Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə30/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   26   27   28   29   30   31   32   33   ...   89

daşlıq  baxımından  vacibdir.  Bunun  üçün ABŞ  administrasiyası 
Rusiyanı  inandıraıalıdır  ki,  Amerika  bu  regionda  pozitiv  rol 
oynamaq  niyyətindədir.  Elə  hazırda  da  Rusiya  diplomatiyası 
göstərir ki, bu ölkə Qafqaz dövlətlərinin müstəqilliyini, suveren- 
liyini  qəbul  etmir,  burada  qeyri-stabil  vəziyyət  yaradan  tərəf 
kimi çıxış edir. Nəhayət,  эп önəmlisi ABŞ-ın regionda demokra- 
tiyanın, vətəndaş cəmiyyətinin formalaşmasına göstərdiyi kömə- 
yidir” (180, 7.05.2000).
Qeyd  etmək  lazımdır  ki,  ABŞ-ın  Yaxın  Şərq  institutu  ölkə 
siyasətinin  formalaşdmlmasında  mühüm  rol  oynayır,  bu  İnsti- 
tutda  apanlan  elmi  tədqiqatlar Ağ  evə,  Dövlət  Departamentinə, 
Senata,  Konqresə  və  digər  təşkilatlara  təqdim  olunur  və  onun 
əsasında siyasət xətti formalaşdınlır. Bir çox hallarda isə İnstitu- 
tun  tövsiyələri  konkret  siyasi  diplomatik  addımlara  çevrilir 
(59,67).  Bu  baxımdan  ABŞ  konqresində  “İpək  yolu  qanun” 
layihəsinin müzakirəsi xüsusilə diqqəti cəlb edir. Bu müzakirələr 
göstərmişdir ki, ABŞ-ın  “İpək yolu”  strategiyasında bütövlükdə 
adı  çəkilən  region  ölkələri  içərisində  Azərbaycanın  geosiyasi 
mövqeyi  xüsusi  yer tutur.  ABŞ  prezidentinin Xəzər hövzəsində 
eneıji  siyasəti  üzrə  keçmiş  müşaviri  səfir  Riçard  Mominqstar 
1998-ci  ilin  noyabnn  18-də  Vaşinqtonda  Senatın  Dirksen bina- 
sında  keçirilən  “Avrasiya  nəqliyyat  dəhlizi:  əfsanə  və  reallıq” 
adlı  konfransdakı  çıxışında  regionda  Amerika  siyasətinin  dörd 
üstün  istiqamətini  vurğulamışdır.  Birincisi,  region  ölkələrinin 
suverenliyinin  və  müstəqilliyinin  möhkəmləndirilməsi;  ikincisi, 
Amerika şirkətləri üçün ticarət imkanlannın yaranması və geniş- 
ləndirilməsi;  üçüncüsü,  Xəzərin  zəngin  karbohidrogen  ehtiyat- 
lannın  fasiləsiz  daşınması  yolu  ilə  ABŞ-ın  enerji  təhlükəsiz- 
liyinin təmin edilməsi; dördüncüsü, regional etnik münaqişələrin 
həlli (126,  1998, №4,67).
Göründüyü  kimi,  qloballaşma  siyasi  strategiyası  ABŞ-ın 
Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri  ilə  bağlı  xarici  siyasətində 
mühüm  yer  tutur  və  iqtisadi  inteqrasiya,  texnoloji  inteqrasiya, 
siyasi-mədəni  inteqrasiya,  dinamizm,  qlobal  təhlükəsizliyin 
təmin  edilməsi  kimi  mühüm  istiqamətləri  əhatə  edir  (179,67). 
Görkəmli  amerikan  siyasətçisi  və politoloqu Zbiqnev  Bjezinski


