Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə41/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   37   38   39   40   41   42   43   44   ...   89

2001-ci ilin sonunda Dövlət Xəzər Dəniz Gəmiçiliyi Beynəl- 
xalq Dəniz təşkilatımn 74-cü sessiyasında təşkilat üzvlərinin yek- 
dil rəyi  əsasında ağ siyahıya  salınmış,  onun fəaliyyətinə yüksək 
qiymət verilmişdir (227).  Sahənin inkişaf etdirilməsi üçün 1999-cu 
ilin  dekabnnda Azərbaycan hökuməti Avropa Yenidənqurma və 
İnkişaf Bankı ilə bərə terminalının yenidən qurulması və bərpası 
ilə  əlaqədar  16,2  mln  dollarlıq  kredit  sazişi  imzalamış  (227), 
“Tasis”  proqramı  çərçivəsində  gəmiçilik üçün  “№TN  92AZ01” 
layihəsi  üzrə  nəqliyyat  donanmasının  inkişaf etdirilməsi,  Ьэгэ- 
gəmilərə  ehtiyat  hissələri  alınması  üçün  2  mln  335  min  ekyü 
ayrılması  nəzərdə  tutulmuş,  2002-ci  ilədək  olan  müddətdə 
423  min  ekyü  məbləğində  ehtiyat  hissələri  alınmışdır  (227). 
Avropa Birliyi  “Tarixi  İpək yolu”nun bərpası  ilə  əlaqədar dəniz 
nəqliyyatı üçün TRASEKA proqramı çərçivəsində ümumi dəyəri
4,8  mln  avro  olan  4  texniki  yardım  layihəsi  hazırlamışdır  ki, 
bunların da 3-nün gerçəkləşdirilməsinin Azərbaycana ciddi  fay- 
dası olmuşdur (223,43-45).
Avropa  Birliyi  həmçinin  investisiya  layihələri  çərçivəsində 
də Azərbaycanda  dəniz nəqliyyatının  inkişafma,  yenidən  qurul- 
masuıa xeyli yardım göstərmişdir. Belə ki, TRASEKA proqramı 
çərçivəsində Avropa Birliyi dəniz nəqliyyatı üçün ümumi büdcə 
dəyəri 8 925 min avro olan 3 investisiya layihəsi hazırlayıb həyata 
keçirmişdir  ki,  bunun  da  ikisinin  Azərbaycana  aidiyyəti  vardır. 
Azərbaycanın iştirakını nəzərdə tutan investisiya yardım layihə- 
lərinin reallaşduılması  Bakı  ilə  Türkmənbaşı  limanlan  arasında 
yüklərin qəbul edilib yola salınmasını,  saxlanmasını, konteyner- 
lərin  yüklənməsini  yaxşılaşdırmağı,  gəmiləri  müasir  naviqasiya 
qurğulan ilə təchiz etməyə imkan vermişdir.
“İpək yolu”nun bərpasına həsr edilmiş  1998-ci il beynəlxalq 
Bakı konfransının nəqliyyat haqqmda çoxtərəfli sazişinin beynəl- 
xalq ticarət gəmiçiliyi üzrə sazişinə texniki əlavəsində nəqliyyat 
donanmasının vəzifələri,  beynəlxalq  ticarət  gəmiçiliyinin,  həm- 
çinin  tranzit  daşımalannın  tənzim  edilməsi,  gömrük  və  liman 
prosedurlannm maksimum sadələşdirilməsi, yük və səmişin daşı- 
narkən gəmiçlik kompaniyalanmn, yük bazan və gəmiçiliklə bağlı 
digər  təşkilatlarla  six  əməkdaşlıq  etməsi  öz  əksini  tapmışdır


(126,  1998,  №1,  s.16).  TRASEKA proqramı  çərçivəsində  keçi- 
rilmiş  konfranslarda  da  dəniz  nəqliyyatının  Avrasiya  nəqliyyat 
dəhlizində fəaliyyətinin yaxşılaşdınlması məsələlərinə baxılmış- 
dır. Belə ki, 2002-ci il aprelin 24-25-də TRASEKA Hökumətlər- 
arası  Komissiyasının  Daşkənddə  keçirilmiş  konfransında  dəniz 
nəqliyyatı üzrə məsələlərə baxılmış, yükdaşımalann bu nəqliyyat 
növü  ilə  təhlükəsizliyinin  və  rəqabət  qabiliyyətinin  artınlması 
üçün aşağıdakı qərarlar qəbul edilmişdir:
1) TRASEKA regional layihələrinin reallaşdmlması gedişində 
vahid  tranzit  rüsumlannın  və  tariflərinin  qoyulması  məqsədilə 
limanlarda yükvurma, yükboşaltmanm öyrədilməsi, dəhlizin rəqa- 
bət qabiliyyətinin artınlması üçün təkliflərin hazırlanması;
2) TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katib- 
liyinin rəhbərliyi altında Dövlət Dəniz administrasiyasının, Xəzər 
Dəniz  Gəmiçiliyinin,  liman  rəhbərliyinin,  gəmi  sahibkarlarının, 
dəmir  yolu  rəhbərliyinin  nümayəndələrinin  iştirakı  ilə  komissi- 
yanın yaradılması;
3)  Dəniz  nəqliyyatı  işçi  qrupuna  aşağıda  qeyd  olunanlann 
hazırlanması tapşınlmışdır (235).
-  Əsas  saziş  tərəfdaşlannın dəniz nəqliyyatında tarif siyasə- 
tinin yaxınlaşdmlması üçün təkliflərinin hazırlanması;
-   Əsas  sazişin  texniki  əlavəsi  üçün  rüsum  və  limanlarda 
xidmətin yaxşılaşdırılması;
-   Əsas  saziş  iştirakçısı  ölkələrinin  milli  rejimlərinə  uyğun 
razılaşdınlmış layihənin hazırlanması;
-  TRASEKA milli katibliyi ilə birgə nəqliyyat donanmasının 
lazımi  səviyyədə  saxlanılması,  yeniləşdirilməsi,  yük  axınının 
fasiləsiz keçməsi üçün zəruri təkliflərin təqdim olmıması;
-   TRASEKA  milli  katibliyi  ilə  birgə  Qara  dəniz  və  Xəzər 
dənizi  hövzəsində  üzmə  təhlükəsizliyini  təmin  edən  naviqasiya 
sistemlərinin  yeniləşdirilməsi,  modemləşdirilməsinə  dair  zəruri 
təklif və layihələrin təqdim edilməsi;
-   TRASEKA milli  katibliyinin  dəniz  nəqliyyatının  mövcud 
konsepsiya və proqramlara dair təkmilləşdirilməsi üçün müvafiq 
nazirlik,  idarə  və  təşkilatlarla  əlaqələr  yaradılması,  təkliflərin 
hazırlanıb TRASEKA Daimi Katibliyinə təqdim edilməsi;


-   Qulluqçuların  ixtisasının  artırılması,  inzibati  təsir yolu  ilə 
donanmanın  təhlükəsizliyinin,  ekoloji  tarazlığın  yüksəldilməsi 
üzrə təklifbrin verilməsi;
-   TRASEKA Daimi  Katibliyinin  dəniz  nəqliyyatı  üzrə  tex­
niki ekspert qrupu ilə aşağıdakı məsələlərə baxılması zəruri hesab 
edilmişdir:
-  Dəniz  nəqliyyatı  informasiya  sistemində  elektron poçtdan 
istifadə olunmasının tətbiqi imkanlannın öyrənilməsi;
-   Yükdaşıyanlann  intermodal  yükdaşımadakı  vəziyyətinin 
öyrənilməsi;
-  Əsas  saziş  iştirakçısı  olan ölkələrin liman  akvatoriyasında 
ətraf mühitin mühafizəsinin təmin edilməsi;
-  Dəniz nəqliyyatı  sahəsində  elmi yeniliklərin,  qabaqcıl təc- 
rübənin  öyrənilməsi,  onlann  gündəlik  tətbiqi  üçün  təklifbrin 
hazırlanması.
Azərbaycan  dəniz  nəqliyyatı  öz  fəaliyyətini  “İpək yolu”nun 
bərpası,  dünya  iqtisadi  proseslərinə  inteqrasiya  istiqamətində 
quraraq dənizdə yükdaşımalann qabaqcıl təcrübəsini öyrənmək, 
öz  işini  dünya  standartlanna  uyğun  qurmaq  üçün  1995-ci  ildə 
Beynəlxalq Dəniz Təşkilatı İMO-ya üzv olmuş (104), 2007-ci ilə 
qədər  olan  dövrdə  22-dən  çox beynəlxalq  konvensiyaya  qoşul- 
muşdur (177, №6, iyun, 2007, s.29).
Göründüyü kimi, “1рэк yolu”nun bərpası nəqliyyatın mühüm 
sahələrindən  biri  olan  dəniz  nəqliyyatının  daha  da  inkişaf etdi- 
rilməsini, öz fəaliyyətini beynəlxalq tələblərə uyğun modemləşdi- 
rilməsi  zərurətini  qarşıya  qoymuşdur.  Bu  istiqamətdə  də  həm 
Avropa  Birliyinin  texniki  yardım  və  investisiya  yardım  layihə- 
ləri,  həm  də  gəmiçiliyin  daxili  imkanlan  hesabına  müəyyən  iri 
miqyaslı işlər görülmüşdür. Bu da bütün nəqliyyat sisteminin rit- 
mik  fəaliyyətinə,  xarici  iqtisadi  əlaqələrin  inkişafına,  xüsusi  ilə 
“İpək  yolu”  dəhlizində  yükdaşımaya  bütövlükdə  müsbət  təsir 
göstərmişdir.  Qeyd  etmək  lazımdır  ki,  1997-ci  illə  müqayisədə 
2002-ci ildə dəhliz vasitəsilə yükdaşıma 6,5  % artaraq 36,1  mln 
ton təşkil etmişdir (34, s.323). Təbii ki, bu da yükdaşımadan əldə 
olunan  gəlirin müvafiq  surətdə  artmasına  səbəb  olmuşdur.  Belə 
ki, 2002-ci ildə əwəlki illə müqayisədə əldə edilən gəlirin həcmi


Yüklə

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə