2004-cü ilin iyun ayında respublikamızda rabitə sahəsində
“Trans Evro Com” MMC telekommunikasiya şirkəti yaradılmış,
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyalan
Nazirliyinin 076 saylı 04 sentyabr 2006-cı il tarixli lisenziyası
əsasında operatorluq fəaliyyətinə başlamışdır. Şirkət TRASEKA
SDH kabel şəbəkəsi ilə aşağıdakı rabitə xidmətlərini göstərməyə
başlamışdır:
1. Bakı şəhəri ilə respublikanın Səngəçal neft terminalı, Hacı-
qabul, Kürdəmir, Ucar, Yevlax, Gəncə, Ağstafa şəhərləri arasında
2 Mb/s, 34 Mb/s və STM -1 tutumlu rəqəmsal rabitə kanallannın
yaradılması;
2. Türkiyə və Gürcüstan üzərindən keçməklə Azərbaycanla
bütün Avropa ölkələri arasında 2 Mb/s, 34 Mb/s və STM-1
tutumlu rəqəmsal rabitə kanallannın yaradılması;
3. Bakı şəhəri, Biləcəri, Ələt qəsəbəsindəki 499 saylı elektron
ATS və Gəncə şəhərində 28 saylı elekton ATS-nin abonentlərinə
lokal, beynəlxalq və şəhərlərarası telefon rabitə xidmətlərinin
göstərilməsi;
4. Xdsl və “Dial-UP” texnologiyası vasitəsilə internet xid-
mətlərinin göstərilməsi;
5. İP ünvanlannın qeydiyyatı, müştərinin domen ünvanının
yaradılması (98).
Rabitənin müasir standartlara uyğun inkişafı öz növbəsində
qabaqcıl dünya ölkələrində olduğu kimi informasiya, kommuni-
kasiya texnologiyalannm daha da inkişaf etdirilməsini, dünya
informasiya sisteminə daha geniş inteqrasiyamn zəruriliyini qarşıya
qoymuşdur. Digər tərəfdən müasir kompyuter texnologiyalannın
nəqliyyat-kommunikasiya xətlərinin istismarında, xüsusilə nəq-
liyyat və kommunikasiya xətlərinə nəzarət edilməsində çox böyük
rolu vardır. Təsadüfi deyil ki, politoloqlar, sosioloqlar yenicə
başlamış XXI əsri
elektron, intellekt, qloballaşma
əsri kimi xarak-
terizə etmişlər. Bu zərurəti uzaqgörənliklə hiss edən görkəmli
dövlət xadimi Heydər Əliyev bununla əlaqədar 2003-cü il
fevralın 17-də “informasiya və kommunikasiya texnologiyalan
üzrə 2003-2012-ci illər üçün milli strategiyanın təsdiq edilməsi
haqqında sərəncam imzalamışdır (86, 278).
Son vaxtlar müasir informasiya texnologiyalari istehsala,
təhsilə və məişətimizə geniş şəkildə daxil olmuşdur. Belə bir
faktı göstərmək kifayətdir ki, təkcə 2000-2001-ci illərdə Azər-
baycanuı 14 rayonunda informasiya inkişaf mərkəzləri açılmışdır
(118, 2004, №7, s.35). Hazırda Azərbaycanda kompyuter texno
logiyalari bazan sürətlə inkişaf etməkdədir. Təsadüfi deyil ki,
dünyanın apancı kompyuter texnologiyalan istehsalçılan Cənubi
Qafqazda Azərbaycanın bu sahədə şəksiz liderliyini qeyd edirlər.
“AZEL”, “Risk”, “Sinan” kimi yerli firmalar kompyuter satışı
bazannda apancı yer tuturlar (118, 2004, №7, s.35). Azərbayca-
nın informasiya texnologiyalan bazannın illik həcmi 40 mln
dollardır. Нэг kvartalda respublikada orta hesabla 12 min ədəd
kompyuter satılır ki, bunun da 80 %-i stolüstü, 8%-i noutbuk,
2%-i isə cib kompyuterləridir (118,2004, №7, s.35).
2006-cı ilin oktyabnn 3-də H.Əliyev adına İdman və Sərgi
Kompleksində “Bakutel” XII Beynəlxalq Telekommunikasiya və
informasiya Texnologiyalan sərgi konfransı olmuş, 23 ölkədən
110 şirkət, о cümlədən dünyada tanınmış MICROSOFT, HP, Sie
mens, Cisko, Systems, Oracle kimi şirkətlər də iştirak etmiş, bu
sahədəki эп son nailiyyətlərini nümayiş etdirmişlər (23,4.X.2006).
Hazırda ölkəmizdə V informasiya inqilabının tələblərindən
irəli gələn informasiya mədəniyyəti, kompyuter
mədəniyyəti for-
malaşmışdır. Bu baxımdan “Elmi Azərbaycan Dövlət Proqramı”
informasiya cəmiyyətinin normativ hüquqi bazasmı təşkil
etməklə
yaxın gələcəkdə ölkəmizin istənilən məkanma, istənilən tələblə-
rinə cavab verə bilən “Elektron hökumət”, “Elektron bələdiyyə”,
“Elektron Nazirlik”, “Elektron müəllim”, “Elektron vətəndaş”,
“Elektron ticarət” kimi informasiya cəmiyyətlərinin formalaşma-
sında mühüm rol oynayacaqdır. Heç də təsadüfi deyil ki, ölkə
başçısı Ilham Əliyev dünyada gedən prosesləri əsas götürərək neft
strategiyasının xələfi kimi informasiya-kommunikasiya sahəsini
də ölkə iqtisadiyyatmın prioritet sahəsi elan etmişdir (197.
28.06.2007).
Göründüyü kimi, Azərbaycanın dünya informasiya məkanına
sürətlə inteqrasiya etməsi xalqımızın ümumbəşəri dəyərlərə qovuş-
masmda, qlobal problemlərin həllində yaxından iştirak etməsinə,