“Böyük şahmat taxtası” adlı əsərində qeyd etmişdir ki, “Azərbay- 
can  Xəzər  dənizi  və  Mərkəzi  Asiyanın  sərvətlərinin  Avropaya 
açılması üçün açar əhəmiyyətinə malikdir (212, 62). ABŞ Cənubi 
Qafqaz  və  Mərkəzi  Asiya  siyasətində  ehtiyatla  hərəkət  etməli, 
sabitliyi pozmamağa çalışmalıdır” (212,241). О daha sonra yazırdı 
ki,  “ABŞ  dünyanın  şahmat  taxtasında  perspektivə  əsaslanan 
gedişlər edir, perspektiv gedişlər 3  mərhələyə bölünür: birincisi, 
5  illik,  ikincisi,  20  illik,  üçüncüsü,  20  ildən  yuxarı.  Göstərilən 
müddət  ərzində  ABŞ  dünyanın  təhlükəsizlik  sistemini  həyata 
keçirir, Avropa ABŞ-ın yeni dünya qaydası sisteminə uyğunlaşır, 
Azərbaycan Avropa ölkəsi kimi dünyanın yeni qaydası sistemini 
qəbul  edir  və  özünün  təhlükəsizliyini  bu  sistemdə  görür.  Buna 
görə də Azərbaycan, tədricən olsa da, Avropa strukturlanna qəbul 
edir, Avropa isə Azərbaycanı  strateji əhəmiyyətli dövlət kimi  öz 
siyasi  strukturlanna  qəbul  edir”  (212,241).  Zbiqnev  Bjezinski 
həmçinin  qeyd  etmişdir  ki,  “Rusiya  Qafqazı  xarici  qüwələrə 
bağlamaq üçün  siyasi  cəhətdən zəifdir.  Qafqazın nəqliyyat qov- 
şağmdan,  Rusiya kənarlaşdırılır, Azərbaycana,  Gürcüstana, Tür- 
kiyəyə üstünlük verilir” (212, 348).
90-cı  illərdə  baş  verən  siyasi  proseslərdə  ABŞ  yeni  dünya 
qaydasının  yaradılmasında  bu  məsləhətə  əsaslanır  və  maraq 
dairəsində  olan  ölkələri  öz nəzarətində  olan  siyasi  sistemə  cəlb 
etməyə  çalışır,  geosiyasi  rəqabətdə  Rusiyanı  bütün  istiqamət- 
lərdə sıxışdınrdı.
“İpək yolu”nun bərpasının mühüm beynəlxalq siyasi  amillə- 
rindən biri  də  dünyanm digər nüfuzlu  güc  mərkəzlərindən  olan 
Avropa Birliyinin müstəqillik əldə etmiş Cənubi Qafqaz və Mər- 
kəzi Asiya ölkələrinin müstəqilliyinin iqtisadi və siyasi cəhətdən 
möhkəmləndirilməsinə  yönəlmiş  investisiya  və  texniki  yardım 
siyasəti ilə bağlı olmuşdur.  Bu siyasətin əsas istiqamətləri aşığı- 
dakılardır:
1.  Dünya və Avropa bazarlanna çıxış üçün altemativ nəqliy- 
yat marşrutunun yaradılması;
2. TRASEKA proqramı üzrə layihələrin reallaşdmlması üçün 
beynəlxalq  maliyyə  qurumlannın,  özəl  investorlann  cəlb  edil- 
məsinə maksimum kömək göstərilməsi;


3.  TRASEKA proqramının iştirakçısı  olan dövlətlərin regio­
nal əməkdaşlığının genişləndirilməsi;
4. Avrasiya nəqliyyat dəhlizinin Transavropa nəqliyyat şəbə- 
kələri ilə optimal inteqrasiyasına nail olunması (223, 5).
1998-ci ilin sentyabnnda “İpək yolu”nun bərpasına həsr edil- 
miş  Beynəlxalq  Bakı  konfransında  Avropa  Komissiyası  nüma- 
yəndə heyətinin başçısı Fransua Lyamuren  öz çıxışmda qurumun 
Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri  ilə  bağlı  siyasətini 
belə  açıqlamışdır:  “Avropa  Birliyi  müstəqillik  əldə  etmiş  ölkə- 
lərin  islahatlar,  demokratiya,  plüarizm və bazar  iqtisadiyyatının 
sabit  inkişafı  yolundakı  fəaliyyətini  dəstəkləmək  niyyəti  ilə  bu 
bölgədə ən böyük beynəlxalq donor olmuşdur.  TRASEKA proq- 
rammın  son  məqsədi  müasir  nəqliyyat  sistemi,  infrastrukturlar 
və daşıma sistemləri yaradılmasından, bu sistemləri Tratısavropa 
şəbəkələri ilə birləşdirməkdən ibarətdir (126,  1998, №4, s.6).
‘İpək yolu”nun bərpasına həsr edilmiş beynəlxalq Bakı kon- 
fransında  iştirak  etmiş  Almaniya  nümayəndə  heyətinin  başçısı 
Valter  Kittel  nəqliyyat  dəhlizi  ilə  bağlı  öz  ölkəsinin  mövqeyini 
açıqlayaraq demişdir: “Federal hökumət TRASEKA-nı müəyyən 
model hesab  edir.  Bir tərəfdən bu layihə region dövlətlərinin öz 
arasında  əməkdaşlığını  inkişaf etdirir,  regiondakı münaqişələrin 
həllinə  müsbət  təsir  göstərir,  digər  tərəfdən  isə  layihə  region 
ölkələri ilə Avropa Birliyi arasındakı  əməkdaşlığı inkişaf etdirir. 
Bizim hökumət bu region ölkələri müstəqillik qazandıqdan sonra 
onlarrn  beynəlxalq  birliyə,  dünya  iqtisadiyyatına  qovuşmasına, 
həmin  ölkələrdə  iqtisadiyyatda,  siyasətdə  və  cəmiyyətdə  lazımi 
islahatlar  keçirilməsinin  dəstəklənməsi  işinə  birmənalı  şəkildə 
var  qüwəsi  ilə  qoşulmuşdur”  (126,  1998,  №4,  s.18).  Təsadüfi 
deyil  ki,  Almaniya  nümayəndəsi  dünyanın  15  ölkəsini  birləş- 
dirən  Berkerorf konfransının  1998-ci  il  dekabnn  28-də  Bakıda 
keçirilmiş  113-cü  iclasında  bir  daha  bu  məsələyə  qayıdaraq 
Azərbaycanı  Avropada  gedən  proseslərə  yaxınlaşdırmaq,  İpək 
yolu marşrutunun Asiya, Xəzər dənizi və Dunay çayı vasitəsi ilə 
Almaniyaya qədər uzadılmasında maraqlı  olduğunu qeyd etmiş- 
dir  (179,199).  Bu  isə  aydın  göstərir  ki,  “Böyük  İpək  yolu”nun 
bərpası  dünyanın aparıcı dövbtbrinin strateji maraqlannm real-


Yüklə

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə