Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə29/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   25   26   27   28   29   30   31   32   ...   89

təmin edilməsi, iqtisadi əlaqələrin ikitərəfli və çoxtərəfli qarşılıqlı 
fayda prinsipi əsasında genişləndirilməsi, infrastruktur sahələrinin 
beynəlxalq  standartlara  uyğun  yenidən  qurulması,  “Tarixi  İpək 
yolu”nun  bərpasını  zəruri  etmişdir.  Digər  tərəfdən  isə  Qərblə 
Şərq arasında iqtisadi körpünün yaradılması, beynəlxalq ticarətin 
inkişaf  etdirilməsi,  inteqrasiya  proseslərinin  dərinləşdirilməsi, 
müstəqillik əldə etmiş ölkələrin beynəlxalq э т э к  bölgüsünə cəlb 
olunması,  dünyanın  əsas  güc  mərkəzlərinin  öz  kapitalının  sər- 
bəst  hərəkəti  üçün  yeni  bazarlara,  xammal  mənbələrinə  nüfuz 
etmələri  “Yeni  Ipək  yolu”nun  yaradılmasına  imkan  vermişdir. 
Avropa  Birliyinin  və  respublika  rəhbərliyinin  köməyi  ilə  bu 
istiqamətdə xeyli iş görülmüş və görülməkdədir.
2.3 “İpək yolu”nun bərpasının siyasi zəruriliyi
Yollar bütün tarixi dövrlərdə xalqların nəinki iqtisadi, həmçi- 
nin  siyasi  və  mədəni  əlaqələrində  də  mühüm  rol  oynamışdır. 
Birgəyaşayış  anlayışmm  ümumbəşəri  düşüncənin  əsasını  təşkil 
etdiyi,  dünyanm  siyasi  mənzərəsində  əsaslı  dəyişikliklərin  baş 
verdiyi, birqütblü dünya sisteminin  formalaşdığı,  gənc müstəqil 
dövlətlərin  yarandığı,  qloballaşma  və  inteqrasiya  proseslərinin 
dərinləşdiyi  müasir  şəraitdə  “İpək  yolu”nun  bərpasının  bütün 
cəhətlərinin, о cümlədən siyasi zəruriliyinin tədqiq edilib öyrənil- 
məsi, Azərbaycanın Cənubi Qafqaz regionunda mühüm geostra- 
teji zonaya çevrilməsində “Yeni İpək yolu”nun artan rolunun, bu 
prosesdə dünya dövlətlərinin siyasi maraqlannm elmi baxımdan 
araşdınlması,  dəyərli  elmi,  siyasi  nəticələrin  çıxanlması  aktual 
məsələlərdən birinə çevrilmişdir.
“Tarixi İpək yolu”nun bərpasına gedən siyasi yol keçən əsrin 
90-cı illərindən -  Sovetlər birliyinin süqutu, postsovet məkanında 
yeni  müstəqil  dövlətlərin  yaranması,  yeni  geosiyasi  şəraitdə 
dünyanın ABŞ, Avropa Birliyi, Yaponiya kimi başlıca güc  mər- 
kəzlərinin (152,281) bu regionlarda demokratiyanm, insan hüquq- 
larınm möhkəmləndirilməsi,  onlann bazar iqtisadiyyatı yolu  ilə 
dünya təsərrüfat sisteminə inteqrasiyasına, zəngin yanacaq eneıji 
ehtiyatlarım müasir texnologiyalarla hasil edib dünya və Avropa


bazanna  çıxanlmasına  olan  maraqlan  ilə  başlanmışdır.  Dünya- 
nın  super  güclərinin  bu  regionlann  Rusiya,  Iran  və  Çin  kimi 
avtoritar-totalitar  dövlətlərin  iqtisadi,  siyasi  təsirlərindən  azad 
edilməsi, Qafqaz və Mərkəzi Asiyada özlərinin geostrateji mövqe- 
lərinin möhkəmləndirilməsi istiqamətində addımlan da nəqliyyat 
dəhlizinin yaradılmasının siyasi nəticələrindən biri olmuşdur.
XX  əsrin  sonlannda  dünyada  yeni  beynəlxalq  münasibətlər 
sisteminin  formalaşdığı,  əsas  güc  mərkəzləri  arasında  geosiyasi 
rəqabətin  kəskinləşdiyi  bir  şəraitdə  tarixi  yol  ayncında  qalan 
Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri  milli  dövlətçiliyini 
iqtisadi və siyasi cəhətdən möhkəmləndirmək, beynəlxalq birliyə, 
dünya iqtisadiyyatına qovuşmaq üçün yeganə  doğru yol  seçərək 
Qərbə üz tutdu. Belə bir şəraitdə də “İpək yolu”nun bərpası, yəni 
yeni  müstəqil  dövlətlər  üçün  dünya  və  Avropa  bazanna  çıxış 
üçün  altemativ nəqliyyat  dahlizinin  yaradılması  məsələsi  siyasi 
planda  Cənubi  Qafqazda  strateji  maraqlannı  reallaşdırmağa 
çalışan  dövlətlərin  diqqət  шэгкэгтэ  keçdi.  Bu  qeyd  olunanlar 
əsasında belə bir nəticəyə gəlmək olar ki, “Tarixi Ipək yolu”nun 
bərpasını zəruri edən siyasi amillər həm beynəlxalq, həm də milli 
regional xarakterli səbəblərlə əlaqədar olmuşdur.
Beynəlxalq siyasi şərtlərdən bəhs edilərkən ilk növbədə yeni 
geosiyasi  şəraitdə  dünyanın  güc  mərkəzlərinin  siyasi  və  geo­
strateji maraqlan nəzərdən keçirilməlidir.
“Yeni  İpək  yolu”nun  yaradılması  ilk  növbədə  dünyanın 
apancı  güc  mərkəzi  olan ABŞ-ın bölgədəki  maraqlan  ilə  bağlı 
olmuşdur. Bu baxımdan Birləşmiş Ştatlann Kanzas ştatından olan 
respublikaçı  senator  Sem  Braunbekin  1998-ci  il  martin  19-da 
“Asiya  cəmiyyəti”  qarşısındakı  çıxışı,  ABŞ  senatının  xarici 
siyasət komissiyasında “İpək yolu strategiyası haqqında  qanun” 
layihəsinin  müzakirəsi  zamanı  edilən  çıxışlar  xüsusi  maraq 
doğurur.  Sem  Braunbek  “Asiya  cəmiyyətindəki”  məruzəsində 
ABŞ-ın  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiyadakı  maraqlannın 
konkret istiqamətlərini açıb göstərərək demişdir:  “Xəzər hövzəsi 
və onun ətrafında yerləşən ölkələr ABŞ üçün həyati əhəmiyyətli 
siyasi,  iqtisadi,  sosial  zonadır.  Birinci,  əsas  səbəb,  bu  ölkələrdə 
Irandan və başqa ölkələrdən şimal istiqamətində  antiqərb təməl-


çiliyin yayılmasmın qarşısının alınması üçün ABŞ-ın bu bölgədə 
möhkəmlənməsi zərurəti ilə bağlıdır. Ikincisi, həmin regiona sər- 
mayə  qoyuluşu  son  nəticədə  ABŞ-nı  qeyri-stabil  olan  İran 
körfəzində  edilən neft ixracındatı asılılığuıın aradan qalxmasını, 
ABŞ-ın və onun müttəfiqlərinin eneıji təhlükəsizliyini təmin edər
üçüncüsü, Rusiya və Cin ətrafındakı güclü bazar iqtisadiyyatına 
malik ölkələr olması, onlann azadlığa gedən daşlı-kəsəkli yoluna 
pozitiv  təsir  göstərə  bilər,  dördüncüsü,  nüvə  silahına  malik  bu 
ölkələrdən Cənuba kütləvi qırğın silahının yayılmasının qarşısını 
ala bilər,  nəhayət,  sonuncusu, həmin region bizə burada azadlıq 
və  demokratiya  ideyalarmı  təbliğ  etmək  üçün  tarixi  şans  verir. 
Kommunizmin  uzun  sürən  hökmranhğından  sonra  bu  regionda 
demokratik  hökumət  institutlannın  inkişafı  plüarist  cəmiyyət- 
lərin meydana gəlməsinə səbəb olmuşdur” (180, 6.05.2000).
Senatorun  fikrincə,  Amerika  regionda  öz  məqsədlərinin 
gerçəkləşdirilməsinin  yeganə  vasitəsi  kimi  region  ölkələri  ilə 
əməkdaşlığı  inkişaf  etdirmək  və  hər  bir  xalqın  suverenliyini 
möhkəmləndirmək siyasətində görür (180, 6.05.2000).
Daha  sonra  o,  çıxışında  regiondakı  hər  bir  dövlətin  özünə- 
məxsusluğunu  göstərərək  qeyd  etmişdir  ki,  onlan  birləşdirən 
ümumi  mənafelər  də  mövcuddur  və  buna  görə  bir  sıra  ümumi 
yanaşmalan  nəzərə  almaq  məqsədəuyğun  olardı.  Birinci  arzu 
edilən budur ki,  Şərq və Qərb nefit kəmərləri Türkiyədən keçsin, 
bu ən münasib variantdır. Azərbaycatı Mərkəzi Asiya  ölkələrini 
Qara  dəniz  hövzəsi  və  Qərb  bazarları  ilə  birləşdirə,  birgə  iqti- 
sadi-siyasi  fəaliyyətə  cəlb  edə  bilər.  Iran  marşrutu  ucuz  başa 
gəlsə də,  Xəzər bölgəsində birgə  iqtisadi,  siyasi niyyətlərimizdə 
itkilərə  səbəb  olar.  Bununla region  ölkələri  Iranın  iqtisadi  giro- 
vuna çevrilə bilər.  İkincisi, ABŞ regionda münaqişələrin həllinə 
yaxından  kömək  etməlidir.  Sovet  respublikalannın  sərhədləri 
bilərəkdən  elə  çəkilmişdir ki,  keçmiş  SSRİ-nin müxtəlif millət- 
lərinin  ittifaqdan çıxmasına imkan verməsin.  Məhz bunun nəti- 
cəsidir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri etnik ziddiy- 
yətlər məkatıma çevrilmiş və regionda sabitliyin pozulması üçün 
təhlükə yaranmışdır. Bunun tipik nümunəsi Dağlıq Qarabağ kon- 
fliktidir.  Üçüncüsü,  Rusiyaya  loyal  münasibət  regional  этэк-


Yüklə

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə