məsələsi  ön plana keçir. 
Bu  baxımdan  “Qədim  İpək  yolu”nun  bərpasını  zəruri  edən 
beynəlxalq  iqtisadi  səbəblərdən biri  də  dəhlizin  digər  nəqliyyat 
dəhlizlərinə münasibətdə daha yüksək rəqabət qabiliyyətinə malik 
olması  ilə  bağlıdır.  Bu  məsələ  TRASEKA  ekspert  qruplannın 
2000-ci  il  sentyabr  ayının  2-də  Bakıda,  həmin  ilin  dekabnnda 
Tbilisidə, 2001-ci il iyul ayının 20-də və 2002-ci ilin fevral ayı- 
nın  15-də  Bakıda  keçirilmiş  işçi  görüşündə  diqqət  mərkəzində 
olmuşdur.  Qərara almmışdır ki,  iştirakçı dövlətlər dəmir yollan,


dəniz  nəqliyyatı  ilə  yükdaşıma  tariflərinin,  limanlarda  xidmət 
tariflərinin qiymətlərinin  aşağı  salınması,  gömrük prosedurunun 
sadələşdirilməsi  istiqamətində  vahid  nəqliyyat  siyasəti  həyata 
keçirməklə  nəqliyyat  dəhlizinin  rəqabət  qabiliyyətini  artıra 
bilərlər (223, 69).
Ümumiyyətlə,  TRASEKA  dəhlizi  iqtisadi  baxımdan  Şimal 
dəhlizi ilə müqayisədə 2000 km qısa olması ilə, həmçinin Şimal 
dəhlizi  ilə  müqayisədə  daha  təhlükəsiz  olması  ilə  əlaqədar 
rəqabətdə  irəliyə  çıxsa  da,  bu  hələ  işin  yarısıdır.  Onun  tam 
rəqabət qabiliyyətinin yüksəldilməsi maliyyə mexanizmlərindən, 
daşman yüklərin tarif qiymətlərinin  sabit  səviyyəsindən asılıdır. 
Ona görə də bu məsələ  TRASEKA katibliyinin,  ekspert qrupla- 
nnın daim diqqət mərkəzində olmuş, bütün işçi görüşlərində nəq- 
liyyat  dəhlizində  yükdaşımanın  artınlmasında  tariflərin  imkan 
daxilində  aşağı  salınmasının  mühüm  rolu  qeyd  olunmuşdur. 
Göründüyü kimi, dəhlizin rəqabət qabiliyyətinin artınlması müa- 
sir  dövrdə  əsas  məsələ  kimi  qarşıda  durur,  bu  isə  dəhlizin 
məhsuldar  fəaliyyəti,  iştirakçı  dövlətlərin  iqtisadi  maraqlannın 
lazımi  səviyyədə  reallaşdınlması,  onun  iqtisadi  baxımdan  daha 
sərfəli dəhlizə çevrilməsi, yükdaşımaların kəskin surətdə artması 
deməkdir.  Ona görə də bu məsələ TRASEKA rəhbərliyinin əsas 
fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.
Nəqliyyat dəhlizinin bərpa edilməsini qarşıya qoyan beynəl- 
xalq iqtisadi amillərdən biri də dənizə çıxışı olmayan Monqolus- 
tan, Tacikistan, Qırğızıstan, Moldova, Özbəkistan kimi dövlətlərin 
dünya  və Avropa bazanna birbaşa çıxış  əldə  etməsi  zərurəti  ilə 
izah edilir. Bu da həmin dövlətlərin beynəlxalq miqyasda müstə- 
qil siyasət yeritmələrinə, yad təsirləri dəf etmələrinə şərait yaradır.
“İpək  yolu”nun  bərpasmı  şərtləndirən  beynəlxalq  iqtisadi 
amillərdən biri də bununla əlaqədardır ki, qlobal iqtisadi proqram 
olan TRASEKA proqramı üzrə müxtəlif layihələrin həyata keçi- 
rilməsi  aynca  götürülmüş  bir  ölkənin  daxili  imkanlan  hesabma 
mümkün deyildir. Bunun üçün beynəlxalq maliyyə qurumlarının, 
donor  təşkilatlarının  köməyi  olduqca  zəruridir.  Bu  baxımdan 
AYİB,  DB, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının ver- 
dikləri qrantlann,  kreditlərin,  istiqrazlann böyük rolu olmuşdur.


Yüklə

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə