Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə40/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   36   37   38   39   40   41   42   43   ...   89

netinin  12 oktyabr 1998-ci il tarixli 6 saylı qəranna uyğun olaraq 
2002-ci  ilə  qədər  fəaliyyət  göstərmiş Azəravtonəqliyyat  Dövlət 
Konsemində Lisenziya Idarəsi yaradılmış, fiziki və hüquqi şəxs- 
lər lisenziya alaraq nəqliyyat fəaliyyəti ilə məşğul olmaq imkanı 
qazanmışlar (5). Həmçinin Azərbaycan Respublikası Prezidentinin 
“Qədim  İpək  yolu”nun  bərpası  üzrə  Bakı  konfransının  qərarla- 
nnın  yerinə  yetirilməsi  haqqında”  26  oktyabr  1998-ci  il  tarixli 
fərmanına müvafiq olaraq Konsem tərəfindən hazırlanmış mate- 
riallar  əsasında  Azərbaycan  respublikası  avtomobil  nəqliyyatı 
sahəsində bir sıra beynəlxalq konvensiya və sazişlərə qoşulmuş- 
dur (11).
Azərbaycan  avtonəqliyyatçılan  öz  fəaliyyətini  “İpək  yolu”- 
nun Ьэфаз
1
 istiqamətində geniş miqyasda davam etdirərək Avropa 
və Asiyanın başlıca nəqliyyat strukturları ilə əlaqələr yaratmışlar. 
Belə  ki,  Azərbaycan  Respublikası  “Beynəlxalq  Avtodaşıyıcılar 
İttifaqına”  (İRU),  “Beynəlxalq  Ekspeditorlar  Assosiasiyasına 
(FlATA),  “Nəqliyyat Nazirlərinin Avropa Konfransına”  (ESMT) 
həqiqi və tam səlahiyyətli üzv kimi qəbul edilmişlər (11). Bununla 
yanaşı, Azərbaycan avtonəqliyyatçılan respublikamızın üzv olduğu 
“Qara Dəniz  İqtisadi Əməkdaşlıq Təşkilatı,  “Nəqliyyat Koordi- 
nasiya Müşavirəsi”,  “İqtisadi Əməkdaşlıq Təşkilatı” kimi regio­
nal  və  beynəlxalq  qurumlann  nəqliyyat  sahəsində  keçirdikləri 
beynəlxalq tədbirlərdə yaxından iştirak etmişdir (11).
Eyni  zamanda  nəqliyyat  sahəsində  daxili  və  xarici  siyasəti 
müəyyənləşdirmək,  dünya təcrübəsinə  mümkün  qədər yaxınlaş- 
maq  məqsədilə  Azəravtonəqliyyat  Dövlət  Konsemində  (indiki 
Nəqliyyat Nazirliyi)  müəyyən qammverici və normativ sənədlər 
hazırlanmışdır. Məsələn, bunlardan “Nəqliyyat haqqmda”, “Dövlət 
yol  fondu  haqqında”,  “Avtomobil  yollan  haqqında”  qanunlan, 
Azərbaycan  Respublikasının  ərazisində  beynəlxalq  avtomobil 
daşımalannı  tənzimləyən  “İcazə  sisteminin  tətbiqi”  haqqında, 
“Azərbaycan  Respublikasında  avtomobil  nəqliyyatı  ilə  beynəl- 
xalq  və  şəhərlərarası  səmişin  və  yük  daşınmasına,  nəqliyyat- 
ekspeditor  xidmətinə  razılıq  verilməsi  qaydasının  təsdiq  edil- 
məsi haqqındakı” sənədləri göstərmək olar (11).


2006-cı ilin ortalanna qədər olan müddətdə Azərbaycan Res- 
publikası  ilə  14  ölkə  arasında  beynəlxalq  avtomobil  əlaqələri 
haqqında  saziş imzalanmış,  34 о1кэ  ilə kvota əsasında тйэууэп 
edibniş, qarşılıqlı razılaşmalara müvafiq icazə blanklanmn müba- 
diləsi  həyata  keçirilməyə  başlanmışdır.  Bu  sahədə  Azərbaycan 
avtonəqliyyatçılannın  gündəlik  fəaliyyəti  avtomobil  daşımalan 
sahəsində respublikamızın qoşulduğu  12 beynəlxalq konvensiya 
və  sazişlə tənzimlənir (177,  2006,  №3,  s.9).  TRASEKA dəhlizi 
Avropanın IV, VIII,  IX Krit dəhlizlərinin davamı kimi Azərbay- 
can ərazisindən keçərək Avropa ilə Asiyanı birləşdirir (11).
Son  illərdə  ölkə  başçısı  İlham  Əliyevin  sahənin  inkişafına 
diqqəti  daha  da  artmışdır.  Belə  ki,  Respublika  Prezidentinin 
“Avtomobil yollan sahəsində məqsədli büdcə  fondunun yaradıl- 
ması haqqında”  12 oktyabr 2006-cı il tarixli sərəncamı, “Azərbay- 
can  respublikasının  yol-nəqliyyat  kompleksində  idarəetmənin 
təkmilləşdirilməsi tədbirləri haqqmda” 2007-ci il 22 fevral tarixli 
sərəncamı,  həmçinin  4784  km-lik  yolun Nəqliyyat Nazirliyinin 
balansına  verilməsi,  ölkəmizdə  avtomobil  yollan  şəbəkəsinin 
inkişafına həsr olunmuş  12 mart 2008-ci il tarixli müşavirə, yol- 
nəqliyyat kompleksinin inkişafi üçün aynlan vəsaitlərin artınlması 
buna  misal  ola  bilər.  Belə  ki,  əgər  2004-cü  ildə  yol-nəqliyyat 
kompleksinə aynlan vəsaitin həcmi  16,3 mln manat olmuşdursa,
2006-cı ildə 50 mln manat, 2007-ci ildə  130 mln manata çatmış, 
2008-ci  ildə  isə  162  mln  manat  vəsaitin  aynlması  nəzərdə 
tutulmuşdur (180,13.111.2008).
Bakı şəhərində nəqliyyatın hərəkətinin intellektual idarə edil- 
məsi sistemlərinin yaradılması haqqmda ölkə Prezidentinin 2007-ci 
il 26 oktyabr tarixli sərəncammın icrası ilə əlaqədar olaraq Nəq- 
liyyat Nazirliyi Cənubi Koreya mütəxəssisləri ilə birlikdə tədqiqat 
işi  apanr.  Icrasına  2008-ci  ildən  başlanılmış  layihənin  2010-cu 
ildə başa çatması nəzərdə tutulmuşdur (180,13.03.2008).
Göründüyü kimi, “İpək yolu”nun bərpası ilə əlaqədar respub- 
likamızda  avtomobil  nəqliyyatının  inkişafı  sahəsində  Avropa 
Birliyinin texniki və investisiya yardım layihəbrinin, ölkə rəhbər- 
liyinin  sahəyə  olan  qayğısının  artmlmasının,  apanlan  əsaslı 
struktur  dəyişikliyinin,  avtonəqliyyatçılann  öz  işini  beynəlxalq


tələblər  baxımından  yenidən  qurmasının,  beynəlxalq  nəqliyyat 
qurumlanna  üzv  olmasının,  konvensiya  və  sazişlərə  qoşulma- 
sının böyük əhəmiyyəti olmuşdur.
Azərbaycanın müasir nəqliyyat sisteminin çox mühüm tərkib 
hissələrindən  biri  dəniz  nəqliyyatıdır.  1996-2000-ci  illərdə  res- 
publika  üzrə  ümumi  yükdaşımanın  ildə  orta  hesabla  11,6  %-i 
dəniz nəqliyyatının  payına  düşmüşdür  (23,  8.02.2003).  Sonrakı 
illərdə  də  dəniz  nəqliyyatı  əhəmiyyətli  rol  oynamaqda  davam 
etmişdir. Təkcə 2005-ci il ərzində respublika üzrə ümumi yükda- 
şımanın  10,6  %-i  və  ya  respublika üzrə  daşınmış  128  008  min 
ton yükün  13  681  min tonu dəniz nəqliyyatının payına düşmüş- 
dür (32,98). Bu müddətdə Avrasiya nəqliyyat dəhlizinin Azərbay- 
can hissəsində daşnmıış 46 740, 5 min ton yükün isə  18,1%-i və 
ya 8 488,1 min tonu dəniz nəqliyyatı ilə apanlmışdır (8).
“İpək  yolu”nun  bərpası  dəniz  nəqliyyatının  da  inkişaf etdi- 
rilməsini,  öz  fəaliyyətini  beynəlxalq  nəqliyyat  qurumlannın  işi 
ilə əlaqələndirilməsini, müasir dövrdə dünya yükdaşımalan baza- 
nnda qarşıya çıxan kəskin rəqabətdə uduzmağın qarşısını almaq 
üçün  nəqliyyat  donanmasının  yeniləşdirilməsini  tələb  edirdi. 
Məhz  buna  görə  də  Xəzər  Dəniz  Gəmiçiliyi  İdarəsi  öz  daxili 
imkanlan hesabına nəqliyyat donanmasının yeniləşdirilməsi isti- 
qamətində  fəaliyyətini  davam etdirmişdir.  Belə  ki,  əgər 2002-ci 
ilin may ayına qədər Xəzər Dəniz Gəmiçiliyinin nəqliyyat donan- 
masının  sərəncamında  34  ədəd  maye  yükləri  daşıyan  tanker,
27  quru  yükləri  daşıyan  gəmi  və  8  gəmi-bərə  fəaliyyət  göstər- 
mişdirsə (113), 2002-ci il mayın 6-da yük tutumu 8 min ton olan 
“Mayestro  Niyazi”  adlı  quru  yük  gəmisi,  2003-cü  ilin  avqus- 
tunda “prof.  Əziz Əliyev” adlı gəmi, həmin ilin dekabnn  sonla- 
nnda  “C.Məmmədquluzadə”  adlı  tanker,  2004-cü  ilin  noyabnn 
3-də 12 min ton yük tutumu olan “Heydər Əliyev” adlı gəmi, həmin 
ilin noyabnn  12-də  “Babək”  adlı tanker,  2005-ci  ilin  fevralında 
“Bülbül” adlı gəmi, 2008-ci ilin yanvann 8-də isə “Zərifə Əliyeva” 
adlı  gəmi-Ьэгэ  Bakıya gətirilərək  istismar edilməyə başlamışdn- 
(117).  Bütün  bunlar  nəqliyyat  dəhlizinin  fəaliyyətinə  müsbət 
təsir göstərmişdir.


Yüklə

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə