Azərbaycan miLLİ elmlər akademiyasi a. A. Bakixanov adına tariX İnstitutu


səhifə39/89
tarix15.07.2018
ölçüsü
#55814
1   ...   35   36   37   38   39   40   41   42   ...   89

dollarlıq  qrantı  əsasında  həyata  keçirilmişdir.  (206,164).  Eyni 
zamatıda Dövlət Dəmir Yolu İdarəsi öz daxili imkanları hesabına
1997-2001-ci  Шэг  ərzində  130  km-lik dəmir yolu xəttini  əsaslı 
surətdə təmir edib yeniləşdirmişdir ki, bunun da 90 km-i “Böyük 
İpək  yolu”  xətti  boyunca,  40  km-i  isə  cənub  istiqamətində 
olmuşdur  (206,165).  Sonrakı  dövrdə  də  bu  sahədə  işlər  geniş 
miqyasda  davam  etdirilmişdir.  2005-ci  ilin  təkcə  9  ayı  ərzində 
75  km  uzunluğunda  dəmir  yol  xətti,  8  lokomotiv,  2  elektrik 
qatan,  890 yük və 50  səmişin vaqonu əsaslı təmir olunub,  3909 
yük  və  280  səmişin  vaqonu  depo  təmirindən  keçirilib  bərpa 
edilərək istismara qaytanlmışdı (177, 2005, №1, s.7).
2006-cı ilin iyulunda Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi 
ümumi dəyəri  10 mln dollar olan daha 5 təzə lokomotivb dəmir 
yolu  nəqliyyatının  hərəkət  edən  hissəsini  yenibşdirmişdir. 
Azərbaycan Dəmir Yolu İdarəsinin bir çox beynəlxalq nəqliyyat 
qurumlanna  üzv  olması  dəmir  yolu  nəqliyyatının  fəaliyyətinin 
beynəlxalq standartlara uyğunlaşdınlması, dünya nəqliyyat siste- 
minə  daha  yaxından  inteqrasiya  olunmasında  mühüm  əhəmiy- 
yətə  malikdir.  Bu baxımdan  Respublika  Dəmir Yolu  İdarəsinin 
“Nəqliyyat Nazirləri Konfransma”, “Hökumətlərarası Dəmir Yolu 
Əməkdaşlıq Təşkilatına”, “Beynəlxalq Dəmir Yolu İttifaqına” tam 
hüquqlu üzv olması diqqətəlayiq cəhətlərdən biridir (13,7.06.2001).
Son  illərdə  respublikada  210  km  uzunluğunda  dəmir  yolu 
xətti  əsaslı  təmir  olunmuş,  180  səmişin  vaqonu  bərpa  edilmiş, 
beynəlxalq  və  yerli  xətlərdə  yeni  marşrutlar  açılmış,  Bakı- 
Böyük-Kəsik  sahəsində  optik kabel xəttinin  səmərəliliyini artır- 
maq üçün yeni avadanlıqlar quraşdınlmışdır (180,15.01.2005).
Nəqliyyatın  bu  sahəsində  mühüm  əhəmiyyət  kəsb  edən, 
Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafina xidmət edən çox mühüm 
layihələrdən biri ümumi uzunluğu 98  km olan Qars-Ahalkalaki- 
Tbilisi-Bakı  layihəsidir.  Layihənin  dəyəri  təqribən  400  mln 
dollardır  (23Д1.Х1.2006).  Bu  layihənin  reallaşdınlması  hər
3  dövlətin diqqət mərkəzindədir və yaxın gələcəkdə bu layihə də 
həyata vəsiqə  alacaqdır.  Layihənin çox böyük siyasi əhəmiyyəti 
də  vardır.  Belə  ki,  bu  layihənin  reallaşdınlması  Ermənistan 
tərəfindən  yaradılmış  blokadanm  aradan  qaldınlması,  Azərbay-


canla Türkiyə arasında birbaşa dəmir yolu əlaqələrinin genişlən- 
dirilməsi  deməkdir.  2006-cı  ilin  sentyabr  ayının  sonlanna  kimi 
bu  yolun  texniki-iqtisadi  əsaslandınlması  həyata  keçirilmiş, 
2008-ci ilin yayında tikinti işi başlanmışdır.  98  km-lik bu yolun 
68 km-i Türkiyə,  30 km-lik sahəsi isə Gürcüstan ərazisinə düşür 
(23Д1.Х1.2006).
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  maliyyə  qurumlan  bu 
dəmir  yolu  xəttinin  inşasına  vəsait  aymnaqdan  imtina  etdiyi 
üçün, Azərbaycan hökuməti Gürcüstandan keçən dəmir yolunun 
inşası üçün tələb olunan vəsaiti ayırmışdır.
Göründüyü kimi, nəqliyyatın mühüm sahələrindən olan dəmir 
yolu nəqliyyatı Avropa Birliyinin TRASEKA proqramı  çərçivə- 
sində həyata keçirilən texniki və investisiya yardım layihələri və 
eyni zamanda daxili imkanlar hesabına özünün yenidənqurma və 
inkişaf prosesini  uğurla  davam  etdirməkdədir.  Bu  da  xalqlann 
sosial-iqtisadi tərəqqisinə, sabitliyin, sülhün təmin edilməsinə şərait 
yaradan “İpək yolu”nun bərpası üçün həyati əhəmiyyət kəsb edir.
‘İpək yolu” nun bərpasında və fəaliyyətində mühüm əhəmiy- 
yət  kəsb  edən  nəqliyyat  sahələrindən  biri  də  avtomobil  nəqliy- 
yatıdır.  Hazırda respublikada avtonəqliyyat vasitələrinin ümumi 
sayı 773 min ədəddir. 2004—2007-ci illərdə ölkəyə 250 minə yaxın, 
təkcə 2007-ci ildə 83 mindən artıq avtomobil gətirilmişdir. Ölkə- 
dəki  iqtisadi  inkişaf əhalinin  hər  nəfərinə  düşən  avtonəqliyyat 
vasitələrinin də sayının artmasma səbəb olmuşdur.  Belə ki,  əgər
1998-ci  ildə hər  1000  nəfərə  düşən minik  avtomobillərinin  sayı 
35  ədəd  olmuşdursa,  2007-ci  ildə  bu  rəqəm  71-ə  çatmışdnr 
(180,13.111.2008).  Respublika  üzrə  ümumi  yükdaşımada  avto­
mobil nəqliyyatının xüsusi çəkisi yüksəkdir. Belə ki, təkcə 2005- 
ci  ildə  nəqliyyat  vasitələri  ilə  daşman  128  008  min  ton  yükün 
54,3  %-i və ya 69 518 min tonu avtomobil nəqliyyatının payına 
düşmüşdür  (32,98).  TRASEKA  nəqliyyat  dəhlizində  isə  təkcə
2005-ci il ərzində daşmmış 46 740,5 min ton yükün 13  567,8 min 
tonu  və  ya  29  %-i  avtomobil  nəqliyyatının  payına  düşmüşdür 
(8).  “Yeni İpək yolu”nun yaradılması ilə əlaqədar Avropa Birliyi 
TRASEKA  proqramı  çərçivəsində  avtomobil  nəqliyyatının  da 
dünya standartlanna uyğun inkişaf etdirilməsini nəzərdə tutmuş-


dur. Qeyd etmək lazımdır ki,  1998-2001-ci illər ərzində ildə orta 
hesabla respublikamıza  35  min yük maşını,  5  min  avtobus  gəl- 
mişdir ki, bunlardan da  10,5 min yük maşmı və  1,5 min avtobus 
TRASEKA dəhlizi ilə keçmişdir (11). “Yeni İpək yolu”nun yara- 
dılması ilə əlaqədar ölkə rəhbərliyi avtomobil nəqliyyatımn inkişafi, 
idarə  edilməsinin  təkmilləşdirilməsi  sahəsində  bir  sıra  tədbirlər 
görmüşdür.  Prezident flham  Əliyevin “Bakı  şəhərində nəqliyya- 
tm intellektual idarə edilməsi sisteminin yaradılması haqqındakı”
26 oktyabr  2007-ci  il  tarixli  sərəncamı  buna  misal  ola  bilər. 
Bununla  əlaqədar  Cənubi  Koreyalı  mütəxəssislərlə  danışıqlar 
apanlmış,  bu  sistemin  əhatə  dairəsi  müəyyənləşdirilmiş,  tələb 
olunan avadanlıqlar dəqiqləşdirilmişdir. Layihənin 2008-2010-cu 
illərdə həyata keçirilməsi nəzərdə tutulmuşdur (180,13.111.2008).
Avropa  Birliyi  avtomobil yükdaşımalan  ilə  əlaqədar ümumi 
büdcə dəyəri 9 925 min avro olan 7 texniki yardım layihəsi real- 
laşdmnışdır  ki,  bunlardan  da  5  layihənin  birbaşa  Azərbaycana 
aidiyyəti vardır (232, 28).  Bilavasitə Azərbaycana aidiyyəti olan 
layihələr həm  avtomobil  yollannın yenidən  qurulmasına,  əsaslı 
təmirinə,  həm  də  yeni  avtonəqliyyat  vasitəbri  gətirilməsinə, 
texniki xidmətin səviyyəsinin yüksəlməsinə imkan vermişdir.
Avropa Birliyinin avtomobil yollan ilə bağlı Azərbaycan üçün 
nəzərdə tutulmuş “Qırmızı körpünün bərpası və TRASEKA kör- 
püsünün  quraşdınlması”  adlı  investisiya  yardım  layihəsi  bu 
baxımdan  çox əhəmiyyətlidir.  Büdcə  dəyəri 2,5  mln  dollar olan 
bu  layihə  1998-ci  ilin  oktyabnnda  müvəfifəqiyyətlə  başa  çatdı- 
nlmışdur (223, 53-54).
Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi beynəlxalq nəq- 
liyyat sisteminə qoşulmaq, “Ipək yolu”nun fəaliyyətini yaxşılaş- 
dırmaq istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirmişdir. 
Belə ki, beynəlxalq avtomobil əlaqəsi haqqmda bir sıra dövlətbrb,
о  cümlədən  Türkiyə,  Gürcüstan,  Latviya,  Belarus,  Bolqanstan, 
Rumıniya,  Qazaxıstan,  Özbəkistan,  Moldova,  Ukrayna,  Rusiya 
Federasiyası  ilə  hökumətbrarası  sazişlər  imzalanmışdu-.  Azər- 
baycan  respublikasının  avtomobil  nəqliyyatı  ilə  beynəlxalq  və 
şəhərlərarası  səmişin  və  yük  daşmmasına,  nəqliyyat  ekspeditor 
xidmətinə  lisenziya  (razılıq)  verilməsi  haqqında Nazirlər  Kabi-


Yüklə

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə