Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə21/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   17   18   19   20   21   22   23   24   ...   89

(191,  56).Qloballaşma  inkişaf  etmiş  ölkələrin  81  faizini  əhatə 
edir.  Yüksək həyat  səviyyəli  Şimal  ölkələri -  ABŞ,  Böyük Bri- 
taniya, Almaniya, Kanada dünya miqyasında kapital qoyuluşunda 
öndə gedirlər (191,71).
Qloballaşma dövlət qüwələri tərəfindən deyil, bazarla müəy- 
уэп edilən proses  olduğuna görə arzu edilən kapitalı cəlb etmək 
üçün hər bir dövlət öz iqtisadiyyatını ən müasir texnologiyalann 
tətbiqi üçün uyğunlaşdırmalı, özəlləşmə həyata keçirməli, ölkəni 
investisiyalar və əmtəə axınlan üçün açıq elan etməli, sabit valy- 
uta  dövriyyəsinə  meydan  verməlidir.  Indi  planetimiz  yeni  bir 
eranın  başlanğıcındadır,  imperiyalan  iqtisadi  nüfuz  dairələri 
əvəz  edir,  dünyada gedən proseslərin mərkəzində  vahid iqtisadi 
məkan  ideyası  dayanır.  Bu  baxımdan  dünya  ölkələri,  xüsusilə 
apancı  dövlətlər tərəfindən  dəstəklənən  “Qədim  İpək  yolu”nun 
bərpasının  reallaşdınlması  xüsusi  əhəmiyyət  kəsb  edir.  “Böyük 
İpək  yolu”  coğrafi  baxımdan  Şərqlə  Qərb  arasında  körpü 
yaradılmasına,  region  ölkələrinin  iqtisadi  tərəqqisinə,  dünya 
birliyi  ilə  əlaqələrin  genişləndirilməsinə  yönəlmiş  iqtisadi, 
strateji  xarakterli  layihədir.  Heç  kəsə  sirr  deyildir  ki,  müasir 
dövrdə  dünya  təcrübəsindən,  elmin  эп  yeni  nailiyyətlərindən 
istifadə etmədən iqtisadi tərəqqiyə çatmaq mümkün deyildir.  Bu 
prosesdə  həlledici  cəhət həmin  ölkələrin  dünya təsərrüfat  siste- 
minə inkişaf etmiş  ölkələrin yanacaq-xammal bazası kimi deyil, 
güclü sənaye potensialına malik ölkələr kimi daxil olmasıdır.
Belə bir cəhəti də qeyd etmək lazımdır ki, hazırda Avropa ilə 
Asiya arasında ticarət dövriyyəsi  ildə  2  trilyon dollar təşkil  edir 
ki, bunun da 200 mlrd dollan nəqliyyat xərclərinin payına düşür 
(223,  79).  2011-ci  ilin  aprelinə  olan məlumata görə TRASEKA 
proqranuna  üzv  ölkələr  arasında  ticarətin  həcmi  27  mid  dollar, 
TRASEKA  ölkələri  ilə  Avropa  Birliyi  ölkələri  arasmda  isə 
ticarətin  həcmi  200  mid  dollar  təşkil  etmişdir  (99  b).  Belə  bir 
şəraitdə iqtisadi baxımdan əlverişli olan “Avropa-Qafqaz-Asiya” 
nəqliyyat  dəhlizinin  yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir. 
Müasir  dövrdə  dünya  iqtisadiyyatı  inkişafının  əsas  meyillərinin 
təhlili sübut edir ki, XXI əsrdə başlıca maliyyə, ticarət, informa-


siya axını  “ABŞ-Avropa-Asiya”  üçbucağında  cəmlənəcək (223, 
79) və təbii  ki,  bu prosesdə  ‘İpək yolu”  kimi  qlobal layihələrin 
mühüm rolu vardır.
Nəqliyyat dəhlizinin Ьэфа olumnasımn zəruriliyini tələb edən 
mühüm  iqtisadi  amillərdən biri  də  iqtisadi  inteqrasiya proseslə- 
rinin inkişaf etməsi, beynəlxalq э т э к  bölgüsünün  dərinləşməsi, 
dünya ölkələri arasmda əməkdaşlığın yeni daha yüksək mərhələyə 
qədəm  qoymasıdır.  Ölkələrin beynəlxalq  э т э к  bölgüsündə  fəal 
iştirak etməsinə səbəb dünya təsərrüfatından təcrid olunmuş halda 
yaşamağın  mümkün  olmamasıdır.  Ona  görə  də  bütün  ölkələr, 
istər yüksək inkişaf etmiş,  istərsə  də  zəif inkişaf etmiş  olsunlar, 
beynəlxalq э т э к  bölgüsündə  iştirak edirlər.  Bu prosesdə  iştirak 
etməkdə məqsəd daha  çox iqtisadi  fayda götürməkdir.  О  dövlət 
daha  çox  fayda  götürür  ki,  dünya  bazanna  çıxardığı  məhsulun 
ölkədə olan maya dəyəri dünya bazannda qərarlaşan qiymətdən 
aşağı olsun.  Bu isə hər bir ölkədə э т э к  məhsuldarlığmm  səviy- 
yəsindən  asılıdır.  Həmçinin  burada  da  bazar  iqtisadiyyatının 
əsasını təşkil  edən rəqabət,  tələb  və təklif qanunlan mühüm rol 
oynayır.
Müasir dövrdə bütün dünya ölkələrinin beynəlxalq эт э к  böl- 
güsündə dünya iqtisadi münasibətlərində bu və ya digər dərəcədə 
iştirak  etmələri  obyektiv zərurətdən irəli  gəlir. Yenicə  müstəqil- 
liyə qədəm qoymuş ölkələrin taleyi beynəlxalq эт э к  bölgüsündə 
iştirak  etməsindən  və  onun  üstünlüklərindən  песэ  yararlanma- 
sından  asılıdır.  Dünya  ölkələri  getdikcə  daha  çox belə  bir prin- 
sipi əsas götürürlər ki,  əgər bu və ya digər məhsul istehsalı baha 
başa gəlirsə,  ölkəyə  lazım olan həmin məhsulları xaricdən ucuz 
qiymətə  əldə  etmək  faydalıdır.  Bu  işdə  isə  nəqliyyat  dəhlizi 
xüsusi əhəmiyyət kəsb edir.
Beynəbcalq  э т э к   bölgüsünü  şərtləndirən  amillərdən  biri  də 
müəyyən məhsul istehsalına görə ölkələrin ixtisaslaşmasıdır.  Bu 
baxımdan ABŞ-ın  taxıl  istehsalı,  Braziliyamn  isə  kofe  istehsalı 
üzrə  ixtisaslaşması  xarakterikdir  (124,  s.605).  Müasir  dövrdə 
Özbəkistan  öz  pambığına,  Qazaxıstan  və  Azərbaycan  neftinə, 
Türkmənistan  isə  qazına  görə  beynəlxalq  э т э к   bölgüsündə 
mühüm yer tutur.  Beynəlxalq эт э к  bölgüsünün əsasım istehsalm


beynəlxalq miqyasda ixtisaslaşması, beynəlxalq mübadilə  təşkil 
edir ki,  bunun  əsasında  da  ölkələr  arasında xarici  ticarət  geniş- 
lənir,  qarşılıqlı  fayda  əldə  edilməsi  mümkün  olur.  Beynəlxalq 
э т э к  bölgüsünün  dərinləşməsi  və  inkişafı  hər  bir  ölkənin  təbii 
və  iqtisadi  resurslanndan  səmərəli  istifadə  etməklə  ölkələrarası 
istehsal  əlaqələrin  genişləndirilməsini,  yük  axınlannın  sürətlən- 
dirilməsini  təmin  edir.  Bu  prosesdə  də  nəqliyyat  dəhlizinin 
əhəmiyyəti çox böyükdür. Müasir beynəlxalq э т э к  bölgüsündən 
bəhs  edərkən  onu  da  qeyd  etmək  lazımdır ki,  dünyanm  inkişaf 
etmiş  ölkələri  ilə  inkişaf  etməkdə  olan  ölkələrinin  beynəlxalq 
э т э к   bölgüsündə  iştirakının  özünəməxsus  xüsusiyyətləri  var. 
Belə  ki,  birinci  qrup  ölkələrin  payına  əhalinin  25  faizi,  ümumi 
məhsulun  80  faizi  düşdüyü  halda,  ikinci  qrup  ölkələrin  payına 
müvafiq  olaraq  əhalinin  75  faizi,  ümumi  məhsulun  isə  20  faizi 
düşür (124, 604).
“İpək  yolu”nun  bərpasmı  şərtləndirən  beynəlxalq  iqtisadi 
amillərdən biri də müstəqillik əldə etmiş postsovet məkanındakı 
ölkələrdə  xammalın,  iş  qüwəsinin  daha  ucuz  olması,  müasir 
texnika  və  texnologiyalann  tətbiqinin  zəif  olması  ilə  bağlıdır. 
Dünya  təcrübəsi  sübut  edir  ki,  о  ölkələr  ki  yenicə  müstəqillik 
əldə  etmişlər,  dövlətçilik  təcrübəsi  zəifdir,  onlar  açıq  qapı 
siyasəti elan edirlər, xarici kapital da sürətlə həmin ölkələrə axır. 
Bu isə həmin ölkələrdə iqtisadi tərəqqiyə təkan verir.
“Qədim Ipək yolu”nun bərpasını tələb  edən beynəlxalq iqti­
sadi  səbəblərdən biri  də  həmin dəhliz üzərində  yerləşən  30-dan 
çox  ölkənin  iqtisadi  maraqlannın  üst-üstə  düşməsi  ilə  şərtlənir. 
Bu,  ilk növbədə,  dəhlizin iqtisadi və  coğrafi baxımdan  əlverişli 
olması  ilə  bağlıdır.  Belə  ki,  “Avropa-Qafqaz-Asiya”  nəqliyyat 
dəhlizi  Rusiya Federasiyasından keçən  şimal  marşrutuna nisbə- 
tən  2000  km  qısadır  və  il  boyu  fasiləsiz  fəaliyyət  göstərmək 
imkanına  malikdir  (126,  1998,  №4,  s.75).  Avropa  Komissiyası 
ekspertlərinin  fikrincə,  “İpək  yolu”nun  tam  bərpasından  sonra 
bu  marşrutla  yüklər  2  dəfə  tez  sürətlə  və  30%  ucuz  mənzil 
başma  çatdmlması  mümkün  olacaqdır  (126,  1998,  №4,  s.75). 
Belə  ki,  əgər  Özbəkistan  öz  pambığım  Qazaxıstan  və  Rusiya 
vasitəsilə  Ukraynaya  çatdırarsa,  onun  hər  tonunun  daşınması


Yüklə

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə