Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə38/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   34   35   36   37   38   39   40   41   ...   89

yükdaşımalarda əsas yeri dəmir yolu, sonrakı yeri isə dəniz nəq- 
liyyatı tutur.  Dəhlizdə tranzit daşımalarda isə birinci yeri  dəniz, 
sonrakı  yeri  isə  dəmir  yolu  nəqliyyatı  tutur.  Respublika  üzrə 
təkcə  2004-cü  il  ərzində nəqliyyat  sahəsində  göstərilən xidmət- 
lərin  ümumi  həcmi  5,2  trilyon  manat  olmuşdur  (7).  Müxtəlif 
illərdə nəqliyyat növləri üzrə yükdaşımanın özünəməxsus xüsusi 
çəkisi və strukturu olmuşdur. Bunu cədvəl 3.1-də verilmiş statis- 
tik göstəricilərdən aydın görmək olar (35).
Cədvəl 3.1
Azərbaycan Respublikasında müxtəlif nəqliyyat növləri 
üzrə yükdaşımanm illər üzrə faizlə nisbəti
Nəqliyyat
növləri
1990
1995
1998
1999
2000
2001
2002
2003
Dəmir yolu
28,9
21,5
24,6
20,6
19,8
16,6
17,7
18,5
Dəniz
6,4
13,6
14,9
10,7
11,0
11,1
11,6
12,1
Hava
0,01
0,10
0,10
0,10
0,05
0,03
0,03
0,03
Boru kəmər
9,5
31,5
26,3
22,0
18,8
17,8
16,1
15,7
Avtomobil
55,2
33,3
34,1
46,6
50,4
54,5
54,6
53,7
Cədvəlin  təhlili  göstərir  ki,  müstəqilliyin  müxtəlif illərində 
nəqliyyat növləri üzrə ümumi yükdaşımada ilkin yeri avtomobil 
nəqliyyatı,  sonrakı yerləri isə dəmir yolu,  dəniz, boru-kəməri və 
hava nəqliyyatı tutmuşdur. Avrasiya nəqliyyat dəhlizi  fəaliyyətə 
başladıqdan  sonra  ilkin  yerdə  dəmir  yolu  nəqliyyatı,  sonrakı 
yerlərdə isə dəniz,  avtomobil və hava nəqliyyatı  durur. Təbii ki, 
yükdaşımada nəqliyyat növləri üzrə formalaşmış müvafiq struk- 
tur yükdaşmıalardan əldə olunan gəlirlərdən birbaşa asılılıq yara- 
dır.  Bununla belə, hansı nəqliyyat növünün yükdaşımada irəlidə 
getməsindən  asılı  olmayaraq,  bu  prosesin  ölkə  iqtisadiyyatının 
inkişafında mühüm rolu vardır.
Respublika nəqliyyat sisteminin mühüm tərkib hissəbrindən 
birini dəmir yolu nəqliyyatı təşkil edir. Təkcə 2005-ci ildə ümumi 
nəqliyyat sektorunda daşınmış  128  008 min ton yükün 20,5  %-i 
və  ya  26  201  min  tonu  dəmir  yolu  nəqliyyatının  payma  düş-


müşdür (32) TRASEKA proqramı çərçivəsində fəaliyyət göstərən 
Avrasiya  nəqliyyat  dəhlizinin  Azərbaycan  hissəsində  isə  bu 
müddətdə  daşınmış  46  740,5  min  ton  yükün  52,8  %-i  və  ya
24  684,56 min tonu dəmir yolu nəqliyyatı vasitəsilə daşınmışdır 
(8).  “Yeni  İpək yolu”nun  fəaliyyəti  respublika  dəmir yolu  nəq- 
liyyatının dünya standartlanna uyğun yenidən qurulmasmı tələb 
etmişdir.  Bu  məqsədlə  Avropa  Birliyi  TRASEKA  proqramına 
uyğun  olaraq  texniki  yardım  layihəsi  çərçivəsində  dəmir  yolu 
üçün ümumi  dəyəri  13  mln avro olan  10  layihə reallaşdırmışdır 
ki, bunlann da 6-sının birbaşa Azərbaycana aidiyyəti olmuşdur.
Avropa  Birliyi  dəmir  yollannın  bərpası  ilə  bağlı  həmçinin 
TRASEKA  proqramı  çərçivəsində  ümumi  büdcə  dəyəri 
22 075 min avro olan 4 investisiya yardım layihəsi hazırlamışdır 
ki, bunlarm 4-nün də Azərbaycana aidiyyəti vardır. Azərbaycanla 
bağlı həyata keçirilən layihələr aşağıdakılardır:
1)  “Qafqaz dəmir yollannın bərpası”  adlı investisiya yardım 
layihəsi;
2) “Bakıda dəmir yolu çənlərinin yuyulması” adlı investisiya 
yardım layihəsi;
3) “Azərbaycan, Gürcüstan və Ermənistan dəmir yollan üçün 
kommunikasiya və siqnalizasiyanın təkmilləşdirilməsi ilə əlaqə- 
dar optik kabel xəttinin alınması” üzrə investisiya yardım layihəsi;
4) “Azərbaycan dəmir yolu üçün çənlərin alınması” haqqmda 
investisiya yardım layihəsi (223, 52).
“İpək yokTnun bərpası ilə əlaqədar Azərbaycan Dövlət Dəmir 
Yolu  Idarəsində  Rumıniya  dəmir  yolunun  baş  nümayəndəliyi 
fəaliyyət göstərməyə başlamışdır. Nümayəndəliyin əsas vəzifəsi 
Konstansa-Batumi  Ьэгэ-keçidindən  istifadə  etməklə  TRASEKA 
dəhlizinə yük axını cəlb etmək, Qafqaz, Mərkəzi Asiya və dünya- 
nın  hər  hansı  bir  nöqtəsi  ilə  əməkdaşlığın  genişləndirilnıəsidir 
(244, 2002, №2, s.5). Qeyd etmək lazımdır ki, bu nümayəndəliyin
108 
vaqon  götürə  bilən  2  gəmi-bərəsi  vardır ki,  bunlar da  ayda
2  dəfədən  az  olmayaraq  Konstansa-Batum,  Konstansa-Derinje 
istiqamətində üzürlər (244,2002, №2, s.5).
TRASEKA proqramı  çərçivəsində  dəmir  yolu  nəqliyyatının 
köməkçi sahələrinin yaradılması istiqamətində də müəyyən işlər


apanlmışdır. Belə ki, 2002-ci ilin maymdan dəmir yolu yatağına 
döşəmək üçün  dəmir-beton  şpallar  istehsal  edən  zavodun tikin- 
tisinə başlamlmış, həmin il avqustun 14-də Bakının Dəməgül qəsə- 
bəsində zavodun təntənəli açılışı olmuşdur. Ərazisi 5 min kv km 
olan bu zavod эп müasir alman texnologiyası  əsasında Almani- 
yanın “SP Volter Bay” və Türkiyənin “Tele-lnşaat” firması tərə- 
findən Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda 
dəmir  yolu  təsərrüfatının  inkişafı  üçün  ayırdığı  20,2  mln  avro 
kredit əsasında inşa edilmişdir.  Zavodun tikintisinə 2,4 mln dol­
lar  xərclənmişdir.  Normal  fəaliyyətə  başladıqdan  sonra  müəs- 
sisənin  istehsal  gücü  gündəlik  200  vahid  olmaqla  ildə  350  min 
şpal  təşkil  edir.  Bu  zavod  yaxın  xaricə  də  şpal  ixrac  edə  bilər. 
2002-ci  ilin  sonuna  kimi  zavodda  130  min  şpal  istehsal  edil- 
mişdir  ki,  bu  da  75  km-lik  dəmir  yolu  xətti  üçün  kifayətdir. 
Lakin bu zavod  1  ildən sonra fəaliyyətini dayandırmışdır.
2005-ci  ildə  Hacıqabulda  yeni  şpal  zavodunun  tikintisinə 
başlamlmış, 2006-cı ilin sonunda inşaat işləri başa çatmışdır. Bu 
zavod Qafqaz regionu və Xəzər dənizi hövzəsi ölkələrində müa- 
sir  standartlara  cavab  verən bu  tipli  yeganə müəssisədir.  Zavod 
ildə 240 min  ədəd şpal istehsal  etmək imkanına malikdir ki,  bu 
da  70-80  km  dəmir yolu  xəttinin  tikintisi  üçün  kifayətdir.  Ölkə 
prezidenti  İlham  Əliyev  2007-ci  ilin  avqustunda  Hacıqabulda 
olarkən bu zavodun işi ilə tanış olmuşdur (23, 25.08.2007).
Qeyd  etmək  lazımdır  ki,  şpal  istehsalı  Azərbaycan  Dövlət 
Dəmir  Yolu  İdarəsinə  ildə  2  mln  dollara  qədər  vəsaitə  qənaət 
etməyə imkan yaratmışdır (244, 2002,№2,s.5).
“Tarixi  İpək  yolu”nun  bərpası  ilə  əlaqədar  dəmir  yolu  nəq- 
liyyatının  inkişafı  istiqamətində  mühüm  addımlardan  biri  də 
sahənin maddi-texniki bazasınm yeniləşdirilməsidir. Bu istiqamətdə 
artıq müəyyən işlər görülmüşdür. Avropa Yenidənqurma və Inki- 
şaf Bankının  verdiyi  4,5  mln  avro  kredit  əsasında Avstriyadan 
Azərbaycana yeni dəmir yolu vaqonlannın gətirilməsi (206,164),
2001-ci  ildə  Almaniyanın  “Simens”  firması  tərəfindən  Bakı- 
Böyük-Kəsik  stansiyası  arasında ümumi uzunluğu  503  km  olan 
fiber optik rabitə xəttinin çəkilməsi buna misal ola bilər.  Sonuncu 
rabitə  xəttinin  yeniləşdirilməsi  layihəsi Avropa  Birliyinin  7  mln


Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə